Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Onlar məhv olacaq, biz isə cənnətə düşəcəyik - Putin
  • Ermənilər Tərtərdəki futbol stadionunu Avropa çempionatına hazırlayır - FOTOLAR
  • DTX-dan sosial şəbəkələrlə bağlı MÜHÜM ADDIM
  • “Bu yol çox böyük bir yolun davamıdır” Aqil Acalov
  • Millət vəkili Q.Paşayeva AŞPA-da çıxış edərək Ermənistan baş naziri Paşinyanın öz oğlunu hərbi xidmət üçün Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına göndərməsindən danışdı.
  • Görünməyən silah HAZIRLANIR – Hamı yüksək radiasiyaya MƏRUZ QALACAQ
  • Piramidalar haqda şok: 1922-ci ildə araşdırma zamanı...
  • Rəsmi Bakıdan Əliyev-Paşinyan görüşü ilə bağlı açıqlama
  • İnfarkta səbəb olan energetik içkilər - Video
  • SON DƏQİQƏ: Azərbaycan ordusu irəliləyir - Ermənilər Dağlıq Qarabağı boşaldır - VİDEO
  • Ayın bu görüntüsü böyük maraq doğurdu - Foto
  • Millət vəkili Q.Paşayeva Dünya Müsəlman-Türk və Suriya Türkmənləri qurultayında çıxış edib
  • Qadınlar niyə kişilərdən çox yaşayır? Təəccüblü səbəb
  • 7 ilə 58 milyon iş yeri açılacaq - Hesabat
  • İnsan bədənində gələcəyi görən vəzi - Üçüncü göz
  • Ərdoğan: Türkiyə Azərbaycana hər cür dəstəyi göstərməkdə davam edəcək
  • Ənvər Paşanın nəvəsi,Nuru Paşanın qardaşı nəvəsi Arzu Ənver Bakının işğaldan azad edilməsinin 100-cü ildönümündə iştirak etmək üçün ölkəmizdədir
  • Azərbaycanda Bilik Günüdür
  • Azərbaycan düşməni lərzəyə salan yeni qırıcılar alır
  • "Hər kəs ayıq-sayıq və dövlətin yanında olmalıdır" - Cavid Qurbanov
  • Həsənbəy Zərdabi küşəsi çirkab suları işində
  • Gənc Kikbokscu qadın Gunay Sun Moon Haciyeva niyə qəzəbləndi?
  • Ermənilər Abdal- Gülablıda da qaz yandırdılar... - Bu saatlarda isə Bərdə qaza həsrət qalıb
  • ÖLKƏDƏ TƏLATÜM: Rüşvətxor məmurların HƏBSİ başlayır - Prezidentin yeni proqramının şok sirri
  • Azərbaycan Türkmənistandan "hava hücumuna" məruz qaldı
  • 02 Ekm 2018, 16:36   
        35
    MM-də qiyam: Paşinyan istefaya gedir, son qərar verildi - Video

    MM-də qiyam: Paşinyan istefaya gedir, son qərar verildi - Video

    Çiçəklənən Ermənistan və Daşnaksütyun partiyalarından olan nazirlər vəzifələrindən azad ediləcəklər.

    XEBERTV.AZ xəbər verir ki, bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan İrəvanda, Baqramyan prospektindəki mitinqdə çıxışında deyib.

    O bildirib ki, Çarukyan Bloku və Daşnaksütyundan olan nazirlərin işdən çıxarılması ilə bağlı administrasiyanın əmr hazırlamasını tapşırıb:

    “Bundan əlavə, hökumətin yaxınlarda keçiriləcək toplantısında bu partiyalardan olan əyalət rəhbərləri də işdən azad ediləcək”.

    Paşinyan həmçinin sakinlərə növbədənkənar seçkilər tələbi ilə üçün küçələrə çıxamaq çağırışı edib.

    Xatırladaq ki, N.Paşinyanın çağırışından sonra aksiyaçılar parlament binasını mühasirəyə alıblar və deputatların parlament binasını tərk etməsinə imkan vermirlər.

    Bundan öncə parlament qanunvericiliyə dəyişiklik layihəsini qəbul edib. Qanun layihəsini Respublikaçılar Partiyası və Çarukyan Blokunun deputatları təqdim edib. Qanun layihəsi 67 səslə qəbul edilib. Çıxış Bloku dəyişikliyə etiraz olaraq Paşinyanın təklifi ilə iclası boykot edib.

    Qanun layihəsi Parlament reqlamenti haqqındadır. Dəyişiklik parlamentin buraxılması imkanlarını daha da məhdudlaşdırır.

