Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Müdafiə naziri yeni təlim mərkəzinin açılışında iştirak edib - VİDEO
  • Ermənilər gecə ilə Ağdama qoşun topladı – Video
  • Fuad Abbasovun səhhəti pisləşdi
  • Azərbaycanda hərbi hissələrdə xüsusi rejim elan edilib
  • Leyla Əliyeva xalqı belə təbrik etdi - Video
  • “WhatsApp”da yeni dələduzluq - Ehtiyatlı olun
  • Azərbaycan xalqının Milli Qurtuluş Günüdür
  • Bu, dünyanın sonunu gətirəcək - DÜNYA ŞOKDA
  • Ehram Məcidovun cinayət işi üzrə məhkəmə iclası keçirilib-Video+Foto
  • Soyuq enerjisi nədir?
  • Kütləvi İnformasiya Vasitələrinin dəyərli əməkdaşları,dəstəyinizə ehtiyacımız var!
  • Ehram Məcidova haqsızlıq və düzgün aparılmayan İstintaq... -Təhlil
  • Maşının “şitində” Avropaya qaçan miqrant - FOTO
  • “ERMƏNİSTANI CƏZALANDIRIB, ZƏNGƏZURU GERİ ALMALIYIQ!” – “Tərədüd etsək, Naxçıvanı itirməmək haqda düşünməyə məcbur edəcəklər”
  • Vanqanın Türkiyə öngörüsü gerçəkləşir? - Video
  • TSQ “Pəncə” ilə bağlı hesabat yaydı: 27 ölü
  • 2020-ci ildə canlı orqanizmlər uzaq kosmosa göndəriləcək
  • Qüdsü azad edən, 3 lideri diz çökdürən azərbaycanlı
  • İnsanın Marsa uçacaq tarix elan edilib
  • Xalqımızın tarixində və taleyində misli görünməmiş Mart faciəsinin əsl mənzərəsi, mahiyyəti on illərlə gizlədilmiş, saxtalaşdırılmışdır.
  • SON DƏQİQƏ: Fuad Abbasov azad edildi - VİDEO
  • Fuad Abbasovun ailəsi müraciət yaydı
  • TÜRKİYƏLİ İŞ ADAMI XOCALIDA UŞAQ BAĞÇASI TİKDİ -FOTO
  • Civəli termometrin sınması niyə qorxulu sayılır?
  • Bu ölkədən xəbərdarlıq: İrana getməyin!
  • 11 May 2019, 07:51   
        62
    Xalq ordudan cavab həmləsi gözləyir - "Qisas alınmalıdır, Başqa alternativ yoxdur" - Politoloq

    Ötən ilin sentyabr ayında Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüşdən sonra cəphə xəttində uzun müddət sabitlik təmin edilmişdi. Sonradan Düşənbə görüşünü şərh edən Paşinyan cəphə xəttində sabitliyi qorumaq üçün İlham Əliyevlə razılaşdıqlarını bildirmişdi. Ancaq bu razılaşmadan sonra bu ilin mart ayının 29-da düşmən tərəfindən bölmələrimizin mövqelərinin atəşə tutulması nəticəsində cəbhənin Füzuli rayonu istiqamətində Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlləzov Əlləz Ələddin oğlu şəhid oldu.

    Xalq ordudan cavab həmləsi gözləyir - "Qisas alınmalıdır, Başqa alternativ yoxdur" - Politoloq

    Yəni, düşmən 2 gün əvvələ qədər artıq bir dəfə Düşənbə razılaşmasını pozmuşdu. May ayının 30-da isə ikinci dəfə bu razılaşmaya əməl edilməmiş, atəşkəs pozulmuş və bu dəfə Azərbaycan Ordusunun mayoru, tabor komandiri Aqil Omarov şəhid edilmişdir.

    Xalq ordudan cavab həmləsi gözləyir - "Qisas alınmalıdır, Başqa alternativ yoxdur" - Politoloq

    Qeyd edək ki, Mayor Omarovun şəhid edilməsindən bir müddət əvvəl ardıcıl surətdə Müdafiə Naziri general-polkovnik Zakir Həsənov kəskin bəyanatlar vermişdi. 4 aprel tarixində o, erməni həmkarının işğal hədələrinə cavab verərək qeyd edib: “ Artıq 90-cı illər deyil. Mən onun bəyanatını eşidəndə dedim, nə olardı, kaş hücuma keçərdilər. O zaman mən Tonoyanla Yerevanda görüşərdim. Boş-boş danışmaqla erməni xalqını aldatmaq daha mümkün deyil. O vaxtlar da deyirdilər ki, Ohanyan xəttini bu yana keçmək olmaz. Amma cəmi 18 dəqiqəyə keçdik. Bütün imkanlarını yığsalar aprelin 3-4 qatı olacaq. Mən bu anı səbrsizliklə gözləyirəm…”

    6 apreldə nazir orduya döyüşə hazır olmaq barədə əmr verir.

