Xəbər lenti
Axtar
Ən çox oxunan
  • GÖYÇAY RAYONU İNKİŞAF YOLUNDA
  • Qiyamət günü insanın əməllərinə şəhadət verən 9 şahid
  • Rusiyada müəllim və şagirdlərə məktəbdə telefon qadağan ediləcək
  • "BİZ ERMƏNİLƏRİN YANINDAYIQ, BİR QARIŞ DA TORPAQ VERMƏYƏCİK!" - Əziz Tonoyan
  • Nümayişçilərə qarşı “dəhşətli nəhəng” silah tapıldı
  • Azərbaycanda yol polisi ləğv edilə bilər – Vilayət Eyvazovdan inqilabi dəyişiklik
  • Gürcüstanın Azərbaycana borcu açıqlandı.
  • Bakıda Milli Qəhrəmana hörmətsizlik edildi - FOTO
  • DİN NAZİRİ OLİQARX-POLKOVNİKİ İŞDƏN QOVDU! – Dövlət Yol Polisində şok dəyişiklik
  • Putin Mehriban Əliyevaya orden verdi
  • Azərbaycan-Gürcüstan sərhədindən Türkiyəyə qədər məsafə 30 kilometr qısalacaq
  • Yeni kiçikölçülü antena “5G” şəbəkələrinin işini 10 dəfələrlə sürətləndirəcək
  • Yer kürəsinə “təhlükəli” asteroid yaxınlaşır
  • Dünyanı cənginə alan “Tik Tok” nədir? – Maraqlı faktlar
  • Tankçılarımız finalın bir addımlığında - Video
  • Günün ulduz falı: 11 avqust, 2019
  • Yağış sürüşmə zonalarını aktivləşdirdi
  • Çavuşoğlu: Azərbaycanın vizaları ləğv etməsi mühüm hadisədir
  • İsmayıllı: Böyük faciənin astanasındayıq – FAKT
  • İnstagram və WhatsApp-ın adı dəyişiləcək
  • Prezident tapşırıq verdi: Bu məsələ təhlil edilməlidir
  • Ərdoğan gizli silahını ortaya çıxardı: “Atom” bombası…
  • Günün ulduz falı: 27 iyul, 2019
  • İşğal olunmuş torpaqlarda ermənilər tərəfindən yeni yolun çəkilməsinə XİN-dən REAKSİYA
  • Dahilər dahisi
  • 01 Ara 2018, 21:39   
        143
    Bakının aldığı son model raketlərin imkanları... - Xlopotov

    Bakının aldığı son model raketlərin imkanları... - Xlopotov

    Dünyada vəziyyət getdikcə daha gərgin və mürəkkəb xarakter alır. Böyük, Dünya müharibəsi, hətta İkinci İmperialist müharibəsi adlandıra biləcəyimiz müharibənin başlaması hissi çox qüvvətlidir. Vəziyyət həmçinin Cənubi Qafqaz regionunda da getdikcə qızışır.

    Bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq münasibətlərdə, o cümlədən Cənubi Qafqazda gərginləşən vəziyyəti şərh edən Rusiyanın aparıcı hərbi ekspertlərindən Aleksey Xlopotov deyib.

    “Ermənistan daxili-siyasi və iqtisadi problemlərlə silkələnir. Əgər Ermənistan əvvəllər Rusiyanın siyasi kilvaterində kifayət qədər sıx şəkildə irəliləyirdisə, indi ölkə hakimiyyətinin dəyişməsindən sonra siyasi fırtınaların dalğaları onu bir istiqamətdən digərinə atır. Ermənistana ABŞ və İranın təsiri artır. Belə bir vəziyyətdə yeni və böyük münaqişə yaranması ehtimalı böyükdür. Buna görə də Azərbaycan mümkün olduğu qədər böyük müharibəyə hazır olmalıdır”, - Xlopotov bildirib.

    Azərbaycan Silahlı Qüvvələrinin hərbi hazırlığı və texniki təminatı barədə danışan ekspert ordumuzun bir sıra ölkələrdən aldığı ən müasir hərbi məhsullar sayəsində regionunun aparıcı gücünə çevrildiyini vurğulayıb. Xlopotovun sözlərinə görə, Belarusdan “Polonez”, İsraildən isə LORA silahını əldə etməsi Azərbaycanın Cənubi Qafqaz regionunda dominantlıq etməsinə gətirib çıxarıb:

    “Polonez” – yüksək effektli taktiki raket kompleksidir. Bu kompleks reaktiv yaylım atəş sistemləri ilə əməliyyat-taktiki raket sistemlərinin şərti aralığında yerləşir. Sistem birmənalı şəkildə Rusiyanın 300 millimetrlik “Smerç” reaktiv yaylım atəş sistemlərindən, bir sıra cəhətlərinə görə isə “İsgəndər-M” əməliyyat-taktiki raket komplekslərindən üstündür. Hazırda “Polonez”lərin iki variantı mövcuddur: V-200 və V-300. Burada rəqəmlər raketlərin maksimal atəş məsafəsini göstərir. Azərbaycan isə “Polonez”lərin ən inkişaf etmiş və uzunmənzilli raketlərə sahib versiyasını alır”.

