Xəbər lenti
Axtar
Ən çox oxunan
  • "BİZ ERMƏNİLƏRİN YANINDAYIQ, BİR QARIŞ DA TORPAQ VERMƏYƏCİK!" - Əziz Tonoyan
  • Nümayişçilərə qarşı “dəhşətli nəhəng” silah tapıldı
  • Azərbaycanda yol polisi ləğv edilə bilər – Vilayət Eyvazovdan inqilabi dəyişiklik
  • Gürcüstanın Azərbaycana borcu açıqlandı.
  • Bakıda Milli Qəhrəmana hörmətsizlik edildi - FOTO
  • DİN NAZİRİ OLİQARX-POLKOVNİKİ İŞDƏN QOVDU! – Dövlət Yol Polisində şok dəyişiklik
  • Putin Mehriban Əliyevaya orden verdi
  • Azərbaycan-Gürcüstan sərhədindən Türkiyəyə qədər məsafə 30 kilometr qısalacaq
  • Yeni kiçikölçülü antena “5G” şəbəkələrinin işini 10 dəfələrlə sürətləndirəcək
  • Yer kürəsinə “təhlükəli” asteroid yaxınlaşır
  • Dünyanı cənginə alan “Tik Tok” nədir? – Maraqlı faktlar
  • Tankçılarımız finalın bir addımlığında - Video
  • Günün ulduz falı: 11 avqust, 2019
  • Yağış sürüşmə zonalarını aktivləşdirdi
  • Çavuşoğlu: Azərbaycanın vizaları ləğv etməsi mühüm hadisədir
  • İsmayıllı: Böyük faciənin astanasındayıq – FAKT
  • İnstagram və WhatsApp-ın adı dəyişiləcək
  • Prezident tapşırıq verdi: Bu məsələ təhlil edilməlidir
  • Ərdoğan gizli silahını ortaya çıxardı: “Atom” bombası…
  • Günün ulduz falı: 27 iyul, 2019
  • İşğal olunmuş torpaqlarda ermənilər tərəfindən yeni yolun çəkilməsinə XİN-dən REAKSİYA
  • Dahilər dahisi
  • Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür
  • Pivə alkoqollu içkilər siyahısından çıxarılır – Bu qərarı heç kim gözləmirdi
  • Gürcüstanda 146 nəfər itkin düşdü
  • 30 Mar 2019, 22:28   
        105
    Tonoyanın şok bəyanatına Bakıdan - Kəskin cavab

    Tonoyanın şok bəyanatına Bakıdan - Kəskin cavab

    David Tonoyanın əsas məqsədi oğurladığı və talan etdiyi maliyyə vəsaitlərinin yerini doldurmaq üçün erməni diasporundan əlavə pul dilənməkdir.

    XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vagif Dərgahlı bildirib.

    Nyu York şəhərinin erməni diasporunun nümayəndələri ilə görüşdə Ermənistanın müdafiə naziri David Tonoyanın “ərazilər əvəzinə sülh formatını dəyişərək yeni ərazilər uğrunda yeni müharibə prinsipinə üstünlük verəcəyik, biz hücum bölmələrinin sayını artıracağıq ki, döyüş əməliyyatlarını düşmən ərazisində apara bilək” sözlərini şərh edən Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib:

    “Ermənistanın baş naziri Nikol Paşinyanın münaqişənin həlli ilə bağlı Vyanada keçirilən görüşü müsbət dəyərləndirdiyi halda bu ölkənin müdafiə nazirinin məsuliyyətsiz çıxışı Ermənistan hakimiyyətində mövcud olan hərc-mərcliyin, ikitirəliyin və özbaşınalığın əyani sübutudur.

    Ermənistan ordusunda hökm sürən acınacaqlı vəziyyətdən yaxşı xəbərdar olan D.Tonoyan bunu müxtəlif üsullarla ölkə rəhbərliyi və ictimaiyyətindən gizlətməyə çalışır. Eyni zamanda baş nazir N.Paşinyan ordu rəhbərliyini toplayaraq qapalı iclas keçirməklə Ermənistan silahlı qüvvələrinin cinayət aləminin qaydaları ilə idarə olunduğunu və bunun böyük problemə çevrildiyini bildirir. İş o həddə çatıb ki, N.Paşinyan Mehridə baş verən əsgər qiyamından ciddi narahatlığını ifadə edir, arxa cəbhədə yerləşən bölmələrdə qeyri-döyüş itkilərinin sayının artmasını dilə gətirir, Ermənistan müdafiə nazirliyi və baş qərargahındakı korrupsiya, oğurluq, rüşvətxorluq halları barədə ictimaiyyətə məlumat verir.

    D.Tonoyan bu cür absurd və sərsəm bəyanatlar verməklə Ermənistanın işğalçı mahiyyətini bir daha rəsmi surətdə nümayiş etdirir ki, bu da ölkəmizin ərazi bütövlüyünə qarşı rəsmi İrəvan tərəfindən yeni təhdidlərin ifadə olunması kimi dəyərləndirilir.

    BMT-nin sülhün dəstəklənməsinə həsr olunmuş tədbirində iştirak edən bir müdafiə nazirinin erməni diaspora nümayəndələri ilə görüşdə bu cür aqressiv və irticaçı fikirlər səsləndirməsi Ermənistanın sülh və təhlükəsizliyin təmin edilməsinə yönəldilən beynəlxalq hüquq və normalara hörmətsizliyinin təzahürüdür.

    Nyu Yorkun erməni icması qarşısında çıxış edən D.Tonoyanın əsas məqsədi heç şübhəsiz onlarda çaşqınlıq yaratmaq, oğurladığı və talan etdiyi maliyyə vəsaitlərinin yerini doldurmaq üçün erməni diasporundan əlavə pul dilənməkdir.

    Bütün bu fikirləri tamamlayaraq qeyd edim ki, ərazilərin azad edilməsi üzrə qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün Azərbaycan Ordusu malik olduğu bütün qüvvə və gücünü düşmənin üzərinə endirməyə qadirdir və hazırdır”.
    loading...