Xəbər lenti
Axtar
Ən çox oxunan
  • SON DƏQİQƏ: Fuad Abbasov azad edildi - VİDEO
  • Fuad Abbasovun ailəsi müraciət yaydı
  • TÜRKİYƏLİ İŞ ADAMI XOCALIDA UŞAQ BAĞÇASI TİKDİ -FOTO
  • Civəli termometrin sınması niyə qorxulu sayılır?
  • Bu ölkədən xəbərdarlıq: İrana getməyin!
  • Leyla Əliyeva "Bizim həyət" layihəsi çərçivəsində növbəti həyətin açılış mərasimində iştirak etdi
  • Çirkli neftə görə Putindən kompensasiya tələb edir - 100 milyonlarla dollar...
  • Drakon FETO-nun gizli planının üstünü açır
  • Şəhidlər xiyabanını qaranlıga qərq etdilər
  • Bəşəriyyətin son 50 ildə planeti necə dəyişdiyi məlum olub
  • "BAGIŞLA MƏNI ŞUŞA"
  • Leyla Əliyeva rəsm sərgisinin açılışında - Foto
  • Bu ölkədə məscidlər sökülür - ŞOK
  • Yeni dəhşətli görüntülər ortaya çıxdı: Moskvada 41 nəfərin ÖLÜM ANI – VİDEO/FOTO
  • Həyatınızı dəyişdirən 9 MÜDRİK QAYDA
  • Hər kəsin həyatını dəyişdirəcək 30 KARMA QANUNU
  • Yeni növ işıq diodları displeylərin təsvir ölçüsünü 3 dəfə artıracaq
  • Dünyaya ŞOK: 2 milyard insan...- Alimlər fəlakət ssenarisinin DƏQİQ TARİXİNİ AÇIQLADILAR - FOTO
  • Tarixin GİZLİNLƏRİ – Rus zabit Berlinə bayraq sancan Məmmədovu niyə güllələdi? – VİDEO
  • Ramazan ayının başlanacağı tarix AÇIQLANDI - QMİ fətva verdi
  • Saytların təhlükəsizliyini yoxlayan yeni proqram
  • İlham Əliyev: Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq
  • Feysbuk artıq bu görünüşdə olacaq - Foto
  • İnsanlardan GİZLƏDİLƏN DƏHŞƏTLİ İcadlar
  • İnsanlıqdan GİZLƏDİLƏN Ən Böyük SİRR - Bəsirət Gözü
  • 09 May 2019, 17:55   
        84
    “Biz, böyük bir oyunun kiçik peşkalarıyıq!”

    “Biz, böyük bir oyunun kiçik peşkalarıyıq!”

    1992-ci il il fevralın 20-22-si arası İranın Xarici işlər naziri Əli Əkbər Vilayəti Azərbaycana səfərə gəldi. Rusiya tərəfin də razılığına əsasən aparılan danışıqlar nəticəsində fevralın 27-dən etibarən Ermənistan-Azərbaycan sərhəddində atışmaların dayandırılması haqqında razılıq əldə edildi. 3 gün sonra Ermənistan Silahlı Qüvvələri öz din qardaşlarının köməyilə Azərbaycanın ayrılmaz hissəsi olan Xocalını yerlə-yeksan elədilər.Rəsmi məlumatlara görə, 613 nəfər şəhid oldu, 1275 nəfər əsir və ya girov götürüldü. O vaxtdan hələ də 155 nəfər itkinin taleyindən xəbər yoxdur.
    Həmin il mayın 7-də Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən Ali Sovetin sədri Yaqub Məmmədov İrana səfər etdi. Danışıqlar nəticəsində 1992-ci il mayın 10-dan etibarən döyüşən tərəflər arasında müvəqqəti atəşkəs əldə olundu.Yaqub Məmmədov mayın 8-də təyyarə ilə Azərbaycana qayıdarkən eşitdi ki, Şuşanı işğal ediblər.O, az sonra belə bir tarixi fikir söylədi: “Biz, böyük bir oyunun kiçik peşkalarıyıq!”