    Ekspertin fikrincə, “Polonez” Azərbaycan ordusunun sahib olduğu yeganə şərti-strateji silah deyil. 2018-ci ildən ordumuzun silahlanmasına həmçinin İsrail istehsalı LORA silahı da daxil olub.

    “LORA - tam bir əməliyyat taktiki raketidir. “İsgəndər”in əsl analoqudur. Rus silahının ixrac versiyası kimi onun da 250-280 kilometr atəş məsafəsi var. Azərbaycan Ordusunda birdən-birə belə iki sistemin mövcudluğu taktiki istifadə rahatlığı verir. Bu, hər hansı bir tərəfdən ehtiyat hissələri, komponentlər və döyüş sursatlarının təmin edilməsində müstəqillikdir. Müxtəlif sanksiyalar və siyasi şantajlara məruz qalan müasir dünyada isə bu olduqca əhəmiyyətlidir”, - ekspert bildirib.

    Rus ekspert həmçinin bir qədər əvvəl Belarus hərb sənayesinin elan etdiyi və silahın atəş məsafəsini 500 kilometrə qədər yüksəltməyə imkan verən “Polonez”lərin modernizasiyası məsələsinə də toxunub:

    “Polonez”in V-200 və V-300 variantları ilə yanaşı, raketin atəş məsafəsini 500 kilometrə qədər yüksəldə biləcək texniki imkanlar var. Bunu döyüş yükünün və mühərrikin yenidən bölüşdürülməsi hesabına etmək olar. Hazırda kompleksin yaradıcıları bu istiqamətdə çalışırlar”.

    Ekspertin fikrincə, Minsklə yaxın münasibəti olan Bakı modernizasiya olunmuş “Polonez”ləri leqal olmayan yollarla da əldə edə bilər, ancaq Bakı bu addıma getmir:

    “Əslində, 300 və 500 kilometr atəş məsafəsinə sahib raketlər arasında elə də bir fərq yoxdur. Azərbaycan və onun müttəfiqləri də məhdudiyyətlərə ciddi şəkildə riayət edir”.

    Hərbi ekspert, həmçinin, Azərbaycanın Pakistandan Pekin və İslamabadın birgə istehsalı olan çoxfunksiyalı birmühərrikli qırıcı-bombardmançı JF-17-lər əldə etməsi məsələsinə də toxunub.

    “Bu, həqiqətən yaxşıdır. Fikrimcə, Azərbaycan Hərbi Hava Qüvvələri üçün optimal seçimdir. Bu təyyarələr imkanlarına görə Rusiya istehsalı Su-30MKİ, Su-35S, MiQ-35 qırıcılarına, hətta Fransanın “Rafali” təyyarələrinə uyğun gəlir, hətta onlardan üstündür. Bundan əlavə, JF-17 digər təyyarələrdən həm kiçik, həm də yüngüldür. Üstəlik nominal qiyməti də, ixrac qiyməti də daha ucuzdur”, - Xlopotov vurğulayıb.

    Xlopotovun sözlərinə görə, hazırda Rusiya Qərbin siyasi və iqtisadi təzyiqinə məruz qalır. Buna görə də Azərbaycanın hərbi-siyasi rəhbərliyinin işğal olunmuş torpaqlar probleminin hərb yolu ilə həllinə gedəcəyi halda Rusiya Qərblə münasibətlərin daha da pisləşməsi təhlükəsi altında komponent və ehtiyat hissələri tədarükünü dayandıra bilər:

    “Qarabağdakı münaqişənin kəskinləşəcəyi, xüsusən BMT qətnamələrinə əsasən öz torpaqlarında işğalı aradan qaldırmağa tam mənəvi haqqı olan Azərbaycanın aktiv fəaliyyətə başlayacağı halda Rusiyanın necə davranacağı heç də aydın deyil. Ona görə də Azərbaycanın müxtəlif ölkələrin ən yaxşı istehsal modellərinə sahib olması məqsədəuyğun və məqbuldur”, - ekspert fikrini tamamlayıb.
    loading...