Xəbər lenti
Axtar
Ən çox oxunan
  • İradə Mehrinin efirdə halı pisləşdi.
  • Bu ölkələr razılaşdı: Vahid bazar yaradılır
  • Proqnoz: NATO Kalininqradı iki günə ələ keçirə bilər – Moskvanın cavabı ağır olacaq
  • Rusiya, Türkiyə və Çinin dollara qarşı planı BAŞ TUTDU: bundan sonra...
  • "Gör, nə günə qalmışıq ki, ərəblər ölkəmizdə xoruzlanırlar!" - Tanınmış yazıçı
  • Bu müharibə 125 milyon insanın ölümünə səbəb olacaq
  • Bayraq günü: BDU tələbələri yürüş keçirdi - Foto
  • Köçəryan Paşinyanı Azərbaycanın ovcuna qoydu - Dağlıq Qarabağ və Rusiya...
  • 42 il əvvəl kosmosa göndərilən gəmidən SİQNAL GƏLDİ - 2030-cu ildə...
  • Qadınlar Şurası müharibə çağırışı edib - Bəyanat
  • İran televiziyasında yayımlanan serialda Azərbaycan türkləri təhqir olunub – VİDEO
  • “Yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcək”
  • Bakıda çəkilən və möhtəşəm döyüş səhnələri olan bu HİND FİLMİ REKORD QIRIR - VİDEO
  • İlham Əliyevdən məmurlara SƏRT XƏBƏRDARLIQ: “Kabinetdə oturub...”
  • 80 min azarkeş "Azərbaycan" deyərək stadionu inlətdi - MÖHTƏŞƏM GÖRÜNTÜLƏR
  • Rus tədqiqatçıdan İrəvanın Azərbaycan ərazisi olmasına etiraf
  • Sperma sayı və aktivliyini artıran maddə tapıldı
  • Azərbaycanlılardan Türkiyəyə möhtəşəm dəstək - Video
  • ABŞ nəşri Ermənistanın hərbi cinayətlərindən yazdı
  • Adil Komutan! - Aygün Attar yazır
  • Yaxın 10 il ərzində dünyada... - QORXUNC PROQNOZLAR
  • Zəngilanın işğalından 26 il ötür
  • Tovuzda dağlar partladılır - Video
  • “Pakistan əsl qardaşdır” – İlham Əliyev
  • Ermənilərdən Azərbaycana qarşı növbəti təxribat
  • 16 May 2019, 22:23   
        102
    Bakının növbəti Qarabağ qələbəsi: Dünya ermənilərin göz yaşlarına inanmır

    Bakının növbəti Qarabağ qələbəsi: Dünya ermənilərin göz yaşlarına inanmır

    Bakının növbəti Qarabağ qələbəsi: Dünya ermənilərin göz yaşlarına inanmır
    Fransa, erməni diasporu və lobbisinin Avropada ən güclü olduğu ölkə. Bir neçə gün öncəyə qədər ermənilər bu haqda fəxrlə danışa bilirdilər, indi isə əksini deyirlər və artıq I Qarabağ müharibəsində Azərbaycan torpaqlarını işğal edən, soyqırımılar törədən, lakin öz qanlı əməllərinin qurbanı kimi özlərini göstərən ermənilərin yalan maşını işləmir. Və ən böyük zərbə elə onların illərdir kök saldıqları, Qərb yarımkürəsində əsas istinad dayağı hesab etdikləri Fransadan gəldi.

    Fransa beynəlxalq hüququ yada saldı: Bu ölkə ATƏT-in Minsk qrupunun 3 həmsədr dövlətindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan prosesdə iştirak edir. Lakin Ermənistana açıq dəstəyi, xüsusilə bir sıra şəhərlərinin Azərbaycanın işğal edilmiş ərazilərində ermənilər tərəfindən yaradılan separatçı rejimlə sıx əlaqələr qurması, müxtəlif fransalı siyasətçilərin rəsmi Bakının icazəsi olmadan işğal altındakı ərazilərə qanunsuz səfərləri Fransanın həmsədr dövlət kimi obyektivliyini şübhə altına alır. Rəsmi Bakı bu məsələni dəfələrlə ikitərəfli təmaslarda, o cümlədən, beynəlxalq platformalarda gündəmə gətirib. Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq, bu mənzərənin dəyişdirilməsi, həmsədrlik institutunun obyektivliyinin təmin edilməsi istiqamətində ciddi iş aparıb. Və nəhayət bu fəaliyyət öz bəhrəsini verir. Fransa məhkəmələrinin Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan qondarma rejimlə bağlı qəbul etdiyi qərarlar artıq erməni yalanının yürümədiyini və beynəlxalq hüququn ön plana çıxdığını göstərdi.

