Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Müdafiə naziri yeni təlim mərkəzinin açılışında iştirak edib - VİDEO
  • Ermənilər gecə ilə Ağdama qoşun topladı – Video
  • Fuad Abbasovun səhhəti pisləşdi
  • Azərbaycanda hərbi hissələrdə xüsusi rejim elan edilib
  • Leyla Əliyeva xalqı belə təbrik etdi - Video
  • “WhatsApp”da yeni dələduzluq - Ehtiyatlı olun
  • Azərbaycan xalqının Milli Qurtuluş Günüdür
  • Bu, dünyanın sonunu gətirəcək - DÜNYA ŞOKDA
  • Ehram Məcidovun cinayət işi üzrə məhkəmə iclası keçirilib-Video+Foto
  • Soyuq enerjisi nədir?
  • Kütləvi İnformasiya Vasitələrinin dəyərli əməkdaşları,dəstəyinizə ehtiyacımız var!
  • Ehram Məcidova haqsızlıq və düzgün aparılmayan İstintaq... -Təhlil
  • Maşının “şitində” Avropaya qaçan miqrant - FOTO
  • “ERMƏNİSTANI CƏZALANDIRIB, ZƏNGƏZURU GERİ ALMALIYIQ!” – “Tərədüd etsək, Naxçıvanı itirməmək haqda düşünməyə məcbur edəcəklər”
  • Vanqanın Türkiyə öngörüsü gerçəkləşir? - Video
  • TSQ “Pəncə” ilə bağlı hesabat yaydı: 27 ölü
  • 2020-ci ildə canlı orqanizmlər uzaq kosmosa göndəriləcək
  • Qüdsü azad edən, 3 lideri diz çökdürən azərbaycanlı
  • İnsanın Marsa uçacaq tarix elan edilib
  • Xalqımızın tarixində və taleyində misli görünməmiş Mart faciəsinin əsl mənzərəsi, mahiyyəti on illərlə gizlədilmiş, saxtalaşdırılmışdır.
  • SON DƏQİQƏ: Fuad Abbasov azad edildi - VİDEO
  • Fuad Abbasovun ailəsi müraciət yaydı
  • TÜRKİYƏLİ İŞ ADAMI XOCALIDA UŞAQ BAĞÇASI TİKDİ -FOTO
  • Civəli termometrin sınması niyə qorxulu sayılır?
  • Bu ölkədən xəbərdarlıq: İrana getməyin!
  • 10 May 2019, 21:52   
        86
    Əsgərimizi şəhid edəni Tonoyanın mükafatlandırması... - XİN
    Əsgərimizi şəhid edəni Tonoyanın mükafatlandırması... - XİN

    Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva kütləvi informasiya vasitələrinin sualını cavablandırıb.

    XEBERTV.AZ Axar.az-a istinadən həmin sual-cavabı təqdim edir:

    - Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, bu ölkənin müdafiə naziri Azərbaycan hərbi qulluqçusunu qətlə yetirən Ermənistan silahlı qüvvələrinin nümayəndələrini yüksək mükafatlandırmaya təqdim edib. Bununla bağlı siz nə deyə bilərsiniz?

    - Fikrimizcə, düşmən qüvvələrin düşərgəsində kim-kimi idarə edir məsələsində böyük qarışıqlıq mövcuddur. Aydındır ki, Ermənistan rəhbərliyi yalan bəyanatlar verməklə məsuliyyətdən yayınmağa çalışır. Bu ölkənin müdafiə naziri isə Azərbaycan hərbi qulluqçusunu məhv etmək əmrini yerinə yetirənləri şəxsən mükafatlandırmaqla Ermənistanın işğalçı dövlət olduğunu etiraf etmiş olur. Bu, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalında bilavasitə iştirak etdiyinin bariz sübutudur.

    Ermənistan müdafiə nazirinin bu hərəkəti həmçinin bu ölkənin beynəlxalq vasitəçiləri aldatdığını və onlara hörmətsizlik etdiyini açıq şəkildə nümayiş etdirir. Xatırladırıq ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə səfəri zamanı Ermənistan silahlı qüvvələri snayper atəşi ilə qanlı təxribat törədib və bölgə səfəri ilə bağlı həmsədrlərin bəyanatından bir-neçə gün sonra Ermənistan yenidən qanlı cinayətə əl atıb. Təəssüflə qeyd etmək istərdik ki, məhz Ermənistanın məsuliyyətsiz davranışı nəticəsində bölgə yüksələn gərginlik astanasındadır. Ermənistanda müharibə tərəfdarlarının törətdiyi bu təxribatlar münaqişənin həlli üzrə aparılan danışıqların mahiyyətinə zərbə vurmaq cəhdidir. Bir daha vurğulayırıq ki, hadisələrin bu istiqamətdə inkişafının bütün məsuliyyəti Ermənistan tərəfinin üzərinə düşür.[justify][/justify]
    loading...