Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Yerə nəhəng asteroid yaxınlaşır
  • ABŞ-dan gələn müxbir Ərdoğana sual verir:
  • SON DƏQİQƏ: türk ordusu Suriyadan çıxmayacaq, Ərdoğan Putinin qarşısına ŞƏRT qoydu (YENİLƏNİR)
  • Misirdə Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı müsabiqə keçirilib
  • Azərbaycan Müstəqillik Gününü qeyd edir
  • Qaçqınlar Suriyaya qayıdır
  • Ərdoğanın Pakistan səfəri təxirə salındı
  • Daha bir Avropa ölkəsi Türkiyəni dəstəklədiyini bəyan etdi
  • Ərdoğandan UEFA-nın Türkiyə millisinə intizam işi açmasına münasibət
  • Xəbərlər – Hava ilə bağlı əhaliyə VACİB XƏBƏRDARLIQ - Diqqətli olun!-Yağış, qar, güclü külək...
  • Baş Qazi Etimat Əsədovun xatirəsi yad edildi.
  • İlham Əliyev: Sizin tövsiyəniz, təlimatınız olmadan...
  • Xocalı şəhər əhalisinin dünya dövlətlərinə, xalqlarına və beynəlxalq təşkilatlara M Ü R A C İ Ə T İ
  • Ərdoğandan Merkelə sərt sözlər: Tərəfinizi seçin, ya biz, ya terrorçular!
  • Alimdən inanılmaz: Marsda həyat izləri 40 il əvvəl tapılıb
  • SON DƏQİQƏ: sayı 500-ə yaxınlaşır, strateji şəhər və ABŞ silahları ələ keçirildi... (YENİLƏNİR)
  • FÜZULİ SAKİNİ PREZİDENTDƏN KÖMƏK İSTƏDİ
  • Türkiyə ordusu terrorçulara divan tutmaqda davam edir
  • Cins şalvarlar planeti necə məhv edir
  • Prezident İlham Əliyev “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak edib - VİDEO
  • Alimlerin cavab vere bilmediyi sirli suallar hansilardir
  • SON DƏQİQƏ: Rusiya qırıcıları azərbaycanlıların da olduğu BAZANI VURDU
  • Qaçqınlar üzrə Ali Komissardan xəbərdarlıq
  • Bu Avropa ölkələrində 14 yaşında sekslə məşğul olmaq qanunidir - FOTO
  • Qardaş Türkiyədə Qazilərə verilən imtiyazlar
  • 16 Şub 2019, 21:42   
        178
    Mehriban Əliyevanın əzmkar rəhbərliyi sayəsində Azərbaycan gimnastikasına münasibət əsaslı şəkildə dəyişib - Nazir müavini

    Mehriban Əliyevanın əzmkar rəhbərliyi sayəsində Azərbaycan gimnastikasına münasibət əsaslı şəkildə dəyişib - Nazir müavini

    "Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın əzmkar rəhbərliyi sayəsində Azərbaycan gimnastikasına münasibət əsaslı şəkildə dəyişib".
    XEBERTV.AZ Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku turnirinin açılış mərasimində çıxışında deyib.

    İ.İsmayılov bu gün Azərbaycana daha bir idman bayramının gəldiyini bildirib: "Dünyanın ən güclü gimnastları qədim və gözəl Bakı şəhərinə toplaşıblar. Batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku yarışlarında iştirak etmək üçün Odlar Yurdu Azərbaycana təşrif gətirmiş bütün qonaqları səmimi qəlbdən salamlayır və hər birinizə "Azərbaycana xoş gəlmişsiniz!" deyirəm".