    Bu, Paşinyana qarşı parlament partiyalarının qiyamı kimi xarakterizə edilə bilər. Belə ki, növbədənkənar seçkilərlə parlamentdə çoxluğu ələ keçirməyə çalışan Paşinyana qarşı artıq digər fraksiyalar birləşiblər. Parlamentdə çoxluğa sahib Sərkisyanın Respublikaçılar Partiyası Çarukyan Bloku və Daşnaksütyunla parlamentdə 3/2 səs çoxluğunu tam təmin edib.

    ***

    Paşinyan bildirib ki, RP və digərlərinin parlamentdə qəbul etdikləri bu qanun layihəsi faktiki olaraq əks-inqilabi fəaliyyətdir və qiyamdır.

    "Ancaq onların heç bir şansı yoxdur. Heş kim xalqdan qələbəni oğurlaya bilməz", - Paşinyan deyib.

    ***

    Etirazçılar qarşısında çıxış edən N.Paşinyan deyib ki, Daşnaksütyun və Çiçəklənən Ermənistan partiyalarından olan nazirlər vəzifədən azad ediləndən sonra o özü də istefa verəcək.

    “Əvvəla, ona görə ki, kimsə düşünməsin mən vəzifədən ötrü sinov gedirəm. 7+1 gündən sonra parlament yeni baş nazir seçməlidir. Əgər bu müddər ərzində yeni baş nazir seçilməsə, növbəti 7+1 gündən sonra ikinci cəhd olmalıdır. Əgər ikinci müddətdə də baş nazir seçilməsə, onda növbədənkənar parlament seçkisi elan edilməlidir.

    Bir neçə gündən sonra istefa verəcəyəm. Əgər aydınlaşsa ki, xalq növbədənkənar seçki istəyir, biz xalqla birgə parlamentin yeni baş nazir seçməsinə imkan verməyəcəyik. Baş nazir vəzifəsindən istefa verəndən sonra mən hökumətin başçısı vəzifəsini icra edəcəyəm. Biz hazırda 16 aprel 2018-ci ildə yarımçıq qalan işimizi tamamlayırıq”.

    O, vurğulayıb ki, seçkiləri noyabrın sonu, dekabrın əvvəllərində keçiriləcək.

    Baqramyan küçəsindəki mitinqdən Paşinyan parlament binasına gedib. O, deputatlarla və siyasi güclərlə baş verənləri müzakirə edəcək.

    ***

    Düşünürəm ki, biz növbədənkənar seçkilərin keçirilməsini razılaşdıra biləcəyik.

    Bu sözləri N.Paşinyan parlament binasında jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, istefasından sonra deputatların baş nazirliyə namizədliyi müzakirə etməyəcəyi fikrindədir:

    “Çünki əks halda onlar insanların ümidini qıra bilərlər. Yaxşı olar ki, bununla bağlı müqavilə imzalayaq. Düşünürəm, situasiyaya uyğun qərar qəbul olunacaq”.

    Hazırda Paşinyan parlament fraksiyaları ilə görüşlər keçirir.

    ***

    N.Paşinyanla deputatların müzakirəsi artıq bir saatdan artıqdır davam edir.

    Yerli medianın məlumatına görə, hansı deputatların müzakirələrdə iştirak etdiyi bilinmir.

    Parlamenti mühasirəyə alan aksiyaçılar isə nəticəni gözləyirlər.

    ***

    N.Paşinyanla deputatların iki saat davam edən müzakirəsi bu dəqiqələrdə başa çatıb.

    Paşinyan parlamentin qarşısına çıxıb və bildirib ki, fraksiyalar onun istefasından sonra baş nazir postuna namizəd irəli sürməyəcəkləri öhdəliyini götürüblər.

    N.Paşinyan parlament rəhbərliyi - Respublikaçılar Partiyası fraksiyası, Çarukyan Bloku və Daşnakstyun fraksiyası ilə keçirdiyi görüş zamanı memorandum imzalanmasını təklif edib.

    "Lakin onlar bildirdilər ki, sənəd imzalanmasına ehtiyac yoxdur, onlar baş nazirin istefasından sonra yeni baş nazir seçməyə cəhd etməyəcəklər və xalqın rəyinə hörmət edəcəklər", - Paşinyan deyib.

    Paşinyan həmçinin qeyd edib ki, növbədənkənar seçkilərin dekabrda keçirilməsini də razılaşıblar. Çünki ölkədə krizisin daha bir neçə ay uzadılması məqbul deyil.



    axar.az
    loading...