Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Ermənilər Kəlbəcər qızılını Rusiyaya satır – Hər il 80 milyon dollar qazanırlar
  • Ermənilərin növbəti "5 rayon qaytarılır" oyunu - Aşotyan
  • İradə Mehrinin efirdə halı pisləşdi.
  • Bu ölkələr razılaşdı: Vahid bazar yaradılır
  • Proqnoz: NATO Kalininqradı iki günə ələ keçirə bilər – Moskvanın cavabı ağır olacaq
  • Rusiya, Türkiyə və Çinin dollara qarşı planı BAŞ TUTDU: bundan sonra...
  • "Gör, nə günə qalmışıq ki, ərəblər ölkəmizdə xoruzlanırlar!" - Tanınmış yazıçı
  • Bu müharibə 125 milyon insanın ölümünə səbəb olacaq
  • Bayraq günü: BDU tələbələri yürüş keçirdi - Foto
  • Köçəryan Paşinyanı Azərbaycanın ovcuna qoydu - Dağlıq Qarabağ və Rusiya...
  • 42 il əvvəl kosmosa göndərilən gəmidən SİQNAL GƏLDİ - 2030-cu ildə...
  • Qadınlar Şurası müharibə çağırışı edib - Bəyanat
  • İran televiziyasında yayımlanan serialda Azərbaycan türkləri təhqir olunub – VİDEO
  • “Yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcək”
  • Bakıda çəkilən və möhtəşəm döyüş səhnələri olan bu HİND FİLMİ REKORD QIRIR - VİDEO
  • İlham Əliyevdən məmurlara SƏRT XƏBƏRDARLIQ: “Kabinetdə oturub...”
  • 80 min azarkeş "Azərbaycan" deyərək stadionu inlətdi - MÖHTƏŞƏM GÖRÜNTÜLƏR
  • Rus tədqiqatçıdan İrəvanın Azərbaycan ərazisi olmasına etiraf
  • Sperma sayı və aktivliyini artıran maddə tapıldı
  • Azərbaycanlılardan Türkiyəyə möhtəşəm dəstək - Video
  • ABŞ nəşri Ermənistanın hərbi cinayətlərindən yazdı
  • Adil Komutan! - Aygün Attar yazır
  • Yaxın 10 il ərzində dünyada... - QORXUNC PROQNOZLAR
  • Zəngilanın işğalından 26 il ötür
  • Tovuzda dağlar partladılır - Video
  • 18 Ara 2018, 22:54   
        132
    Azərbaycana 4 paytaxtdan mühüm dəstək – İrəvan təklənir

    Azərbaycana 4 paytaxtdan mühüm dəstək – İrəvan təklənir

    Ermənistanın yeni rəhbərliyinin cidd-cəhdlərinə rəğmən, “Rus NATO-su”nun (KTMT) rəhbəri erməni olmayacaq. Bunu indi əminliklə söyləmək olar. Qurumun növbəti baş katibi yəqin ki, Belarus nümayəndəsi, daha dəqiqi, vaxtilə Bakıda hərbi təhsil almış general Stanislav Zas olacaq.

    Keçən həftə belaruslu general Qazaxıstan və Tacikistanda olub, iki ölkənin prezidentləri ilə – Nursultan Nazarbayev və İmaməli Rəhmanla görüşüb. Hər iki prezident onun namizədliyini dəstəkləyib. Rusiyanın da mövqeyi çoxdan bəlli. Prezident Vladimir Putinin erməni baş nazir əvəzi Nikol Paşinyana ən böyük güzəşti sonuncunun xahişi ilə KTMT-nin yeni baş katib məsələsinin müzakirəsinin 9 dekabr parlament seçkilərindən sonraya saxlanması oldu. Çünki rəsmi İrəvan məsələdə uğursuz mövqedədir, yeni baş katibin Ermənistandan olmayacağına əminlik hasil edib və Paşinyan da narahat idi ki, bu cür nəticə səsvermənin yekununa təsir edə bilər.

    Yəni KTMT-yə yeni baş katib məsələsində fiaskonu artıq Ermənistanın yeni hökumətinin ayağına yazmaq olar. Qalır məsələnin sırf formal tərəfi. Seçkilər arxada qaldığından, N.Paşinyana indi KTMT-dəki sərt reallıqla, anti-Ermənistan mövqeyi ilə barışmaqdan savayı yol qalmır. Nəzərə alsaq ki, o, Ermənistanı “Rus NATO-su”ndan çıxarmağa hazırlaşmır, o zaman ayrı yol da görünmür.

    ***

    Beləliklə, Ermənistanın “Rus NATO-su”nda təklənməsi “faktura” şəklini almaqdadır. 4 paytaxt – Moskva, Minsk, Astana və Düşənbə belaruslu generalı müdafiə eləməklə əslində Azərbaycana dəstək verib (Qırğızıstan da şübhəsiz ki, bu namizədliyin lehinədir). Ermənistan veto hüququna malik olsa da, çətin ki, KTMT-dəki belə bir aparıcı iradənin əleyhinə getsin. Yəni Paşinyanın da “Bakının adamı”na səs verməkdən savayı yolu qalmır.

    Bu xüsusda belaruslu politoloq, təhlükəsizlik sahəsində mütəxəssis, Rusiya Hərbi Elmlər Akademiyasının professoru Aleksandr Tixanskinin fikirləri maraq doğurur.

