Xəbər lenti
Axtar
Ən çox oxunan
  • ABŞ-da 1 milyardlıq biznesə sahib azərbaycanlı kimdir?
  • İlham Əliyev: Məmur vətəndaşlara xidmət etməlidir - XƏBƏRDARLIQ
  • Şok hadisə: qadın 27 il sonra komadan ayıldı
  • Terror təşkilatları Azərbaycanın qonşuluğunda... - QORXUNC HESABAT
  • Saxta manatı əslindən necə fərqləndirmək olar?
  • Qonşuda xəbərdarlıq: Bu virusun yayılma riski böyükdür
  • 13 min nəfərə ŞAD XƏBƏR - Prezident 6,8 milyon manat ayırdı
  • Dilimizin Orfoqrafiya Normaları - Tam siyahı
  • Azərbaycan Daxili Qoşunları hazır vəziyyətə gətirildi
  • Putin Vahid Ələkbərovla görüşdü
  • Babadağda ölümə belə getdilər: Son anları... - Video
  • Pakistana 8 milyard ayrılır - Razılaşma
  • Alimlərdən SENSASİON KƏŞF: əvvəlcə heyvanlara yerləşdirəcək
  • Merkuri Günəşin qarşısını kəsəcək - Azərbaycanda da izləmək olar
  • Erməni veteran: Qarabağ heç vaxt bizim olmayıb – Müraciət
  • Vüqar Səfərli: "Məqsədimiz qəzetləri sıxışdırmaq yox, inkişaf etdirməkdir" - MÜSAHİBƏ
  • Dünya şöhrətli alim Azərbaycan Ordusunun hesabına 100.000 ABŞ dolları həcmində pul keçirib
  • Tarix İnstitutu Şaumyanla bağlı yeni faktlar aşkarlayıb - VİDEO
  • "Amazon" peyk üzərindən internetə çıxış üçün sistem yaratmağa hazırlaşır "
  • Gündemimiz hala seçim
  • Aprel döyüşlərinin yaşayan Qəhrəmanı.
  • Ermənistan Azərbaycana qarşı İŞİD-dən istifadə edə bilər - Politoloqdan AÇIQLAMA
  • Heyvanlar da qiyamət günündə diriləcəklərmi?
  • Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşdü - FOTO
  • Amerikan nəşri azərbaycanlıların soyqırımından yazdı
  • 23 Mrt 2019, 08:03   
        69
    Putin 2024-cü ilə necə hazırlaşır: QAZAX SSENARİSİ, YOXSA YENİ DÖVLƏT?

    Putin 2024-cü ilə necə hazırlaşır: QAZAX SSENARİSİ, YOXSA YENİ DÖVLƏT?

    “Rusiya və Belarusun vahid dövlətdə birləşmə mövzusu və Rusiya prezidenti Vladimir Putinin bu dövlətə başçılıq etmək ehtimalı İttifaq dövləti haqqında müqavilə üzrə işçi qrupun ikitərəfli görüşlərində müzakirə edilirdi, amma ötəri”.

    XEBERTV.AZ xəbər verir ki, bu haqda “Tut.by” saytına Belarusun xarici işlər naziri Vladimir Makey bildirib.

    Makey izah edib ki, Moskva və Minskin nümayəndələrinin görüşlərində bu mövzuya bəzən müxtəlif KİV-lərdə çıxan iftiraların kontekstində toxunulurdu.

    “Siz Belarusun dövlət başçısının bəyanatını dəfələrlə eşitmisiniz ki, biz müstəqilliklə ticarət etmirik, bizim üçün müstəqillik müqəddəsdir və bizim anlayışımızda hər hansı birləşmədən söhbət gedə bilməz. Və mən düşünürəm ki, Rusiyadakı dostlarımız da eyni anlayış içindədirlər”, - Belarus xarici siyasət idarəsinin başçısı əlavə edib.

    Daha əvvəl “Bloomberg” informasiya agentliyinin yazdığına görə, Rusiya prezident administrasiyasında 2024-cü ildən sonra hakimiyyətdə indiki dövlət başçısı Vladimir Putinin saxlanılması imkanları işlənilir. Ssenarilərdən birinə görə, Belarusla birləşmə ilə yeni dövlət yaranacaq və ona Putin başçılıq edəcək. Bu ssenari isə Putinə prezident müddətlərinin sayı üzrə Konstitusiya məhdudiyyətlərini keçməyə imkan verəcək.

    21 martda dərc edilmiş “Bloomberg”in materialında göstərilirdi ki, Belarusla birləşmə ssenarisindən başqa, Kremldə Qazaxıstanda bu günlərdə həyata keçirilən ssenarinin aktiv müzakirəsi gedir. Belə ki, Qazaxıstan prezidenti vəzifəsindən istefa verən Nursultan Nazarbayev Qazaxıstan Təhlükəsizlik Şurasının və hakim “Nur Otan” Partiyanın sədri vəzifələrini özündə saxlayıb.

    Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kremldə 2024-cü ildən sonra hakimiyyətdə Putinin saxlanılması üçün Rusiya və Belarusun birləşməsi imkanı müzakirə edilmir.Publika.az
    loading...