Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Türkiyədə 3 dəhşətli zəlzələ: 554 yaralı, 18 ölü... - Video
  • Kosmosda sərvət tapıldı - İnsanların həyatı dəyişəcək (FOTOLAR)
  • Vilayət Eyvazovun dəyişdiyi DYP: Bunlarla rastlaşmayacaqsınız! – RƏSMİ AÇIQLAMA
  • Sudan tullanan balıq oğlanın boynunu deşdi - FOTO
  • Azərbaycanlıları belə qırdılar: Rus TV-sində şok - Video
  • Şəhidlərin hansı günahları bağışlanır? - VİDEO
  • Əfsanəli Milli Qəhrəman Fred Asifin qardaşı seçicilərə müraciət etdi
  • 02.02.2020 tarixində nələr BAŞ VERƏCƏK və NƏLƏR ETMƏLİYİK?
  • Azərbaycanda işsizlərin sayı da açıqlandı
  • Qarabağ əlilinin gülsatan qızı: “Məktəbdən çıxdım ki, atamın dərmanlarını alım”
  • Azərbaycanda bir ilk: Deputat seçiciləri üçün şəxsi elektron kabinet yaratdı– VİDEO təqdimat
  • Telefonunuzdan təcili silməli olduğunuz 30 tətbiq – SİYAHI
  • Vanqanın 2020-ci il Proqnozları-VİDEO
  • “Unutmadıq, unutmarıq!” - AzTV-nin şəhidlərimizə həsr etdiyi videoçarx
  • Həftənin ilk iş günü HAVA necə olacaq? - PROQNOZ
  • İlham Əliyev Şəhidlər xiyabanında
  • 20 Yanvar faciəsindən 30 il ötür
  • "Nuhun gəmisi"ndə fəlakət: Dünya HƏYƏCANLA İZLƏYİR (FOTO)
  • Nazir əmr imzaladı: Polis gücləndirilmiş iş rejiminə keçir
  • Sabah bu ərazilərə qar yağacaq
  • NASA-dan XƏBƏRDARLIQ - Bu gün saat 18:30-da...
  • “Səs versələr də, verməsələr də mən seçiləcəyəm”
  • Rəşid Mahmudov: Belə ziyalı, məmur nakişidir – VİDEO
  • Erməniləri Qarabağda gücləndirən Sara kimdir?
  • 17 yaşlı şagird alimləri heyrətə gətirən KƏŞFƏ İMZA ATDI
  • 07 Oca 2019, 21:41   
        186
    “Rusiya Azərbaycanı ala biləcəyinə əmin olsa, Ermənistanı satacaq”

    “Rusiya Azərbaycanı ala biləcəyinə əmin olsa, Ermənistanı satacaq”

    ABŞ Dövlət Departamentinin keçmiş xüsusi müşaviri, Vaşinqtonda yerləşən Dünya siyasəti institutuun professoru Pol Qobl Ermənistanın 1-ci informasiya saytına müsahibəsində maraqlı açıqlamalar verib.

    Amerikalı ekspert Azərbaycan-Ermənistan münqaişəsində 2018-ci ilin sakit keçdiyini, lakin 2019-cu ildə Rusiyanın bölgədə söz sahibi olduğunu sübut etmək üçün tərəfləri yeni toqquşmalara təhrik edə biləcəyini söyləyib.

    Pol Qoblun fikrincə, rəsmi Moskva münaqişənin həllində maraqlı deyil. Ona görə ki, bu zaman həm Bakı, həm də İrəvana təsir imkanlarını itirə bilər. ABŞ-ın isə münaqişəni həll etmək üçün kifayət qədər resursu yoxdur. Üstəlik, hər iki dövlətin rəhbərliyində əhalinin radikal əhval-ruhiyyəsini təmsil edən şəxslər durur.

    Qoblun sözlərinə görə, iki fundamental dəyişiklik situasiyanı başqa yönə çevirmək qabliyyətindədir. Bunlardan biri Ermənistanda Moskva ilə arası olmayan iqtidarın gəlməsidir. Ikincisi isə Azərbaycanın rəsmi Moskva ilə münasibətlərinin dərinləşdirməsidir.

    “Paşinyanın hələ ki, Dağlıq Qarabağ məsələsində müstəqil hərəkət etmək gücü yoxdur. O, hazırda diqqətini daxili problemlərə yönəldib. Çətin ki, Ermənistanın baş naziri nüfuzlu Qarabağ klanı ilə daban-dabana zidd düşən addımlara getsin.

    Azərbaycan prezidenti isə Rusiya ilə yumşaq şəkildə yaxınlaşmağa cəhd edir. Moskva Dağlıq Qarabğ məsələsində İrəvanı öz mövqelərindən geri çəkilib güzəştə getməyə məcbur etsə Azərbaycanda öz təsirini artıra bilər. Mən həmişə demişəm ki, Moskva Azərbaycanı almaq müabilində Ermənistanı satmağa hazırdır”, – deyə Pol Qobl qeyd edib.

    Pol Qoblun erməni mediasında söylədiyi son cümlələri olduqca maraqlıdır:

    “Əgər Qarabağ məsələsi Azərbaycanın xeyrinə həll olunsa, bu, ABŞ-a İranı daha da neytrallaşdırmaq və izolə etməyə imkan verəcək. Çünki Qarabağ məsələsinin həlli olunması ilə rəsmi Tehran artıq Qafqazdakı siyasi məsələlərə təsir emtək imkanlarından məhrum olacaq. Kreml bunu anlayır və həyata keçməməsi üçün əlindən gələni edir. /minval.info/
    loading...