Xəbər lenti
Axtar
17 Mar 2019, 07:55   
    815
  Tramp "Google"ni Çin ordusuna dəstək verməkdə ittiham edib

Tramp "Google"ni Çin ordusuna dəstək verməkdə ittiham edib
BAKI-XEBERTV.AZ


ABŞ prezidenti Donald Tramp bildirib ki, "Google" şirkəti Çin ordusunu dəstəkləyir.

"Report" "İzvestiya.ru"ya istinadən xəbər verir ki, bu barədə Tramp özünün "Twitter" səhifəsində yazıb.

"Google" ABŞ-a yox, Çinə və onun ordusuna kömək edir. Bu dəhşətdir!" - deyə Tramp bildirib.

ABŞ prezidenti bununla yanaşı, etirafını da gizlətməyib. "Ancaq o fakt "yaxşı xəbərdir" ki, "cığal" Hillari Klintonun prezident kampaniyası IT-nəhəngin köməyi ilə məğlubiyyətlə üzləşdi", - deyə Ağ Ev başçısı əlavə edib.

Daha əvvəl CNN-in siyasi analitiki Pol Beqala ABŞ prezidentinin qızı İvanka Trampvə onun həyat yoldaşı Cared Kuşneri "tarakan" adlandırıb.
loading...