
Çindən ABŞ-a təklif: Gəlin tələyə düşməyək
Çin və ABŞ münaqişə tələlərinə düşməməlidir.
XEBERTV.AZ xəbər verir ki, bunu Çin lideri Si Szinpin ABŞ Prezidenti Donald Trampla görüşü zamanı deyib.
O, ABŞ və Çinin xeyli ümumi maraqlarının olduğunu bildirib.
Szinpin Çin-Amerika münasibətlərinin iki ölkənin maraqlarına uyğun olmayan çətinliklərlə toqquşduğunu vurğulayıb.
Qeyd edək ki, Osakada G20 sammiti çərçivəsində keçirilən Szinpin və Trampın görüşü 80 dəqiqə davam edib.Axar.az