    22 mayda isə general-polkovnik orduya yeni əmr verir və bildirir ki, düşmən təxribatlarının dərhal qarşısı alınsın.
    8 gün üstündən keçir və düşmən snayperi Azərbaycan zabitini şəhid edir. Ümidvarıq ki, cənab general-polkovnik şəhidlərimizin qanının yerdə qalmaması üçün yaxın saatlarda və ya günlərdə “hücum” əmri verəcək. Çünki Tabor komandirinin şəhid olması cəmiyyət tərəfindən aqressiya ilə qarşılanıb və xalqın müxtəlif kəsimlərindən olan vətəndaşlar “düşmənin mövqeləri məhv edilməlidir” tələbləri səsləndirilib.

    Qarabağ qaziləri, millət vəkilləri, ehtiyatda olan zabitlər və digər sıravi vətəndaşlar artıq iki gündür xüsusilə də sosial şəbəkələrdən müharibə çağırışları edirlər. Təbii ki, belə bir məqamda vətəndaşların emosionallığını anlamaq gərəklidir. Belə ki, 30 ildir Qarabağ probleminin psixoloji və siyasi yükünü çəkən Azərbaycan xalqı bu problemdən onsuzda çoxdan cana doyub. Bununla birlikdə, şəhid xəbərləri vətəndaşın səbr kəsasını daşırmaqdadır.

    Qeyd edək ki, buna bənzər bir vəziyyət aprel döyüşləri zamanı yaşanmışdı. Döyüşlər zamanı ölkənin demək olar ki, bütün böyük şəhərlərində və regionlarda orduya dəstək mitinqləri təşkil edilmiş, minlərlə insan könüllü surətdə döyüşlərdə iştirak etmək üçün Müdafiə Nazirliyinə rəsmi müraciət ünvanlamışdı. Bu gün xalqın böyük bir qisminin də arzuladığı “yeni bir aprel zəfəri”, “qisas” və “sonuncu döyüşdür”.

    Eyni zamanda Ermənistanda Koçaryanın azad edilməsi və son günlər regionda baş verənlər Qarabağ klanının aktivliyini daha da artırıb. Qarabağ klanının aktivləşdiyi bir zamanda Azərbaycan zabitinin şəhid edilməsi və Ermənistan Müdafiə Nazirliyinin atəşin erməni tərəfindən açıldığını inkar etməsi ağıllara Azərbaycan mayoruna atılan güllənin Qarabağ klanı yoxsa Ermənistan ordusu tərəfindən atıldığı sualını gətirdi.



    “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, Azərbaycan üçün bu sualın cavabının elə bir əhəmiyyəti yoxdur. “Çünki həm İrəvandadakılar, həm də Xankəndidəkilər işğalçıdırlar. Buna baxmayaraq, Xankəndidəkilər bölgədəki vəziyyəti gərginləşdirməklə Paşinyanın hakimiyyətini laxlatmağı planlaşdıra bilərlər. Bunu son açıqlamalarının birində Paşinyan da gizlətməyib. O faktiki demişdi ki, eks-prezident Robert Köçəryana tabe olan separatçılar bölgədəki kiçik müharibə başlatmaqla Ermənistan hakimiyyətinin mövqelərini zəiflətməyi planlaşdırırlar. Köçəryan tərəfdarları həmin planı hərəkətəmi gətiriblər?”, - deyə politoloq sual edib.

    Elxan Şahinoğlu ile ilgili görsel sonucu

    Onun sözlərinə görə, atəşkəsi pozanlar həmsədrləri də pis vəziyyətdə qoyublar: “Guya vasitəçilər Bakıya gəlmişdilər ki, xarici işlər nazirlərinin ötən görüşündəki şifahi razılaşmaların yerinə yetirilməsi təmin etsinlər. Elə bəyanatlarına da bu başlığı çıxarmışdılar. ”Həmsədrlər əvvəlcədən istənildiyi kimi, konkret təkliflər təqdim ediblər". Söhbət humanitar və təhlükəsizlik tədbilərindən gedir. Ancaq hansı təhlükəsizlik tədbirindən danışılır ki, atəşkəs pozulur, hərbçimiz şəhid edilir və ya hansı humanitar tədbirdən danışılır ki, var gücləri ilə erməni futbolçunun Bakıya gəlişinə mane olmaqla milli ədavəti daha da qızışdırdılar? Elə Azərbaycan Xarici İşlər Nazirliyinin son bəyanatında Ermənistanın təxribatçı və qanlı əməlinin qəti qəbuledilməz olduğu və danışıqlar prosesinə zərbə vurduğu bildirilir".

    Siyasi ekspert hesab edir ki, Ağdam istiqamətində açılan atəş həmsədrlərin bu səfərini və təkliflərini də puça çıxardı və bunun günahkarı təmas xəttinin o tərəfindəki güc və ya güclərdir: “Bütün hallarda həbrçimizin şəhid olmasına görə qisas alınmalı, qarşı tərəf cəzalandırılmalıdır. Başqa alternativ yoxdur”.ednews.net

    loading...