Xəbər lenti
Axtar
27 Kas 2018, 08:10   
    706
Tramp ABŞ-ı gözdən salan KİV-in adını açıqladı


BAKI-XEBERTV.AZ
Tramp ABŞ-ı gözdən salan KİV-in adını açıqladı
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, CNN telekanalı dünyaya ölkəni yanlış obrazda təqdim edir.

Oxu.Az xəbər verir ki, bu barədə o, özünün “Twitter” səhifəsində yazıb.

Tramp qeyd edib ki, CNN-in ölkənin hüdudlarından kənarda rəqiblərinin sayı azdır və böyük nüfuzu var. Onun sözlərinə görə, “güclü səs”ə malik CNN ölkədə baş verənləri dünyaya düzgün təqdim etmir.

“Bununla bağlı nə isə etmək lazımdır. Əslində kim olduğumuzu dünyaya göstərmək üçün ABŞ özünün ümumdünya şəbəkəsini yarada da bilər. Möhtəşəm!”, - deyə o vurğulayıb.
loading...