Xəbər lenti
Axtar
Ən çox oxunan
  • SON DƏQİQƏ: Fuad Abbasov azad edildi - VİDEO
  • Fuad Abbasovun ailəsi müraciət yaydı
  • TÜRKİYƏLİ İŞ ADAMI XOCALIDA UŞAQ BAĞÇASI TİKDİ -FOTO
  • Civəli termometrin sınması niyə qorxulu sayılır?
  • Bu ölkədən xəbərdarlıq: İrana getməyin!
  • Leyla Əliyeva "Bizim həyət" layihəsi çərçivəsində növbəti həyətin açılış mərasimində iştirak etdi
  • Çirkli neftə görə Putindən kompensasiya tələb edir - 100 milyonlarla dollar...
  • Drakon FETO-nun gizli planının üstünü açır
  • Şəhidlər xiyabanını qaranlıga qərq etdilər
  • Bəşəriyyətin son 50 ildə planeti necə dəyişdiyi məlum olub
  • "BAGIŞLA MƏNI ŞUŞA"
  • Leyla Əliyeva rəsm sərgisinin açılışında - Foto
  • Bu ölkədə məscidlər sökülür - ŞOK
  • Yeni dəhşətli görüntülər ortaya çıxdı: Moskvada 41 nəfərin ÖLÜM ANI – VİDEO/FOTO
  • Həyatınızı dəyişdirən 9 MÜDRİK QAYDA
  • Hər kəsin həyatını dəyişdirəcək 30 KARMA QANUNU
  • Yeni növ işıq diodları displeylərin təsvir ölçüsünü 3 dəfə artıracaq
  • Dünyaya ŞOK: 2 milyard insan...- Alimlər fəlakət ssenarisinin DƏQİQ TARİXİNİ AÇIQLADILAR - FOTO
  • Tarixin GİZLİNLƏRİ – Rus zabit Berlinə bayraq sancan Məmmədovu niyə güllələdi? – VİDEO
  • Ramazan ayının başlanacağı tarix AÇIQLANDI - QMİ fətva verdi
  • Saytların təhlükəsizliyini yoxlayan yeni proqram
  • İlham Əliyev: Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq
  • Feysbuk artıq bu görünüşdə olacaq - Foto
  • İnsanlardan GİZLƏDİLƏN DƏHŞƏTLİ İcadlar
  • İnsanlıqdan GİZLƏDİLƏN Ən Böyük SİRR - Bəsirət Gözü
  • 22 Nis 2019, 07:33   
        87
    "Qarabağın xilası düşməni hərbi yolla sülhə məcbur etməkdən keçir!!!"

    "Qarabağın xilası düşməni hərbi yolla sülhə məcbur etməkdən keçir!!!"


