Xəbər lenti
Axtar
Ən çox oxunan
  • “Şəhidləri yumayın- Qiyamət günü hər qan damlası ətrafa müşk qoxusu saçar...”
  • Azərbaycan səmasında qeyri-adi halqa - Foto
  • Gürcü politoloqdan 20 Yanvar faciəsi ilə bağlı - Açıqlama
  • Alimlərdən SOS: Bu dövlətlər sular altında qalacaq
  • Avropa Şurası jurnalistlərə qarşı hücumları pislədi
  • Kosmosdan yerə sirli siqnalları kim göndərir? - Beş versiya
  • Kainatımızın əkizi var, orada vaxt əks istiqamətdə axır - Alimlər
  • Çanaqqala boğazında yanan gəmi ilə bağlı son xəbər
  • "Sarı jiletlilər" hərəkatı İngiltərəyə də çatdı: 100 nəfər...
  • 2019-da uçub, 2018-də eniş edən reyslər – Keçmişə səyahət
  • Bu ölkədə ictimai nəqliyyat pulsuz olacaq
  • 2018 Azərbaycan elmində: bir "y", "Rəbb"...
  • Nostradamusun sensasiyalı proqnozu - 2019-cu ildə dünya dağılacaq
  • “TURANA AÇILAN GÖNÜLLER”
  • Həyatın kosmik mənşəli olması sübut olundu
  • 2025-ci ildən siqaret istifadəsi tamamilə qadağan ediləcək - MARAQLI
  • Yapon deputatdan şəhidlərimizlə bağlı örnək addım - Foto
  • Mübariz İbrahimov niyə qəhrəmandır?
  • Mübarizi təhqir edən psixoloqun erməni ilə yazışması – Foto
  • Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib
  • 2019-da bizi nə gözləyir - Vanqanın proqnozları
  • Dünya Bankı Azərbaycanda alternativ enerjinin inkişafını dəstəkləməyə hazırdır
  • Bürclər - 6 dekabr
  • Bizə kolbasa və sosis adına Çin istehsalı olan “poroşok” yedizdirirlər? – Araşdırma
  • NASA alimindən SENSASİON AÇIQLAMA: "Yadplanetlilər gəlib, ancaq biz onları görə bilməmişik"
  • 14 Ock 2019, 08:07   
        27
    ABŞ-ın Rusiyaya qarşı hərbi planları MƏLUM OLDU
    ABŞ-ın Rusiyaya qarşı hərbi planları MƏLUM OLDU

    ABŞ-ın Hərbi-Dəniz Qüvvələri Arktikada mövqelərini möhkəmləndirməyə, Rusiya və Çinin bu regionda artan iddialarına cavab verməyə cəhd edəcək.

    XEBERTV.AZ xəbər verir ki, bu haqda “Wall Street Journal” nəşri yazır.

    Nəşr bildirir ki, Arktika regionunda qlobal istiləşmə ilə əlaqədar yeni dəniz yollarının açılışı və daha aktiv gəmiçilik üçün imkanlar yaranıb.

    “Wall Street Journal” yazır ki, ABŞ həmçinin, Alyaska ştatının tərkibində olan Adak adasına öz qoşunlarını göndərmək niyyətindədir. Burada daha əvvəl Amerika hərbi bazası yerləşirdi. Vaşinqton adaya suüstü gəmilər və “P-8” təyyarə-kəşfiyyatçıları yerləşdirməyi planlaşdırılır. Diqqətəlayiqdir ki, Adak Rusiyanın yaxınlığındadır.

    Daha əvvəl ABŞ-ın Hərbi-Dəniz Qüvvələrinin başçısı Riçard Spenser bildirib ki, Vaşinqton 2019-cu ilin yayında Arktikaya hərbi gəmilər qrupunu göndərməyi planlaşdırır. O vurğulayıb ki, Rusiya tədqiqatlar və xilasedici əməliyyatlarla izah edərək Arktikada öz hərbi gücünü artırır.

    “Düşünürəm ki, biz də həmçinin orada tədqiq aparmalı və kimisə xilas etməliyik”, - amerikalı general yekunlaşdırıb.

    Qeyd edək ki, ABŞ-ın sualtı gəmilər və təyyarələri 1960-cı illərdən Arktikadadır.

    Rusiyanın müdafiə naziri Sergey Şoyqu 2018-ci ilin yayında Arktika zonasında münaqişə təhlükəsi haqqında xəbərdarlıq edib. Almaniya KİV-i sonra yazıb ki, “dəniz naviqasiyasının azadlığının təminatı üzrə” amerikalıların hərəkətləri Moskvanın iddia etdiyi kimi, “Kerç hadisəsi”nin təkrarına gətirib çıxara bilər.publika.az
    loading...