Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • Yerli məmurlardan əli üzülən Gəncə sakini Ukrayna prezidentindən imdad diləyir - VİDEO
  • Adı korrupsiyada hallanan məmur başqa bölgəyə "transver" edilib ?... - VİDEO
  • Canı və malı düşmən zərbəsinə tuş gəlib, halal haqqını isə məmurlar mənimsəyir - VİDEO
  • Deputatın qohumları vətəndaşı ölümcül döyüblər
  • TEMPERATUR ENİR: külək, yağış, dolu olacaq - BU GÜNÜN HAVASI
  • İrəvan erməniləri Qarabağ ermənilərini DAŞ-QALAĞ EDİR: Rədd olun... - VİDEO
  • Ərdoğan yanğınsöndürənlərimizin işindən danışdı
  • 28 Nis 2019, 22:32   
        426
    “Paşinyanın bu siyasəti hərbi əməliyyatların bərpasına gətirib çıxara bilər...”

    “Paşinyanın bu siyasəti hərbi əməliyyatların bərpasına gətirib çıxara bilər...”
    “Biz Ermənistan tarixində misli görünməmiş halla üz-üzəyik. Hakimiyyət danışıqlar formatının dəyişdirilməsi barədə söhbətlər istisna olmaqla danışıqlar prosesini hansı prinsiplər əsasında aparmağa hazırlaşdığını bəyan etmir”.

    XEBERTV.AZ Virtualaz.org-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın hazırda həbsdə olan keçmiş prezidenti Robert Köçəryanın administrasiyasının rəhbəri olmuş Viktor Soqomonyan Rusiyanın “FAN” (“Federal Xəbərlə Agentliyi”-“Kremlin aşbazı” kimi tanınan oliqarx Yevgeni Priqojinə məxsusdur) agentliyinə müsahibəsində deyib.

    “Bununla bağlı çox böyük narahatlıqlar var. Konkret olaraq belə narahatlıq var ki, erməni tərəfinin bu siyasəti beynəlxalq birlik-Minsk Qrupunun həmsədrləri, vasitəçilər tərəfindən qeyri-konstruktiv olaraq qiymətləndiriləcək və hərbi əməliyyatların bərpasına gətirib çıxaracaq. Bu, olduqca arzuolunmaz ssenaridir”-Soqomonyan əlavə edib.

    “Paşinyanın bu siyasəti hərbi əməliyyatların bərpasına gətirib çıxara bilər...”

    Köçəryanın tərəfdaşı ümid edir ki, Paşinyan hökuməti tezliklə formatla bağlı mövqeyini müəyyən edəcək və danışıqlar prosesində hansı prinsiplər əsasında iştirak edəcəyini açıqlayacaq. “Ancaq bundan sonra Qarabağ məsələsinin nizamlanması perspektivləri barədə danışmaq olar”-o bildirib.

    Xatırladaq ki, Paşinyanın danışıqlar formatını dəyişməyə və qondarma “dqr”i danışıqlara tərəf kimi cəlb etməyə yönəlmiş cəhdləri artıq Minsk Qrupu həmsədrləri tərəfindən rədd edilib. Həmsədrlər birgə bəyanatla çıxış edərək bildiriblər ki, danışıqlar formatının dəyişdirilməsinə yönəlmiş birtərəfli cəhdlər qəbuledilməzdir.
    loading...