    Bəli, 25-28 il öncə bütövlükdə Cənubi Qafqazda və ölkəmizdə durum beləydi.Təkcə İran deyil, digər qonşu dövlətlər də Azərbaycanın yenidən parçalanması, bir neçə dövlət arasında bölünməsi üçün mübarizə aparırdılar. Dünya şöhrətli siyasətçi, keçmiş SSRİ-nin Dövlət Təhlükəsizliyi Xidmətinin aparıcı simalarından biri olan Heydər Əliyevin 1993-cü il iyun ayının 15-də yenidən Azərbaycanda hakimiyyətə gəlməsilə ölkəmizi bölüb-parçalamaq istəyən qüvvələr arasında müəyyən qədər balans yarandı. Hətta, Ermənistan rəhbərliyi, xüsusən, Ermənistan Ali Sovetinin sədri Karen Dəmirçiyan etiraf etmişdi ki, “nə qədər ki, Heydər Əliyev sağdır və hakimiyyət başındadır, biz, “Dənizdən-dənizə, Böyük Ermənistan” ideyasını həyata keçirə bilməyəcəyik.”
    2019-cu il mayın 9-da mən bu sözləri nəyə görə xatırlatdım, bilirsizmi? Deyilənlərə görə, indiyədək dünyada 15 mindən çox müharibə ocağı alovlanıb. Onlardan da biri 1941-1945-ci illərdə baş vermiş və tarixə Böyük Vətən müharibəsi kimi düşmüş bir müharibədir. Həmin müharibədə tarixi faktlara görə keçmiş SSRİ-nin Ali Baş Komandanı İ,Stalin Almaniyaya məxsus qoşunların Moskvanın 45 km-liyinə qədər gəlməsinə şərait yaradıb. Lakin az sonra müharibənin taleyi Almaniyanın paytaxtı Berlində, Reystaqa keçmiş SSRİ-yə məxsus bayrağın taxılmasıyla yekunlaşıb.Tarixi faktlara görə II dünya müharibəsində Azərbaycanın 600 min nəfər oğul və qızı iştirak edib, onlardan 300 min nəfər həlak olub. Mayın 9-u həm də bizim bayramımızdır.Çünki, baba və nənələrimiz də amansız müharibənin uğurla başa çatması üçün əllərindən gələni əsirgəməyiblər.
    1988-ci ilin fevralında başlanan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində hələ ki qalib yoxdur. Ancaq, fakt budur ki, bu gün Azərbaycan Respublikası Qafqazın super gücə malik dövlətidir.Azərbaycan Silahlı Qüvvələrinin büdcəsi, Ermənistanın dövlət büdcəsindən ən azı 3 dəfə çoxdur.
    1992-ci ilin yayında Ağdərə-Goranboy istiqamətlərində, 1994-cü ilin yanvarında Füzuli rayonunun Horadiz şəhəri istiqamətində, 1994-cü ilin mayın cəbhənin Tərtər –Ağdərə və Beyləqan-Füzuli istiqamətlərində Ordumuzun uğurlu döyüş əməliyyatları olub. Müəyyən qədər səhvlər, hətta, kobud səhvlər və xəyanət izləri olsa belə, 2016-cı ilin aprel savaşı göstərdi ki, Azərbaycan istənilən zaman öz dədə-baba torpaqlarını düşmən tapdağından azad etməyə hazırdır.
    Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri, II dərəcəli müharibə əlili Hacı Ədalət Məhərrəmovun təklifi var. O gün olsun, Silahlı Qüvvələrimiz işğal edilən torpaqları düşmən tapdağından azad eləsin və biz, həmin günü “Kişilər bayramı günü!” kimi qeyd edək.
    Dəyərli dostlar, Sizin hər birinizi 9 may- Faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə təbrik edir, sağlam və mənalı ömür arzulayırıq.
    Bayramımız mübarək olsun!
    Hörmətlə,
    Şamil Sabiroğlu,
    “Tərəqqi”medalının mükafatçısı, jurnalist, müharibə veteranı.
    Bakı, 09.05.2019.
    loading...