    – Fransanın Serji-Pontuaz məhkəməsinin qərarı ilə Arnuvil şəhərinin qondarma Dağlıq Qarabağdakı Şeher inzibati bölgəsi ilə “Dostluq haqqında xartiya”sı ləğv edildi.
    – Arnivul şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış “dostluq xartiyası” ləğv edildi.
    – Qrenobl məhkəməsi eyni xarakterli 4 “dostluq xartiyası”nı ləğv etdi. Belə ki, prefektin müraciəti əsasında Qrenobl inzibati məhkəməsi iyunun 11-də Drom departamentinin özü, həmçinin bu departamentdə yerləşən Valans, Bur-le-Valans və Bur-dö-Peaj kommunaları ilə Azərbaycanın 25 ildən artıqdır işğal altında olan ərazilərindəki inzibati bölgələr arasında imzalanmış dörd xartiya ləğv oldu.

    Bu informasiyanı Fransadakı erməni diasporunun media orqanlarından olan “Nouvelles d’Armenie” saytı ağrı ilə yayımladı. Diqqətçəkən əsas məqam bu xartiyaların ləğv olunmasının səbəbi kimi onların Fransanın xarici siyasət kursuna və beynəlxalq öhdəliklərinə uyğun gəlməməsi, həmçinin bu ölkənin ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi bitərəfliyini şübhə altına alması göstərilir.

    Burada Azərbaycanın xarici siyasətinin nəticəsi kimi bir-birinin davamı olan üç amil diqqət çəkir.

    Birincisi, rəsmi Bakının ciddi nəticələr verən diplomatik manevrləri;

    Azərbaycan illər boyu beynəlxalq müstəvidə erməni yalanlarının ifşa edilməsi istiqamətində yorulmadan fəaliyyət göstərir. İlk dövrlər bu istiqamətdə nəticə əldə etmək çətin olsa da, sonradan “əkdiyimiz meyvələrin bəhrəsini” görməyə başladıq. Xüsusilə Prezident İlham Əliyevin Avropa ölkələri ilə sıx əlaqələr qurmaq, beynəlxalq platormalarda mövqelərimizi gücləndirmək, beynəlxalq aləmdə Azərbaycanın Ermənistandan daha əhəmiyyətli və etibarlı ölkə olduğunu nümayiş etdirmək istiqamətində əzmlə çalışması bu gün əldə olunan nəticələri şərtləndirdi.

    Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsas alternativ olmaq yükünü öz üzərinə götürdü; Cənub Qaz Dəhlizi layihəsi ilə dünyanın enerji xəritəsində mühüm dəyişiklik baş verdi; Azərbaycan Avropa ilə Asiyanın nəqliyyat qovşağında strateji məkana çevrildi və beləliklə, Bakı Qərb üçün vazkeçilməz siyasi faktor oldu; Azərbaycanın ikitərəfli münasibətlərdə sərgilədiyi etibarlı tərəfdaşlıq mövqeyi Avropanın nəzərində Bakının siyasi çəkisini artırdı; Avropada Azərbaycanın həyata keçirdiyi mədəni-humanitar layihələr Bakının “yumşaq güc” siyasətini gücləndirdi; Azərbaycan-Fransa münasibətlərinin inkişafı, Heydər Əliyev Fondunun Fransada həyata keçirdiyi mədəni-humanitar addımlar rəsmi Parisin beynəlxalq hüquqa uyğun davranmasını təmin etdi.

    İkincisi, Fransa həmsədr ölkə olduğunu xatırladı;