    Nazir müavini qeyd edib ki, bu gün ölkəmiz dünyada artıq bir idman ölkəsi kimi tanınır: "Azərbaycan hər bir tədbiri, o cümlədən idman tədbirlərini yüksək səviyyədə keçirməyə qadirdir və bunun sübutu olaraq Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədri olduğu Təşkilat Komitəsinin rəhbərliyi ilə 2015-ci ildə Bakıda keçirilmiş ilk Avropa Oyunlarını və 2017-ci ildə keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarını, həmçinin 2016-cı ildə təşkil edilmiş Ümumdünya Şahmat Olimpiadasını, 2016, 2017 və 2018-ci illərdə keçirilmiş Formula-1 Qran Pri yarışlarını, bir sıra idman növləri üzrə dünya və Avropa çempionatlarını, Dünya Kuboku və "Böyük dəbilqə" yarışlarını, yüzlərlə beynəlxalq turniri göstərə bilərik. 2019-cu ildə Bakı şəhərində keçiriləcək Avropa Gənclər Festivalı, futbol üzrə Avropa Liqasının final matçı və 2020-ci ildə təşkil ediləcək futbol üzrə Avropa çempionatının qrup oyunları da bu möhtəşəm silsilənin davamı olacaq".

    O vurğulayıb ki, bu gün Azərbaycan müasir, dünyəvi, sabit və demokratik bir ölkədir və insanların sağlam həyat tərzi sürməsi, gənclərin sağlam ruhda böyüməsi üçün hər bir şərait yaradılıb: "Təbii ki, bütün bunlar Azərbaycan xalqının umummilli lideri Heydər Əliyevin əsasını qoyduğu uzaqgörən siyasətin nəticədir. Ulu öndərin siyasətini davam etdirən ölkə Prezidenti və Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin bilavasitə şəxsi təşəbbüsü ilə Azərbaycanın bütün regionlarında 50-yə yaxın Olimpiya kompleksinin, möhtəşəm idman qurğularının açılaraq istifadəyə verilməsi və idmanın, Olimpiya hərəkatının inkişafına münbit şərait yaradılması ilə, idmançılara göstərilən xüsusi diqqət və qayğı nəticəsində əldə edilən nailiyyətlər müqayisə olunmayacaq dərəcədə artıb. Hələ keçmiş SSRİ dövründə belə, Azərbaycan idmançıları arasında Olimpiya çempionları və mükafatçıları, dünya və Avropa çempionları var idisə, bu gün bu çempionlarımızın sayı kifayət qədər yüksəlib".

    İ.İsmayılov bildirib ki, əksər idman növləri ilə bərabər, Azərbaycanda gimnastika idman növləri də sürətlə inkişaf etdirilir: "Xüsusilə 2002-ci ildə ölkəmizin birinci xanımı Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsindən sonra bu sahədə böyük dönüş yaranıb, bu sahədə uğurlu inkişafın əsası qoyulub. Mehriban xanımın əzmkar rəhbərliyi sayəsində Azərbaycan gimnastikasına olan münasibət istər ölkə daxilində, istərsə də dünyada əsaslı şəkildə dəyişib".

    Nazir müavini əlavə edib ki, bu gün gimnastlarımız dünya və Avropa çempionatlarında, Dünya Kuboku və Qran Pri yarışlarında artıq dünyanın ən öndə gedən gimnastlarının əsas rəqiblərinə çevrilib, onlarla baş-başa mübarizə aparır və hətta onları qabaqlayaraq medallara sahib olurlar: "Batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku yarışları hazırda iştirak etdiyiniz bu gözəl və möhtəşəm sarayda - Milli Gimnastika Arenasında keçirilir və bu yarışlar Tokio Olimpiya Oyunlarına təsnifat xarakteri daşıması ilə daha böyük maraq doğurur. Kubokda 30 ölkənin 200-ə yaxın idmançısı sırasına Olimpiya ulduzlarının da qatılması yarışın gərgin və maraqlı mübarizə şəraitində keçəcəyindən xəbər verir.

    Belə möhtəşəm bir tədbirin keçirilməsində Azərbaycana etimad göstərmiş Beynəlxalq Gimnastika Federasiyasının rəhbərliyinə dərin minnətdarlığımızı bildirir, bir daha bütün idman ictimaiyyətini bu bayram münasibətilə ürəkdən təbrik edir, iştirakçılara uğurlar və azarkeşlərə zövq bəxş etdirəcək çıxışlar nümayiş etdirməyi arzulayıram!"
    loading...