Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür
  • Pivə alkoqollu içkilər siyahısından çıxarılır – Bu qərarı heç kim gözləmirdi
  • Gürcüstanda 146 nəfər itkin düşdü
  • 3500-cü ildən gəldiyini iddia edən qadından ŞOK SÖZLƏR: yadplanetlilər...
  • Azərbaycan Respublikası Milli mətbuat və Jurnalistika günü
  • “Bu, dövlət sərhəddidir, yoxsa karvansara qapısı?!” - POLİTOLOQ SUAL EDİR
  • Adnan Oktarla bağlı yeni dəhşətli FAKTLAR ÜZƏ ÇIXDI: 6 yaşlı qızları alt paltar olmadan... - VİDEO
  • Fotolarımız sosial şəbəkələrdən bu yolla oğurlanır - SOS
  • Hamımız yaşın və yaşananların təsiri ilə dəyişirik. Bu dəyişikliklər hər insanda özünü fərqli şəkildə büruzə verir.
  • Merkeli titrədən xəstəlik nədir? - Açıqlama
  • Müəmmalı ölümlərlə bağlı maraqlı faktlar - Yavaş-yavaş zəhərləyirlər, istintaq da tapa bilmir
  • Şok: Bu yazar Trampın prezident olacağını 40 il öncə bilib
  • Geomaqnit qasırğası ilə bağlı rəsədxanadan AÇIQLAMA
  • Tanınmış jurnalist Şamil Sabiroğlu mühüm dövlət mükafatına layiq görüldü
  • Azərbaycan səmasında UNO görünüb.
  • Azərbaycan-Ermənistan sərhədində divar çəkilir - Foto
  • Azərbaycan zəvvarlarını daşıyan avtobus yandı
  • Elçin Quliyev: Ermənistanla sərhəddə yeni infrastrukturlar yaradılır
  • Ermənilər bu gün Tərtər rayonunda bayram etdi - FOTOLAR
  • Azərbaycanlıdan oğurlanan saatla bağlı - Yeni xəbər
  • Bəhramla Tahir məmurları hədəfə aldı: "70-100 milyon oğurlayırlar" (VİDEO)
  • 2003-cü ildən sonra ən kəskin istilərin olacaq - XƏBƏRDARLIQ
  • Xanımlar, diqqət: qarşınızdakı kişi bunları edirsə..
  • Azərbaycana 5 milyarda başa gələn tədbiri Belarus 150 milyon dollara keçirir
  • Gecə düşən kimi ölüb, səhər dirilən qardaşlar - Həkimlər naəlacdır
  • 18 Kas 2018, 22:50   
        141
    Türkiyə Ermənistan TIR-larına qapıları açıb...

    Türkiyə Ermənistan TIR-larına qapıları açıb...



    Türkiyədə fəaliyyət göstərən əsassız erməni iddiaları ilə mübarizə dərnəyi ASİMDER-in başqanı Göksel Gülbey Ankaranın Ermənistan TIR-ları üçün qapıları açdığını bildirib.

    Türkiyə KİV-ləri xəbər verir ki, Göksül Gülbey ildə 400 Ermənistan TIR-larına Trabzon limanı üzərindən yükdaşıma icazəsi verildiyini açıqlayıb.

    Onun bildirdiyinə görə, həmin icazəni Türkiyənin Tiflisdəki səfirliyi verib. Ermənistan TIR-ları indiyə qədər yükləri daşımaq üçün Gürcüstanın Poti limanından istifadə edirdi. Lakin Gülbey deyir ki, Trabzon limanından istifadə etmək erməni TIR sürücülərinə 600 dollar daha ucuz başa gəlir.

    Onun bildirdiyinə görə 2008-ci ilin avqust müharibəsindən sonra Gürcüstan-Türkiyə sərhədindən keçən Ermənistan TIR-ları üçün kvota tətbiq edilmişdi. Lakin son vaxtlar Ermənistanın yükdaşıma şirkətləri Poti limanına nisbətən 600 dollar ucuz olduğuna görə Trabzon limanından istifadə etməyə başlayıblar. Türkiyə qanunlarına görə Ermənistan şoferləri bu ölkəyə turist kimi daxil ola bilməz və ancaq iş icazəsi almaqla girə bilər. Bu problemi həll etmək üçün əvvəlcə Ukrayna tərəfi vasitəçilik edib. Sonra isə Gürcüstandakı Türkiyə səfirliyi erməni TIR sürücülərinə çalışma icazəsini təsdiq edən sənədlər verir.
    “Ermənistanla Türkiyə arasında hər gün Yerevan-İstanbul reysi ilə bir dəfə təyyarə uçur. Gürcüstan və İran üzərindən ölkəmizə minlərlə Ermənistan vətəndaşı əl-qolunu sallayaraq daxil olur, 70 mindən çox erməni Türkiyədə qeyri-leqal işləməkdədir. Avtobus firmaları hər gün iki ölkə arasında turizm səfərləri təşkil edir. İndi isə Gürcüstandakı səfirliyimiz tərəfindən diplomatik embarqo dəlinib. ASİMDER olaraq bütün səlahiyyətlilərə sual edirik: bu necə embarqodur?”-Göksel Gülbey bildirib.

    Türkiyənin Trabzon limanı üzərindən Ermənistana sərhədlərini açdığnı erməni qaynaqları da təsdiqləyir. Üstəlik məlum olur ki, Ermənistan TIR-larının Trabzon limanından istifadəsinə icazə verilməsi hələ 2012-ci ildən başlayıb.

    Ermənistan TIR-ları Ermənistanın Sahibkarlar və İş Adamları Birliyinin nümayəndəsi Artur Kazaryan 2012-ci ilin iyulunda “Novosti Armenia” agentliyinə açıqlamasında deyib ki, Türkiyə ildə 200 Ermənistan TIR avtomobilinə Trabzon limanından dünyaya açılma icazəsi verib.
    “Türkiyənin Trabzon limanının erməni yükdaşıyanları üçün açılmasına ötən il cəhd etdik. O zaman ciddi maneə ilə qarşılaşdıq. Məlum oldu ki, erməni TIR şoferləri Türkiyəyə bu ölkənin qanunlarına əsasən turist kimi girə bilməz, ancaq iş icazəsi almaqla girə bilər. Ermənistanda isə məlum olduğu kimi Türkiyənin səfirliyi və konsulluğu yoxdur. Nəticədə bu məsələdə Ukrayna bizə yardımçı oldu, vasitəçilik etdi. İlin sonunda türk tərəfi ilə aparılan müzakirələr nəticəsində erməni TIR sürücülərinə lazım olan iş vizsının Gürcüstandakı Türkiyə səfirliyi tərəfindən verilməsi barədə anlaşma əldə edildi. Beləliklə də 2012-ci ildə 200 erməni TIR avtomobili Türkiyəyə daxil olmaq imkanı qazandı. Bu rəqəm 400-600 TIR qədər arta bilər”-Kazaryan deyib.

    A.Kazaryan deyib ki, Trabzon limanından istifadə Poti limanı ilə müqayisədə 600 dollar daha ucuzdur.
    (virtualaz.org)
    loading...