Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Ərdoğandan Merkelə sərt sözlər: Tərəfinizi seçin, ya biz, ya terrorçular!
  • Alimdən inanılmaz: Marsda həyat izləri 40 il əvvəl tapılıb
  • SON DƏQİQƏ: sayı 500-ə yaxınlaşır, strateji şəhər və ABŞ silahları ələ keçirildi... (YENİLƏNİR)
  • FÜZULİ SAKİNİ PREZİDENTDƏN KÖMƏK İSTƏDİ
  • Türkiyə ordusu terrorçulara divan tutmaqda davam edir
  • Cins şalvarlar planeti necə məhv edir
  • Prezident İlham Əliyev “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak edib - VİDEO
  • Alimlerin cavab vere bilmediyi sirli suallar hansilardir
  • SON DƏQİQƏ: Rusiya qırıcıları azərbaycanlıların da olduğu BAZANI VURDU
  • Qaçqınlar üzrə Ali Komissardan xəbərdarlıq
  • Bu Avropa ölkələrində 14 yaşında sekslə məşğul olmaq qanunidir - FOTO
  • Qardaş Türkiyədə Qazilərə verilən imtiyazlar
  • Rus vertolyotu Kəlbəcərdə 8 nəfər uşağı parçaparça edib – ÇOXLARININ BİLMƏDİYİ DƏHŞƏTLİ FAKT
  • Erməni işğalının daha bir üzü: 10 kənddə... - 27 il
  • Xocalı soyqırımı ilə bağlı yeni şəkillər yayıldı - FOTO
  • Cəhənnəmə düşənlərin əksəriyyəti qadınlardır? - Hacı Şahin CAVAB VERDİ
  • “WhatsApp” bəzi istifadəçiləri ilə vidalaşacaq
  • Öz adınızı Marsa göndəriləcək mikrocipə yaza bilərsiniz - NASA təklif edir
  • Moskvada 20 min insan Putinə səsləndi: Azad et!
  • İstanbulu yerlə-yeksan edəcək dəhşətli zəlzələ gəlir - Alimlərdən ŞOK PROQNOZ
  • Ən ağır neytron ulduz müəyyən edildi - Nəzəriyyə alt-üst oldu
  • Zamirə Hacıyeva haqda London məhkəməsi qərar verdi
  • Rəsədxanadan qorxulu açıqlama: Böyük zəlzələ olacaq
  • Gələn ildən Ermənistanda uşağın doğulmasına görə müavinət 600 dollardan çox olacaq...
  • İnsanın öldürülmə vaxtını təyin edən alət tapıldı
  • 21 Şub 2019, 17:50   
        255
    Şok sənəd üzə çıxdı: Ermənistan buraya silah daşıyır - Foto

    Şok sənəd üzə çıxdı: Ermənistan buraya silah daşıyır - Foto

    Böyük Britaniyanın Mübahisəli Silahlanma Araşdırmaları Mərkəzi (Conflict Armament Research) “Cənubi Sudandakı vətəndaş müharibəsinə silah dəstəyi” adlı hesabat yayımlayıb.

    XEBERTV.AZ xəbər verir ki, sözügedən sənəd Avropa Birliyinin və Almaniya Federal Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

    Hesabatda Cənubi Sudan Silahlı Qüvvələrinə silah-sursat, hava daşıyıcıları, döyüş təchizatları ilə yardım göstərən ölkələr arasında Çin, İsrail, Efiopiya, Misir, Ermənistan və Belarus yer alır. Hesabata görə, həmçinin Bolqarıstan da Uqanda vasitəsilə Cənubi Sudan Silahlı Qüvvələrinə silah dəstəyi göstərib.

    Sənədin beşinci bölümü “Yerli lojistika” adlanır. Sözügedən bölümün ilk yarımbaşlığı “Ermənistan qeydiyyatlı aviasiya”dır.

    Burada Afrikada fəaliyyət göstərən terrorçu qruplara fəal dəstək verən erməni hava daşıyıcılarının fəaliyyətinə dair faktlar işıqlandırılıb:

    “Ermənistan 2011-ci ildən etibarən AB-nin Cənubi Sudan üzərindəki silah embarqosuna qarşı çıxıb. Üzərində Ermənistan bayrağı olan təyyarələr 2014-cü ildə Cənubi Sudan Silahlı Qüvvələri üzvlərinin və avadanlıqlarının nəqlində fəal yardıma başlayıb”.

    Hesabatda “V-Bird Avia” erməni aviaşirkətinə məxsus EK-76592 və EK-76021 bort nömrəli İL-76 tipli təyyarələrdən söz açılır. Məlumata görə, bu təyyarələr 2010-cu ilin avqust-sentyabr aylarında vətəndaş müharibəsi gedən Somalidə aşkar edilib. Halbuki hələ 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatı bu Afrika ölkəsinə silah tədarükü embarqosu tətbiq etməyə başlayıb.

    Bundan başqa, oktyabr ayında Ermənistan İL-76 təyyarələrinin Birləşmiş Ərəb Əmirliklərindən Somalinin paytaxtı Moqadişoya zirehli nəqliyyat vasitələri daşıdığı ilə bağlı faktlar da ortaya çıxıb.

    Mərkəzin məlumatına görə, 2010-cu ilin oktyabrından 2011-ci ilin fevral ayına qədər iki erməni A-32 təyyarəsi Uqanda və Birləşmiş Ərəb Əmirliklərindən Somaliyə silah aparmaq üçün 15 uçuş reallaşdırıb.

    2011-ci ilin sonunda erməni şirkətlərinin təyyarələri “Ayk Eyr” və “Souzern Eyrleyns” Somaliyə onlarla uçuşlar həyata keçirib.

    Əlavə olaraq, hərbi yüklü İl-76 təyyarələri Sudanın paytaxtı Xartumda və Darfur bölgəsində müşahidə edilib. Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası bu bölgəyə silah tədarükünü 2005-ci ildə qadağan edib.

    Ermənistan qeydiyyatlı EK-74052 bort nömrəli Antonov-74 təyyarəsi iki ildən artıq həm neft sənayesi, həm də hökumətin müharibə səyləri üçün böyük bir maddi-texniki mərkəz hesab olunan Şərqi Nil əyalətində yerləşən Paloç şəhərinə mütəmadi olaraq uçub.

    2014-cü ilin oktyabr-noyabr aylarında başqa bir erməni hava yolu şirkəti “Veteran Aviasiya” Birləşmiş Ərəb Əmirliklərindən vətəndaş müharibəsi şəraitində olan Liviyadakı Əl-Mzonad aviabazasına uçuşlar həyata keçirib.

    Xatırladaq ki, 2011-ci ildə BMT Təhlükəsizlik Şurası Liviyaya silah tədarükünü qadağan edən qətnamə qəbul edib.

    Britaniya təşkilatının hesabatında vurğulanır ki, BMT Təhlükəsizlik Şurası 2018-ci ilin iyulunda Sudana silah embarqosu tətbiq edən bir qərar qəbul etsə də, erməni təyyarəsi həmin il bu ölkəyə silah tədarükündə kömək edib.axar.az
    loading...