Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Ərdoğandan Merkelə sərt sözlər: Tərəfinizi seçin, ya biz, ya terrorçular!
  • Alimdən inanılmaz: Marsda həyat izləri 40 il əvvəl tapılıb
  • SON DƏQİQƏ: sayı 500-ə yaxınlaşır, strateji şəhər və ABŞ silahları ələ keçirildi... (YENİLƏNİR)
  • FÜZULİ SAKİNİ PREZİDENTDƏN KÖMƏK İSTƏDİ
  • Türkiyə ordusu terrorçulara divan tutmaqda davam edir
  • Cins şalvarlar planeti necə məhv edir
  • Prezident İlham Əliyev “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak edib - VİDEO
  • Alimlerin cavab vere bilmediyi sirli suallar hansilardir
  • SON DƏQİQƏ: Rusiya qırıcıları azərbaycanlıların da olduğu BAZANI VURDU
  • Qaçqınlar üzrə Ali Komissardan xəbərdarlıq
  • Bu Avropa ölkələrində 14 yaşında sekslə məşğul olmaq qanunidir - FOTO
  • Qardaş Türkiyədə Qazilərə verilən imtiyazlar
  • Rus vertolyotu Kəlbəcərdə 8 nəfər uşağı parçaparça edib – ÇOXLARININ BİLMƏDİYİ DƏHŞƏTLİ FAKT
  • Erməni işğalının daha bir üzü: 10 kənddə... - 27 il
  • Xocalı soyqırımı ilə bağlı yeni şəkillər yayıldı - FOTO
  • Cəhənnəmə düşənlərin əksəriyyəti qadınlardır? - Hacı Şahin CAVAB VERDİ
  • “WhatsApp” bəzi istifadəçiləri ilə vidalaşacaq
  • Öz adınızı Marsa göndəriləcək mikrocipə yaza bilərsiniz - NASA təklif edir
  • Moskvada 20 min insan Putinə səsləndi: Azad et!
  • İstanbulu yerlə-yeksan edəcək dəhşətli zəlzələ gəlir - Alimlərdən ŞOK PROQNOZ
  • Ən ağır neytron ulduz müəyyən edildi - Nəzəriyyə alt-üst oldu
  • Zamirə Hacıyeva haqda London məhkəməsi qərar verdi
  • Rəsədxanadan qorxulu açıqlama: Böyük zəlzələ olacaq
  • Gələn ildən Ermənistanda uşağın doğulmasına görə müavinət 600 dollardan çox olacaq...
  • İnsanın öldürülmə vaxtını təyin edən alət tapıldı
  • 31 Mayıs 2019, 08:30   
        114
    Həmsədrlər Bakıda ikən şəhid verdik: Nikola güllə atıldı?

    Həmsədrlər Bakıda ikən şəhid verdik: Nikola güllə atıldı?

    ATƏT-in Minsk Qrupu həmsədrlərinin İrəvandan sonra Bakıda olduğu gün erməni separatçılarının atəşkəsi pozaraq hərbçimizi şəhid etməsi təsadüfi deyil.

    XEBERTV.AZ xəbər verir ki, bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində öz əksini tapıb. Bildirilib ki, məntiqlə hərbçimizin şəhid edilməsi və cəbhə bölgəsində sabitliyin pozulması Ermənistanın Baş naziri Nikol Paşinyanın maraqlarına cavab verməməlidir:

    “Çünki o da bilir ki, bir neçə gün sonra cavab atəşiylə Ermənistan ordusu itki verəcək. Atəşkəsi pozmaq əmrinin İrəvandan, yoxsa Qarabağ separatçılarından verilməsi məlum deyil. Bizim üçün bunun elə bir əhəmiyyəti yoxdur. Çünki həm İrəvandadakılar, həm də Xankəndidəkilər işğalçıdırlar. Buna baxmayaraq, Xankəndidəkilər bölgədəki vəziyyəti gərginləşdirməklə Paşinyanın hakimiyyətini laxlatmağı planlaşdıra bilərlər. Bunu son açıqlamalarının birində Paşinyan da gizlətməyib. O, faktiki demişdi ki, eks-prezident Robert Köçəryana tabe olan separatçılar bölgədə kiçik müharibə başlatmaqla Ermənistan hakimiyyətinin mövqelərini zəiflətməyi planlaşdırırlar”.

    Mərkəzin təhlilində həmçinin qeyd olunub ki, atəşkəsi pozanlar həmsədrləri də pis vəziyyətdə qoyublar:

    “Guya vasitəçilər Bakıya gəlmişdilər ki, xarici işlər nazirlərinin ötən görüşündəki şifahi razılaşmaların yerinə yetirilməsini təmin etsinlər. Elə bəyanatlarına da bu başlığı çıxarmışdılar: “Həmsədrlər əvvəlcədən istənildiyi kimi, konkret təkliflər təqdim ediblər”. Söhbət humanitar və təhlükəsizlik tədbirlərindən gedir. Ancaq hansı təhlükəsizlik tədbirindən danışılır ki, atəşkəs pozulur, hərbçimiz şəhid edilir və ya hansı humanitar tədbirdən danışılır ki, var gücləriylə erməni futbolçunun Bakıya gəlişinə mane olmaqla milli ədavəti daha da qızışdırdılar? Elə Azərbaycan Xarici İşlər Nazirliyinin son bəyanatında Ermənistanın təxribatçı və qanlı əməlinin qəti qəbuledilməz olduğu və danışıqlar prosesinə zərbə vurduğu bildirilir. Beləliklə, Ağdam istiqamətində açılan atəş həmsədrlərin bu səfərini və təkliflərini də puça çıxardı və bunun günahkarı təmas xəttinin o tərəfindəki güc və ya güclərdir. Bütün hallarda həbrçimizin şəhid olmasına görə qarşı tərəf cəzalandırılmalıdır. Başqa alternativ yoxdur”.axar.az
    loading...