    Fransada erməni diasporu və bu diasporun pul, şantaj və digər üsullarla ələ aldığı siyasətçilərdən formalaşan erməni lobbisi bir çox hallarda Yeliseyin xarici siyasətini yönləndirməyə çalışır, xüsusilə Azərbaycana münasibətdə rəsmi Parisin mövqeyinə təsir edirdilər. Azərbaycan beynəlxalq münasibətlərdə qeyri-normal olan bu mənzərəni dəyişdirmək istiqamətində ciddi fəaliyyət göstərirdi. Rəsmi Bakının atdığı addımlar, həyata keçirilən diplomatiya nəhayət öz bəhrini verdi və Fransa həmsədr ölkə olduğunu xatırladı. Xüsusilə erməni diasporu/lobbisinin rəsmi Parisin siyasətinə təsiri faktiki olaraq Fransanın milli maraqlarına zidd addımlarla nəticələnir. Bu situasiya həm də Fransanın Cənubi Qafqazda iqtisadi və siyasi baxımdan böyük strateji əhəmiyyətə malik olan, o cümlədən, dünyanın yeni nizamının formalaşmasında bölgədəki əsas açarlardan birinə çevrilən Azərbaycanla münasibətlərinə kölgə salır. Bütün bunların fonunda erməni diasporu/lobbisinin fəaliyyəti həm də Fransanın beynəlxalq müstəvidə hüquqi dövlət imicini zədələyir. Görünür, rəsmi Paris artıq mafiya qanunları ilə hərəkət edən bu erməni şəbəkəsinə dur deməyin zamanının çatdığının anladı.

    Fransada yaşayan erməni politoloq, Fransa Strateji Tədqiqatlar Mərkəzinin (Center for International Studies, CERİ) eksperti Kayts Minasyanın sözləri də Ermənistan üçün ağır zərbə olan bu qərarların verilməsinin səbəbini və rəsmi Parisin seçdiyi gələcək strategiyasını anlamağa imkan verir. Erməni politoloq deyir ki, məhkəmələrin belə qərar verməsinin səbəbi Fransanın Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında neytrallığı saxlamaq istəyidir.

    Lakin Minasyan etiraf edir ki, belə bir nəticənin ortaya çıxmasında Azərbaycanın atdığı addımlar xüsusi rol oynayıb.

    “Vurğulamalıyam ki, Azərbaycan bu nəticənin ortaya çıxmasında az rol oynamayıb. Azərbaycanlılar illərdir müxtəlif beynəlxalq təşkilatlarda Minsk qrupunun həmsədr ölkəsinin şəhərləri ilə tanınmamış respublika arasında dostluq xartiyalarının imzalanmasının yolverilməz olduğunu bəyan edirlər”, – deyə o bildirib.

    Minasyan əlavə edib ki, bu məhkəmə qərarları Fransanın Azərbaycanla siyasi-iqtisadi əlaqələri gücləndirməkdə maraqlı olduğunu göstərir: “Fransa ilə Azərbaycanın əhəmiyyətli iqtisadi əlaqələri var. Bu baxımdan, məhkəmələrin belə qərar verməsində məsuliyyətin böyük hissəsi Ermənistanla Fransadakı erməni icmasının üzərinə düşür. Fakt budur ki, Azərbaycan işləyir, Ermənistan yatır. Bu mənzərə dəyişməsə, Ermənistan və qarabağlı ermənilərin əleyhinə olacaq qərarların qəbulu davam edəcək”.

    Minasyanın açıqlaması həm də Fransada erməni diasporu/lobbisinin Parisin siyasətinə təsir etdiyinin etirafı kimi oxuna bilər. Politoloq adı altında gizlənən bu daşnakın illərdir Fransa mediasında aparılan anti-Azərbaycan təbliğatın memarlarından biri olması da bunu təsdiqləyir. Minasyan “Le Monde” qəzetinin elektron versiyasında rəhbər işçilərdən biridir, Dağlıq Qarabağ münaqişəsi, Cənubi Qafqaz üzrə ekspert qismində çıxış edir. Fransada yaşasa da tez-tez Ermənistanda olur, “aprel müharibəsi”ndən sonra Fransa mətbuatında Azərbaycana qarşı çirkin kampaniya təşkil edənlərdən biri olub. Və burada “Le Monde” Azərbaycan qarşı davamlı olaraq qərəzli münasibətinin səbəbi də ortaya çıxır.

    Son proseslər Fransa rəhbərliyinin artıq vəziyyətin belə davam etməsinin öz maraqlarına zidd olduğunu anladığını təsdiqləyir. Təbii ki, burada əsas amil Minasyanın da etiraf etdiyi kimi “Azərbaycanın işləməsi, Ermənistanın yatmasıdır”.

