Xəbər lenti
Axtar
Ən çox oxunan
  • "BİZ ERMƏNİLƏRİN YANINDAYIQ, BİR QARIŞ DA TORPAQ VERMƏYƏCİK!" - Əziz Tonoyan
  • Nümayişçilərə qarşı “dəhşətli nəhəng” silah tapıldı
  • Azərbaycanda yol polisi ləğv edilə bilər – Vilayət Eyvazovdan inqilabi dəyişiklik
  • Gürcüstanın Azərbaycana borcu açıqlandı.
  • Bakıda Milli Qəhrəmana hörmətsizlik edildi - FOTO
  • DİN NAZİRİ OLİQARX-POLKOVNİKİ İŞDƏN QOVDU! – Dövlət Yol Polisində şok dəyişiklik
  • Putin Mehriban Əliyevaya orden verdi
  • Azərbaycan-Gürcüstan sərhədindən Türkiyəyə qədər məsafə 30 kilometr qısalacaq
  • Yeni kiçikölçülü antena “5G” şəbəkələrinin işini 10 dəfələrlə sürətləndirəcək
  • Yer kürəsinə “təhlükəli” asteroid yaxınlaşır
  • Dünyanı cənginə alan “Tik Tok” nədir? – Maraqlı faktlar
  • Tankçılarımız finalın bir addımlığında - Video
  • Günün ulduz falı: 11 avqust, 2019
  • Yağış sürüşmə zonalarını aktivləşdirdi
  • Çavuşoğlu: Azərbaycanın vizaları ləğv etməsi mühüm hadisədir
  • İsmayıllı: Böyük faciənin astanasındayıq – FAKT
  • İnstagram və WhatsApp-ın adı dəyişiləcək
  • Prezident tapşırıq verdi: Bu məsələ təhlil edilməlidir
  • Ərdoğan gizli silahını ortaya çıxardı: “Atom” bombası…
  • Günün ulduz falı: 27 iyul, 2019
  • İşğal olunmuş torpaqlarda ermənilər tərəfindən yeni yolun çəkilməsinə XİN-dən REAKSİYA
  • Dahilər dahisi
  • Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür
  • Pivə alkoqollu içkilər siyahısından çıxarılır – Bu qərarı heç kim gözləmirdi
  • Gürcüstanda 146 nəfər itkin düşdü
  • 18 Haz 2019, 21:59   
        61


    Şok gəlişmə: Tramp Azərbaycana niyə 100 milyon dollar ayırdı? – Bölgədə tarazlıq dəyişir

    BAKI-XEBERTV.AZ
    “Bu yaxınlarda ABŞ Konqresi Azərbaycana silah, özəlliklə hava hücumlarına qarşı silahların satışını qadağan edən qanun layihəsini qəbul edib. Layihəyə səs verənlərin əksəriyyəti demokratlar, sponsoru isə erməni lobbisinə yaxın Konqres üzvü olub. Layihənin qanuni qüvvəyə minməsi üçün onun Senatda təsdiqlənməsi və prezident tərəfindən imzalanması lazımdır”.

    Bunu politoloq Erkin Qədirli deyib.

    Ekspertin fikrincə, erməni lobbisinin hər fürsətdə bizə qarşı bir qanun və ya qərar layihələrini qəbul etdirmək marağı, demokratların da bu cür layihələrə səs vermək həvəsi məlumdur:

    “İşin maraqlı tərəfi bu deyil, ABŞ Konqresinin birdən-birə belə layihəni qəbul etməsi mənə çox maraqlı gəldi. ABŞ bizə onsuz da silah satmırdı. Sən demə ortada bizim xeyrimizə olan və erməniləri, o cümlədən Rusiya və İranı narahat edən fakt varmış.

    Vaşinqtonda yerləşən Beynəlxalq Siyasət Mərkəzinə (Center for İnternational Policy) bağlı olan və ABŞ-ın təhlükəsizlik xərclərini araşdıran “Security Assistance Monitor” proqramının yaydığı məlumata görə, ABŞ Prezidenti Trump 2018-2019 maliyyə ili üçün Azərbaycana 100 milyon dollardan bir qədər artıq pul ayırıb. Müqayisə üçün, 2016-2017 maliyyə ili üçün ayrılmış pulun məbləği cəmi 3 milyon dollar olub. Bir ilin içində 97 milyon artımın bir izahı olmalıdır.

    Ayrılmış 100 milyon dolların təyinatına baxanda çox şey aydın olur. Bu pul Azərbaycanın cənub sərhədinin gücləndirilməsinə yönəlib. Oraya tikinti qurğuları, elektronik cihazlar, rabitə və nəqliyyat vasitələri, izləmə texnologiyaları və s. daxildir. Bir qədər məbləğ də Xəzərdə təhlükəsizliyə yönəlib”.

    Erkin Qədirli ABŞ başçısının bu qərarının arxasında digər məqamların olduğunu bildirib:

    “Məsələn, Azərbacanın Ermənistanla sərhəddən Müdafiə Nazirliyinə aid hissələri götürüb yerinə sərhəd qoşunlarına aid hissələrini yerləşdirməyin konteksti aydın oldu. ABŞ-ın cənub sərhədlərimizin gücləndirilməsinə ayırdığı pulun hesabına öz büdcəmizdən başqa sərhədlərimizi gücləndirmək imkanımız yarandı. Üstəlik, Ermənistanla sərhəddən götürülmüş MN hissələri indi birbaşa Qarabağa yönəldilə bilər. Daha sonra, Gürcüstanla sərhəddimizdə Rusiyanın təxribatı indi daha aydın görünür. Rusiya gücümüzü Ermənistandan yayındırmaq, Gürcüstanla bizim aramızda əlavə münaqişə yaratmaq istəyir. Bu, şübhəsiz ki, İranın da xeyrinə olardı”.

    Politoloq hesab edir ki, Qərbin bu bölgədə əsas dayağı Azərbaycandır:

    “Ermənistana qarşı gücümüzü çoxdan yığmışıq, fürsət yaranan kimi vuracağıq. Bunları bir güman kimi yazırdım, indisə ortada faktlar var.

    Yeri gəlmişkən, Tramp Ermənistana təhlükəsizlik xərcləri üçün cəmi 2 milyon dollar ayırıb. Ermənilər də buna görə çox narahat olublar. Araşdırmada güman olunur ki, Tramp bunu Ermənistanı cəzalandırmaq üçün edib, ermənilərin Suriyada ruslara yardım üçün əsgər göndərdiyinə görə…”. (teleqraf.com)
    loading...