Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Onlar məhv olacaq, biz isə cənnətə düşəcəyik - Putin
  • Ermənilər Tərtərdəki futbol stadionunu Avropa çempionatına hazırlayır - FOTOLAR
  • DTX-dan sosial şəbəkələrlə bağlı MÜHÜM ADDIM
  • “Bu yol çox böyük bir yolun davamıdır” Aqil Acalov
  • Millət vəkili Q.Paşayeva AŞPA-da çıxış edərək Ermənistan baş naziri Paşinyanın öz oğlunu hərbi xidmət üçün Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına göndərməsindən danışdı.
  • Görünməyən silah HAZIRLANIR – Hamı yüksək radiasiyaya MƏRUZ QALACAQ
  • Piramidalar haqda şok: 1922-ci ildə araşdırma zamanı...
  • Rəsmi Bakıdan Əliyev-Paşinyan görüşü ilə bağlı açıqlama
  • İnfarkta səbəb olan energetik içkilər - Video
  • SON DƏQİQƏ: Azərbaycan ordusu irəliləyir - Ermənilər Dağlıq Qarabağı boşaldır - VİDEO
  • Ayın bu görüntüsü böyük maraq doğurdu - Foto
  • Millət vəkili Q.Paşayeva Dünya Müsəlman-Türk və Suriya Türkmənləri qurultayında çıxış edib
  • Qadınlar niyə kişilərdən çox yaşayır? Təəccüblü səbəb
  • 7 ilə 58 milyon iş yeri açılacaq - Hesabat
  • İnsan bədənində gələcəyi görən vəzi - Üçüncü göz
  • Ərdoğan: Türkiyə Azərbaycana hər cür dəstəyi göstərməkdə davam edəcək
  • Ənvər Paşanın nəvəsi,Nuru Paşanın qardaşı nəvəsi Arzu Ənver Bakının işğaldan azad edilməsinin 100-cü ildönümündə iştirak etmək üçün ölkəmizdədir
  • Azərbaycanda Bilik Günüdür
  • Azərbaycan düşməni lərzəyə salan yeni qırıcılar alır
  • "Hər kəs ayıq-sayıq və dövlətin yanında olmalıdır" - Cavid Qurbanov
  • Həsənbəy Zərdabi küşəsi çirkab suları işində
  • Gənc Kikbokscu qadın Gunay Sun Moon Haciyeva niyə qəzəbləndi?
  • Ermənilər Abdal- Gülablıda da qaz yandırdılar... - Bu saatlarda isə Bərdə qaza həsrət qalıb
  • ÖLKƏDƏ TƏLATÜM: Rüşvətxor məmurların HƏBSİ başlayır - Prezidentin yeni proqramının şok sirri
  • Azərbaycan Türkmənistandan "hava hücumuna" məruz qaldı
  • 03 Ekm 2018, 05:08   
        248
    Sərkisyan və Köçəryanın “B planı”: Hərbi çevriliş…
    Sərkisyan və Köçəryanın “B planı”: Hərbi çevriliş…

    Qarabağ klanı Paşinyanı devirmək üçün çevriliş planı hazırlaya bilər.

    XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın daxili siyasətdəki strategiyası doğrudur:

    "O, İrəvanda mer seçkisində tərəfdarının mütləq qalibiyyətini təmin etdikdən sonra anladı ki, erkən parlament seçkisində də uğur qazana bilər. Paşinyan onu da anlayır ki, erkən seçkini may ayına saxlamaq olmaz. Çünki Paşinyanın ölkə daxilində reytinqi hazırda yüksəkdir, maya qədər hadisələr onun əleyhinə yönələ bilər. Ona görə də seçkini dekabrda keçirib parlamentdəki mövqelərini gücləndirib, indikindən güclü baş nazir olmaq istəyir".

    Politoloq vurğulayıb ki, buna baxmayaraq, müxalif qüvvələr də zəif deyil:

    "Parlamentdəki Respublikaçılar Partiyası da anlayır ki, erkən seçki onların sonunu gətirəcək, xalqdan dəstək ala bilməyəcəklər. Ona görə də isti yerlərini itirməmək üçün müqavimət göstərirlər. Belə olan halda Paşinyan inqilab vaxtı olduğu kimi, tərəfdarlarını küçəyə çağırdı ki, bu yolla qarşısındakılara təzyiqi artırsın. Paşinyanın küçədən başqa resursu yoxdur. Böyük ehtimalla küçə yenə parlament üzərində qələbə çalacaq və erkən seçki təyin ediləcək".

    Politoloqun sözlərinə görə, Paşinyanın durumu ağırdır:

    "Bir tərəfdən müxalifətin təxribatlarıyla mübarizə aparır, digər tərəfdən qarşısında ondan narazı böyük Rusiya var, üstəgəl, Dağlıq Qarabağdakı erməni separatçılarına nəzarət etməlidir. Bununla yanaşı, onun adminstrativ resursları da kifayət qədər deyil. Ona görə də Ermənistanda hərbi çevrilişi istisna etmirəm. Robert Köçəryan və Serj Sərkisyan çevrilişi bir dəfə 1997-ci ildə sınaqdan keçiriblər, Levon Ter-Petrosyanı prezident kürsüsündən deviriblər. Onlar bu ssenarini yenə təkrarlamaq həvəsinə düşə bilərlər. Onların bu işə Paşinyandan narazı generalları da cəlb etmə ehtimalları var. Ancaq Levon Ter-Petrosyandan fərqli olaraq, Nikol Paşinyan asanlıqla təslim olmayacaq, xalqı küçələrə səsləyəcək. Bu isə Ermənistanda vətəndaş qarşıdurmasını gücləndirəcək, hətta vətəndaş müharibəsi ehtimalını artıracaq".

    Politoloq qeyd edib ki, Azərbaycan Ermənistanda baş verəcək istənilən ssenariyə hazır olmalıdır.
    loading...