Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Bakının düşmən işğalından azad edilməsinin 101 illiyi münasibətilə mərasim keçirilib
  • İbtidai insanların mükəmməl alətləri tapıldı - İsraildə
  • Əhaliyə ölmüş heyvan ətləri satan “Leş Tofiq” və dəstəsi ifşa edildi – FOTOLAR
  • TARİXİ KƏŞF: insanlar Yer kürəsindən başqa planetdə yaşaya biləcək
  • 10 UŞAQ ATASI ÖLKƏ BAŞÇISINDAN ONA YARDIM OLUNMASINI İSTƏDİ
  • Süni intellekt sistemləri üçün qlobal xərclər 98 milyard dollara çatacaq
  • Gürcüstan işğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” və onun nəticələrini tanımır
  • İnsanlar ölümdən əvvəl nə hiss edir - Alimlərdən AÇIQLAMA
  • Bakıda üç saat əvvəl alınmış telefonu mağaza geri qaytarmadı - Qanun kimin tərəfindədir?
  • "Nə? Harada? Nə zaman?" 15 il sonra Azərbaycana qayıdır — Rekord sayda ölkə iştirak edəcək
  • Qara dəliyin şəklini çəkənlərə 3 milyon dollar verdilər
  • Bu gün bəzi yerlərə leysan yağacaq, dolu düşəcək
  • Ermənistan Rusiyadan yeni hərbi texnika aldı
  • Türkiyə dəhşətli raketini sınaqdan keçirdi - Video
  • İsrail kəşfiyyatı Türkiyənin S-400 komplekslərini görüntülədi- FOTO
  • "Rayonlarda qohumlar arasında seks inanılmaz dərəcədədir" — Yazıçı Aysel Əlizadə
  • Çingizxan harada dəfn olunub? – Qəbrini 800 ildir axtarırlar
  • ŞOK !!! Göygöl rayonunda iki erməni tutuldu, kəndin fotolarını çəkirmişlər
  • Azərbaycanda təhlükəsizlik orqanına rəhbərlik edənlərin yarısı azərbaycanlı olmayıb - TAM SİYAHI
  • Rusiyada meyvə mübahisəsi: Azərbaycan şirkətindən 9 min dollardan çox pul alındı
  • Əgər bizdə toxunulmazlıq ləğv edilsəydi... – Sensasion şərh
  • Aztəminatlı ailələrin birinci sinif şagirdlərinə hədiyyələr veriləcək
  • Rusiya hərbi bazasına hücum oldu
  • Feysbukla bağlı inanılmaz iddia: "Layk" sayı gizlədiləcək
  • "Bütün qız uşaqlarının təhsil haqqı dövlət tərəfindən ödənilsin" - deputatdan təklif
  • 22 Ara 2018, 08:56   
        422
    İrəvanda təşviş: Paşinyan 5 rayonu qaytarır

    İrəvanda təşviş: Paşinyan 5 rayonu qaytarır

    Azərbaycanın sərhəd qoşunlarını Qazax istiqamətində yerləşdirməsi qorxu doğurub

    Azərbaycanın sərhəd qoşunlarının Qazax və Ağstafa istiqamətlərində Ermənistanla sərhədə yerləşdirilməsi bəzi erməni ekspertlərdə qorxu yaradıb.

    XEBERTV.AZ Veteninfo.az-a istinadən xəbər verir ki,erməni hərbi ekspert David Camalyan "168 jam” qəzetinə verdiyi müsahibəsində bu addımı Azərbaycanın Qarabağı geri almaq üçün yeni hücum əməliyyatlarına başlamağa hazırlıq görməsi sayıb.

    Halbuki bu Azərbaycanda və Ermənistanda bəzi ekspertlər tərəfindən danışıqlar istiqamətində atılan növbəti addım kimi dəyərləndirilir. Yəni Azərbaycan Paşinyanın vətəni İcevan istiqamətindən döyüş bölmələrini sərhəd qoşunları ilə əvəz edir ki, o, Bakının sülh niyyətinə inansın və Madrid prinsipləri çərçivəsində addım ataraq Dağlıq Qarabağ ətrafındakı 5 rayonu qaytarsın. Bu təkliflə Rusiya lideri Putin və Belarus lideri Lukaşenko da zamanında çıxış etmişdi, lakin Serj Sarkisyan onlarla razılaşmamışdı.Hazırda bir çox erməni ekspertlər Paşinyanın həmin rayonları qaytaracağı barədə fikirlər səsləndirirlər. Camalyanı da onların sırasında saymaq olar."Azərbaycan Qarabağa qarşı hücuma hazırlaşır və prinsipcə istisna etmək olmaz ki, formalaşdırılan hücum qruplaşmasına onların 3-cü ordu korpusunun bölmələri də daxil ediləcək. İndiki halda prinsipial olaraq bunu qeyd etmək vacibdir: Azərbaycanda həm daxili qoşunlar, həm sərhəd qoşunları Qarabağa mümkün hücum zamanı onların döyüş əməliyyatlarına tam cəlb edilməsi nəzərə alınmaqla təşkil olunub. Yəni Azərbaycanın sərhəd qoşunlarının qismində təkcə sərhədlərin qorunması funksiyasını həyata keçirən struktur kimi deyil, qarşısında həm də döyüş vəzifələrinin yerinə yetirilməsi dayanan tammiqyaslı döyüş vahidi kimi görmək lazımdır. Ona görə də biz arxayın olmalı deyilik ki, sərhədin şimal-şərq hissəsində daha sakitlik olacaq”,- deyə Camalyan bildirib.

    Erməni hərbi ekpert iddia edib ki, Ermənistan nəinki 5 rayon, heç bir qarış torpaq da geri qaytarmamalıdır. Onun sözlərinə görə, hansı hakimiyyət Azərbaycana torpaq qaytarmağa razılıq versə dərhal populyarlığını və legitimliyini itirəcək.
    İrəvanda təşviş: Paşinyan 5 rayonu qaytarır
    İrəvanda təşviş: Paşinyan 5 rayonu qaytarır
    İrəvanda təşviş: Paşinyan 5 rayonu qaytarır

    loading...