    Üçüncüsü, ermənilərin “yalan maşını” yolda qaldı, artıq dünya dəyişir;

    Dünya dəyişir, Azərbaycan 90-cı illərdəki gücsüz ölkə yox, beynəlxalq siyasətə təsir gücü olan və regionda əsas aparıcı fiqura çevrilmiş ölkədir. Fransa məhkəmələrinin qərarı bir daha təsdiqləyir ki, Azərbaycan dövləti dünyada milli maraqlarımıza uyğun olmayan istənilən aksiyanın qarşısını almağa qadirdir. Artıq işğalçı ölkə və bu işğala dəstək verənlər müttəhim kürsüsünə çıxarılır. Ermənilərin narahatlığı da Azərbaycan diplomatiyasının ciddi nəticələr əldə etdiyini deməyə əsas verir.

    “Bu, potensial təhlükələri özündə saxlayan yaxşı təşkil edilmiş kampaniyadır. Ermənistanda bu məsələ ilə kim məşğul olur – hüquqi elita, diplomatik elita, kim? Kimsə düşünürmü ki, bu, Avropa İttifaqının digər ölkələri üçün presedent ola bilər və biz blokadanın yeni səviyyəsi ilə üzləşəcəyik?!”, – Ermənistanda “Alternativ layihələr” qrupunun üzvü Vaqe Ovannisyan deyir.

    Politoloq Ruben Meqrabyan hesab edir ki, bu, erməni diplomatiyasının məğlubiyyətidir: “Hərçənd, burada nəyisə dəyişdirmək çox çətindir, çünki Fransa demokratik ölkədir və bu, məhkəmənin səlahiyyətidir. Lakin hesab edirəm ki, fransız təşkilatlar məhkəmə-hüquq sistemi və hüquq dairələri ilə iş aparmalıdır. Ortada Qarabağın təcrid edilməsi təhlükəsi var”.

    Meqrabyan qeyd edir ki, bu nəticə Azərbaycan diplomatiyasının əldə etdiyi işdir.

    “Bu, Fransanın Ermənistana qarşı atdığı addımdır və burada Azərbaycanın yaxşı diplomatiya və lobbi işi var”, – erməni politoloq etiraf edib.

    Digər erməni politoloq Levon Şirinyan isə deyir ki, məsələni faicələşdirmək lazım deyil, lakin işləməyə də davam edilməlidir.

    “Çünki azərbaycanlı azərbaycanlı olaraq qalır, onlar istədiklərinə nail olmaq üçün hər şeyi edirlər, lazım olsa silah, lazım olsa pul xərcləyirlər. Bizim işimiz o olmalıdır ki, onların uğur qazanmasının qarşısını alaq. Bu, bizim üçün siqnal olmalıdır. Söhbət Fransadan gedirsə, ümumdünya şüarı olan “Azadlıq, bərabərlik, qardaşlıq” yada düşür. İndi Fransa öz ideallarından imtina edir?”, – deyə Şirinyan məğlubiyyətdən doğan isteriya ilə danışıb.

    Ermənistanın “1in.ru” saytı isə yazır ki, “Bizdə olan məlumata görə, bu günlərdə Azərbaycan Fransada nəhəng lobbi və diplomatiya işi aparır. Əsas hədəf də Fransanın Minsk qrupunun həmsədri kimi balansı saxlamasına nail olmaqdır”.

    Göründüyü kimi, isteriya içində olan Ermənistan “göz yaşlarına boğulub”. Bu, rəsmi Bakının ağıllı siyasəti və ölkə olaraq işğalçı üzərində əldə etdiyimiz növbəti qələbədir.

    Bundan sonra proseslərin üç istiqamət üzrə inkişaf edəcəyi ehtimalı aydın görünür:

    a) Fransanın Minsk qrupunun həmsədr dövləti kimi neytrallıq nümayiş etdirməsi Dağlıq Qarabağ masasında Azərbaycanın əlini gücləndirəcək;
    b) Erməni siyasətçilərin də qorxu ilə dediyi kimi Fransa məhkəmələrinin qərarları digər Avropa ölkələri üçün presedent olacaq və işğal edilmiş ərazilərdə yaradılan qondarma rejimə, dolayısı ilə işğalçı Ermənistana zərbələr davam edəcək;
    c) Fransa Cənubi Qafqazda Azərbaycanla siyasi-iqtisadi əlaqələrini möhkəmləndirəcək və bu, Avropa İttifaqı ilə münasibətlərdə Bakının mövqelərini gücləndirəcək;

    İşğalçının məğlubiyyətlərinin işğala son qoyulmayanadək davam edəcəyi isə aksiomadır.

    publika.az
    loading...