Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Pivə alkoqollu içkilər siyahısından çıxarılır – Bu qərarı heç kim gözləmirdi
  • Gürcüstanda 146 nəfər itkin düşdü
  • 3500-cü ildən gəldiyini iddia edən qadından ŞOK SÖZLƏR: yadplanetlilər...
  • Azərbaycan Respublikası Milli mətbuat və Jurnalistika günü
  • “Bu, dövlət sərhəddidir, yoxsa karvansara qapısı?!” - POLİTOLOQ SUAL EDİR
  • Adnan Oktarla bağlı yeni dəhşətli FAKTLAR ÜZƏ ÇIXDI: 6 yaşlı qızları alt paltar olmadan... - VİDEO
  • Fotolarımız sosial şəbəkələrdən bu yolla oğurlanır - SOS
  • Hamımız yaşın və yaşananların təsiri ilə dəyişirik. Bu dəyişikliklər hər insanda özünü fərqli şəkildə büruzə verir.
  • Merkeli titrədən xəstəlik nədir? - Açıqlama
  • Müəmmalı ölümlərlə bağlı maraqlı faktlar - Yavaş-yavaş zəhərləyirlər, istintaq da tapa bilmir
  • Şok: Bu yazar Trampın prezident olacağını 40 il öncə bilib
  • Geomaqnit qasırğası ilə bağlı rəsədxanadan AÇIQLAMA
  • Tanınmış jurnalist Şamil Sabiroğlu mühüm dövlət mükafatına layiq görüldü
  • Azərbaycan səmasında UNO görünüb.
  • Azərbaycan-Ermənistan sərhədində divar çəkilir - Foto
  • Azərbaycan zəvvarlarını daşıyan avtobus yandı
  • Elçin Quliyev: Ermənistanla sərhəddə yeni infrastrukturlar yaradılır
  • Ermənilər bu gün Tərtər rayonunda bayram etdi - FOTOLAR
  • Azərbaycanlıdan oğurlanan saatla bağlı - Yeni xəbər
  • Bəhramla Tahir məmurları hədəfə aldı: "70-100 milyon oğurlayırlar" (VİDEO)
  • 2003-cü ildən sonra ən kəskin istilərin olacaq - XƏBƏRDARLIQ
  • Xanımlar, diqqət: qarşınızdakı kişi bunları edirsə..
  • Azərbaycana 5 milyarda başa gələn tədbiri Belarus 150 milyon dollara keçirir
  • Gecə düşən kimi ölüb, səhər dirilən qardaşlar - Həkimlər naəlacdır
  • Bülənt Akdeniz: Azərbaycan Türkiyə üçün çox önəmli ölkədir
  • 13 Haz 2019, 22:16   
        69


    "Türkiyənin S-400 raketlərinə sahib olması Azərbaycanın da təhlükəsizlik imkanlarını artıracaq" - Atlas Araşdırmalar Mərkəzinin S-400 şərhi
    12 İyl - 2019
    Rusiyanın S-400 raketləri artıq Türkiyədədir. Bu sıradan bir hadisə deyil.

    XEBERTV.AZ Avropa.info-ya istinadən xəbər verir ki, bu fikirlər Türkiyənin S-400 raketləri alması ilə bağlı Atlas Araşdırmalar Mərkəzinin yaydığı şərhdə deyilir. Mərkəzin yaydığı şərhdə Türkiyənin S-400 raketləri almasının avantajından bəhs edilir.

    Birincisi, bu Rusiya-Türkiyə münasibətlərinin yeni mərhələyə qədəm qoymasıdır. Soyuq müharibə illərində Türkiyə ABŞ-ın strateji müttəfiqi idi. SSRİ-nin dağılmasıyla və bölgədə yeni şərtlərin formalaşmasıyla Türkiyənin Amerikadan asılılığı azaldı və Ankara Moskva ilə sıx münasibətlərinin bünövrəsini qoydu. Son 15 ilin gedişatına baxsaq Türkiyə-Rusiya münasibətləri keyfiyyətcə Türkiyə-ABŞ münasibətlərini üstələyir. Bu həm də Vaşinqtonun yanlış siyasəti ilə bağlıdır.

    İkincisi, S-400 sistemi Türkiyənin təhlükəsizliyini və siyasi çəkisini artıracaq. Bundan başqa Türkiyə Rusiyadan əldə etdiyi texnologiya əsasında özü eyni sistemlərin istehsalına başlayacaq. Digər tərəfdən Türkiyə S-400 sistemlərinin pulunu elə Rusiyadan aldığı kreditlə ödəyəcək. Bunların heç birini Amerika Türkiyəyə təklif etmirdi. Təsadüfi deyil ki, Amerikanın hazırki prezidenti Donald Tramp böyük səkkizlərin Yaponiyadakı son sammitində hazırki vəziyyətə görə keçmiş prezident Barak Obamanı qınadı. Çünki Obama Türkiyəyə Patriot raketlərini satacağını vəd etsə də, bu vədini yerinə yetirmədi və qatar artıq getdi. Trampın etirafı Türkiyənin S-400 məsələsində haqlı olduğunu göstərdi.

    Üçüncüsü, Türkiyə S-400 raketlərini əldə etdikdən sonra Amerikanın təzyiqlərinə hazır olmalıdır. Doğrudur, Tramp Türkiyə ilə münasibətləri daha da gərginləşdirilməsini istəmir. Ancaq Konqres və Pentaqon Türkiyəni S-400 raketlərinə görə cəzalandırmağa çalışacaqlar. Buna baxmayaraq, zaman keçdikcə Amerika Türkiyənin ərazisində Rusiya raketlərini həzm etmək məcburiyyətində qalacaq və bundan sonra münasibətlərin normallaşma prosesi başlayacaq. Çünki Türkiyə Rusiyadan aldığı S-400 raketlərinə baxmayaraq Amerikadan da hərbi texnika almağa çalışacaq, bu isə Amerikanın da maraqlarına uyğundur ki, Türkiyə bazarını itirməsin, əks halda Ankara Vaşinqtondan ala bilmədiyi hərbi texnikanı da Rusiyadan almağa qərar verəcək.

    Dördüncüsü, son sövdələşmə Rusiyanın da maraqlarına xidmət edir. Rusiya NATO-nun əsas dövlətlərindən birinə müasir raket sistemini satdı. Bu silah bazarında Rusiyanın mövqelərini daha da gücləndirəcək. Türkiyənin ardınca Hindistan da Rusiyadan S-400 sistemini almaq istəyir.

    Beşinci amil Azərbaycanla bağlıdır. Türkiyənin müdafiə qabiliyyətini artırması heç şübhəsiz müttəfiqi Azərbaycanın da maraqlarına xidmət edir. Türkiyə S-400 raketlərini gələcəkdə özü istehsal etməyə başlayacağı halda əldə edəcəyi məhsulla Azərbaycanla da bölüşəcək. Bu Azərbaycanın təhlükəsizlik imkanlarını artıracaq. Digər tərəfdən artan Rusiya – Türkiyə hərbi əməkdaşlığının Cənubi Qafqazdakı proseslərə də müsbət təsirini proqnozlaşdırmaq olar. Rusiya istər-istəməz Türkiyənin Cənubi Qafqazdakı maraqlarını nəzərə almağa başlamalıdır. Türkiyə Azərbaycanla hərbi əməkdaşlığı daha üst səviyyəyə qaldırarsa Rusiya buna etiraz etməməlidir.

    Atlas Araşdırmalar Mərkəzi
    loading...