Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Göbəyinizə bal tökün- BİR NEÇƏ DƏQİQƏ SONRA BAŞ VERƏNLƏR SİZİ DƏHŞƏTƏ GƏTİRƏCƏK
  • Ermənilər yenə həyəcanlandı: “Türkiyənin Naxçıvanda hərbi baza yaratmasına hazırlıq gedir…”
  • Dünya liderlərinin başına gələn ağlasığmaz hadisələr
  • GÖYÇAY RAYONU İNKİŞAF YOLUNDA
  • Qiyamət günü insanın əməllərinə şəhadət verən 9 şahid
  • Rusiyada müəllim və şagirdlərə məktəbdə telefon qadağan ediləcək
  • "BİZ ERMƏNİLƏRİN YANINDAYIQ, BİR QARIŞ DA TORPAQ VERMƏYƏCİK!" - Əziz Tonoyan
  • Nümayişçilərə qarşı “dəhşətli nəhəng” silah tapıldı
  • Azərbaycanda yol polisi ləğv edilə bilər – Vilayət Eyvazovdan inqilabi dəyişiklik
  • Gürcüstanın Azərbaycana borcu açıqlandı.
  • Bakıda Milli Qəhrəmana hörmətsizlik edildi - FOTO
  • DİN NAZİRİ OLİQARX-POLKOVNİKİ İŞDƏN QOVDU! – Dövlət Yol Polisində şok dəyişiklik
  • Putin Mehriban Əliyevaya orden verdi
  • Azərbaycan-Gürcüstan sərhədindən Türkiyəyə qədər məsafə 30 kilometr qısalacaq
  • Yeni kiçikölçülü antena “5G” şəbəkələrinin işini 10 dəfələrlə sürətləndirəcək
  • Yer kürəsinə “təhlükəli” asteroid yaxınlaşır
  • Dünyanı cənginə alan “Tik Tok” nədir? – Maraqlı faktlar
  • Tankçılarımız finalın bir addımlığında - Video
  • Günün ulduz falı: 11 avqust, 2019
  • Yağış sürüşmə zonalarını aktivləşdirdi
  • Çavuşoğlu: Azərbaycanın vizaları ləğv etməsi mühüm hadisədir
  • İsmayıllı: Böyük faciənin astanasındayıq – FAKT
  • İnstagram və WhatsApp-ın adı dəyişiləcək
  • Prezident tapşırıq verdi: Bu məsələ təhlil edilməlidir
  • Ərdoğan gizli silahını ortaya çıxardı: “Atom” bombası…
  • 27 Eki 2018, 20:06   
        195
    “Rusiya Amerika ilə müharibəyə hazırlaşır” - Rəsmi Moskvadan xəbərdarlıq
    “Rusiya Amerika ilə müharibəyə hazırlaşır” - Rəsmi Moskvadan xəbərdarlıq

    Rusiya Xarici İşlər Nazirliyinin silahlar üzərində nəzarət və nüvə silahlarının yayılmaması məsələləri üzrə Departamentinin rəhbərinin müavini Andrey Belousov ölkəsinin ABŞ-la müharibəyə hazırlaşdığını bildirib.

    Rusiyanın TASS agentliyi xəbər verir ki, o, BMT Baş Assambleyasının komitəsində çıxışı zamanı belə bəyanat səsləndirib. Diplomat qeyd edib ki, Rusiya ABŞ-a qarşı "müdafiə xarakterli müharibəyə hazırlaşır”.

    "Burada az əvvəl iclas zamanı Amerika nümayəndəsi bəyan etdi ki, Rusiya müharibəyə hazırlaşır. Bəli, Rusiya müharibəyə hazırlaşır və mən bunu təsdiq edirəm” - diplomat bildirib.

    XİN rəsmisi bunu BMT-nin Moskvanın orta və yaxın mənzilli raketlərin ləğvinə dair Rusiya-ABŞ müqaviləsinin dəstəklənməsinə dair qətnamə layihəsinin əleyhinə səs verməsinin ardınca bəyan edib. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp ölkəsinin həmin müqavildən çıxdığını elan edib.

    Qeyd edək ki, Tramp bunu bunu Rusiyanın müqavilənin şərtlərinə əməl etməməsi ilə əsaslandırmışdı. Andrey Belousov deyib ki, Rusiya ilə ABŞ arasında böyük fərq var. "Və linqvistik planda bu fərq həm rus, həm ingilis dilində cəmi bir sözlə ifadə olunur: Rusiya Federasiyası müharibəyə hazırlaşır, ABŞ isə müharibəni hazırlayır”-diplomat qeyd edib.

    Belousovun fikrincə, ABŞ-ın Rusiya ilə müharibəyə başlamaq niyyətini onun orta və yaxın mənzilli raketlərə dair müqavilədən çıxması, nüvə potensialını genişləndirməsi və yeni nüvə doktrinası qəbul etməsi də təsdiqləyir.

    Qeyd edək ki, yaxın və orta mənzilli raketlərin ləğvi üzrə müqavilə 1987-ci ili dekabrın 8-də ABŞ prezidenti Ronald Reyqan və SSRİ rəhbəri Mixail Qorbaçov tərəfindən imzalanıb. Müqavilə hər iki ölkənin mənzili 500-5500 km olan balistik raketləri məhv etməsini şərtləndirir. Bu günə kimi hər iki tərəf dəfələrlə bir-birilərini bu müqavilənin şərtlərini pozmaqda ittiham edib/modenr.az
    loading...