    Musavat.com-un məlumatına görə, politoloq hesab edir ki, KTMT bloku üzrə Ermənistan xaric, bütün müttəfiqlər arasında baş katibliyin Belarusa keçməsi haqda artıq anlaşma əldə olunub. Onun sözlərinə görə, İrəvanın bu postu özündə saxlamaq yönündə cəhdlərinin səbəbi sırf Nikol Paşinyanın şəxsi ambisiyaları ilə bağlıdır.

    “Paşinyan KTMT-də öz ölkəsinin kvotosundan danışarkən bu təşkilatın nüfuzu haqda fikirləşmir, yalnız özünün daxili siyasət qayğılarını düşünür. Xarici siyasəti daxili siyasətlə qarışıq salır”, – deyə o bildirib. Onun sözlərinə görə, blok üzvləri qarşısında Azərbaycanın statusunu həll eləmək məsələsi durur:

    “Blokun, demək olar, bütün üzvləri Azərbaycanı təşkilatda ya tərəfdaş, ya da müşahidəçi qismində görmək istəyir. Belə görünür, təşkilatda konsensus prosedurunu ləğv etmək və sırf səsvermə üsuluna keçmək lazım gələcək ki, yalnız bir üzv-dövlətə görə (Ermənistan – YM) qurumun fəaliyyəti tormozlanmasın. Ancaq bunu artıq biz gələn il görəcəyik”.

    Ekspertin fikrincə, o halda Azərbaycan bir sıra üstünlüklər əldə edə bilər. “Xüsusən də hərbi-texniki sferada. Yəni Azərbaycan hətta müşahidəçi statusunda silahları bazar qiymətinə deyil, daxili bazar qiymətinə ala bilər”, – deyə o, əlavə edib.

    ***

    Xatırladaq ki, Azərbaycan vaxtilə bu təşkilatın üzvü də olub (1994-1999). O vaxt o, “Kollektiv Təhlükəsizlik Müqaviləsi” adlanırdı. Lakin Azərbaycan qurumu tərk eləsə də Ermənistan istisna olmaqla, üzv ölkələrin hamısı ilə isti münasibətlərini indi də uğurla davam etdirir. Bu münasibətlər hətta daha da sıxlaşıb.

    Məsələn, Rusiya Azərbaycanın əsas silah tədarükçüsüdür. Belarusla hərbi-texniki əməkdaşlığımız da yüksələn xətlə davam edir. “İsgəndər M”lərə alternativ sayılan “Polonoz” raket kompleksləri ilə bağlı anlaşma buna sübutdur. Habelə, türkdilli dövlətlər kimi Qazaxıstan və Qırğızıstan Azərbaycanın etibarlı dost-müttəfiqləri sırasındadır.

    Təsadüfi deyil ki, KTMT-nin “erməni yaraları”na məlhəm olmayacağı haqda İrəvandan zaman-zaman gileylər səslənib. 2016-cı ilin “4 günlük” aprel müharibəsində işğalçı ölkə buna bir daha, bu dəfə əyani şahidlik elədi. KTMT üzvü ölkələrindən heç biri həmin hadisələr zamanı Ermənistanın mövqeyini, yanaşmasını bölüşmədi, ona hər hansı şəkildə dəstək olmadı, Azərbaycan əleyhinə bəyanat səsləndirmədi. Ermənistan aprel savaşında, faktiki, təkləndi. Kim bilir, Rusiya lideri Putin şəxsən azərbaycanlı həmkarı İlham Əliyevdən əməliyyatları dayandırmağı rica etməsəydi, daha nə qədər torpaqlar azad ediləcəkdi…

    ***

    Doğrudur, işğalçı ölkənin əsas varlıq qarantı Rusiya olaraq qalır. Ermənistan adlı formal dövlət yaranandan onun Türkiyə və İranla sərhədlərini belə, rus hərbçiləri qoruyur. İllərdir Moskva Azərbaycana qarşı duruş gətirmək üçün Ermənistana silahları ən ucuz, daxili qiymətlərə satır. Üstəlik, silahları ən aşağı faizlə və uzun müddətə özünün ayırdığı kredit qarşılığında verir. Bununla belə, nankor ermənilərin ruslardan narazılığı bitib tükənmir – xüsusən də 8 may “məxməri inqilabı”ndan sonra.

    “Xoşagəlməz və yersiz olsa da, Batka (Belarus Prezidenti Aleksandr Likaşenko) haqlıdır. Əgər biz KTMT-də nəsə demək istəyiriksə, öz sözümüzü ilk növbədə əsas müttəfiqimiz, Azərbaycana silah satan Rusiyaya yönəltməliyik”. Bu sözləri özünün Feysbuk səhifəsində Ermənistanın Respublika Partiyasının sədri Aram Sərkisyan paylaşıb.

    “Mənim fikrimcə, danışmaq yersizdir. Biz, sadəcə, səssiz, addım-addım NATO ilə əməkdaşlığımızı aktivləşdirməliyik və o zaman bizə münasibət birmənalı şəkildə dəyişəcək. Əminəm ki, bizə Rusiyanın lazım olduğundan daha çox biz Rusiyaya lazımıq. Əks təqdirdə, Rusiyanın sərhədləri Krasnodar vilayətindən keçəcək”, – deyə o bildirib.

    Rusiyanın sərhədi ola bilsin, Krasnodardan keçəcək. Bəs Rusiya arxasından çəkilərsə, Ermənistanın öz sərhədləri haradan keçəcək? Ümumiyyətlə, Ermənistan adında dövlət qalacaqmı?..

    /turkustan.info
    loading...