    Qarabağ münaqişəsində “humanitar proses” haqqında Moderator.az-da gedən yazılarla tamamilə şərikəm, kiçik bir istisna ilə. Mən humanitar məsələlərin nəinki danışıqlarla paralel həllinin tərəfdarıyam, əksinə, hesab edirəm ki, bu heç mümkün olan iş deyil.
    Haqlı göstərilir ki, dünyada imicimiz bərbaddır, çünki biz təkcə birinci Qarabağ savaşını yox, çox təəssüf ki, informasiya savaşını da düşmənə uduzuruq.
    Diqqət edin, 30 ilə yaxındır faşist Ermənistan Azərbaycana qarşı təcavüz edib, 20 faiz torpaqlarını işğal altında saxlayır. Amma biz Ermənistanın işğalçı dövlət olduğunu dünya birliyinə hələ də sübut edə bilməmişik.
    Əlbəttə, dünya birliyi bunu çox gözəl bilir, fəqət,"ikili standartlar" dediyimiz siyasət onu görməzdən gəlməyə vadar edir.
    Bunun əksinə olaraq, məkrli düşmən bizim elə öz məsuliyyətsiz bəyanatlarımızdan məharətlə istifafə edərək, Azərbaycanın bütün dünyada davakar və təcavüzkar obrazını yaratmağa cəhd edir. Bir qarış torpağı işğaldan azad edə bilmirik, amma İrəvanı almaq barəsində cəfəng və populist fikirlər yürüdəndə belə də olmalıdır.
    "Xalqları sülhə hazırlamaq" kimi cəfəng və həlli mümkün olmayan ideya son dərəcə təhlükəlidir və tamamilə düşmənin mənafelərinə xidmət edir.
    Bununla əlaqədar olaraq Vyanada və Moskvada baş tutmuş və 25 il ərzində ən mənasız,məzmunsuz və predmetsiz danışıqlarda humanitar sahədə hansısa razılığın əldə olunması, əslində, Azərbaycanı aşağılamaqdan savayı bir şey deyil.
    Diqqət edin, heç bu sahədə də düşmən öz məkrli niyyətlərindən əl çəkmir. Məsələn, əsirlərin dəyişdirilməsində Azərbaycanın təklifi düşmən tərəfindən qəbul edilmir, çünki orada olan azərbaycanlı əsirlərin sayı bizdəki erməni əsirlərinini sayından qat-qat çoxdur.
    Amma məsələnin mahiyyəti bu deyil.
    Diplomatiyanın və siyasətin əlifbasından xəbəri olanlar üçün humanitar məsələlərin indiki mərhələdə gündəmə gətirilməsinin nə demək olduğu gün kimi aydındır.
    Belə ki, Azərbaycan torpaqlarının 20 faizinin işğal altında qalması,düşmənin nəinki hər hansı bir kompromisə getməməsi, üstəlik, ölkəmizi "yeni ərazilər uğrunda yeni müharibə" ilə təhdid etməsi şəraitində təklif edilən humanitar aksiyaların yalnız bir mənası var:
    ATƏT-in hər üç satqın həmsədri belə qənaətə gəliblər ki, onlar artıq Azərbaycanı mövcud hərbi-siyasi reallıqları nəzərə almağa və Dağlıq Qarabağ və ətraf 7 rayonumuzun işğalı ilə barışmağa vadar edə biliblər. İndi isə dinc həyatın nizama salınması üçün humanitar məsələlər öz həllini tapmalıdır!!!
    Görün, bizə nəyi təklif edirlər!!!
    -təmas xəttində kənd təsərrüfatı ilə məşğul olan əhaliyə mane olmamaq;
    -əsirlərə doğmaları və yaxınları tərəfindən baş çəkilməsinə hər iki tərəfdən şərait yaratmaq;
    -jurnalistlərin Ermənistana,Azərbaycana və...Dağlıq Qarabağa (!!!) qarşılıqlı səfərlərini təşkil etmək!!!
    -Sərsəng su anbarından birgə istifadə etmək...
    Burada jurnalistlərin səfərinə xüsusi diqqət yetirmək lazımdır.
    Deməli,onlar Dağlıq Qarabağa...Ermənistan ərazisindən keçib getməli olacaqlar;bu isə həm Dağlıq Qarabağın de-fakto müstəqil olması,həm də münaqişənin üçüncü bir tərəfi olması anlamına gələcəkdir!
    Buna qətiyyən yol vermək olmaz!!!
    Yeri gəlmişkən,"xalqları sülhə hazırlamaq" ideyası ortaya atılan kimi artıq Azərbaycan tərəfi estafeti ilk olaraq qəbul etmiş, TURAN informasiya agentliyinin müxbiri İrəvana səfər etmiş,paytaxt sakinləri arasında rəy sorğusu da keçirmişdir. Jurnalistin özünün verdiyi açıqlamasından belə məlum olur ki, orada ermənilər Qarabağla bağlı verilən sualları gülüşlə qarşılamış və Qarabağ probleminin çoxdan həll olunduğunu onun diqqətinə çatdırmışlar!!!
    Beləliklə,tamamilə aydındır ki,indiki şəraitdə heç bir humanitar aksiyadan söhbət belə gedə bilməz.
    Həm də ona görə ki, Azərbaycan 25 ildən artıqdır ki, özünün sülhsevər mövqeyini ortaya qoymuşdur.
    Bizim bundan sonra nə informasiya savaşı, nə partizan müharibəsi aparmağa, nə də humanitar məsələlərlə başımızı qatmağa zamanımız qalmayıb.
    Qarabağın xilası düşməni hərbi yolla sülhə məcbur etməkdən keçir!!!

    P.S. ATƏT-in vasitəçilik missiyasi tam iflasa uğrayıb və sülh prosesi Vyanada 29 martda dəfn olunub. Sonra 15 apreldə Kreml tərəfindən "meyit eksqumasiya edilərək", Moskvada yenidən "torpağa tapşırılıb".
    Bir azdan isə "meyit" yenidən "eksqumasiya edilərək", bu dəfə Vaşinqtonda yenidən "torpağa tapşırılacaq"!!!
    "Meyit" elə "meyit" olaraq qalacaqdır...
    loading...