Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Onlar məhv olacaq, biz isə cənnətə düşəcəyik - Putin
  • Ermənilər Tərtərdəki futbol stadionunu Avropa çempionatına hazırlayır - FOTOLAR
  • DTX-dan sosial şəbəkələrlə bağlı MÜHÜM ADDIM
  • “Bu yol çox böyük bir yolun davamıdır” Aqil Acalov
  • Millət vəkili Q.Paşayeva AŞPA-da çıxış edərək Ermənistan baş naziri Paşinyanın öz oğlunu hərbi xidmət üçün Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına göndərməsindən danışdı.
  • Görünməyən silah HAZIRLANIR – Hamı yüksək radiasiyaya MƏRUZ QALACAQ
  • Piramidalar haqda şok: 1922-ci ildə araşdırma zamanı...
  • Rəsmi Bakıdan Əliyev-Paşinyan görüşü ilə bağlı açıqlama
  • İnfarkta səbəb olan energetik içkilər - Video
  • SON DƏQİQƏ: Azərbaycan ordusu irəliləyir - Ermənilər Dağlıq Qarabağı boşaldır - VİDEO
  • Ayın bu görüntüsü böyük maraq doğurdu - Foto
  • Millət vəkili Q.Paşayeva Dünya Müsəlman-Türk və Suriya Türkmənləri qurultayında çıxış edib
  • Qadınlar niyə kişilərdən çox yaşayır? Təəccüblü səbəb
  • 7 ilə 58 milyon iş yeri açılacaq - Hesabat
  • İnsan bədənində gələcəyi görən vəzi - Üçüncü göz
  • Ərdoğan: Türkiyə Azərbaycana hər cür dəstəyi göstərməkdə davam edəcək
  • Ənvər Paşanın nəvəsi,Nuru Paşanın qardaşı nəvəsi Arzu Ənver Bakının işğaldan azad edilməsinin 100-cü ildönümündə iştirak etmək üçün ölkəmizdədir
  • Azərbaycanda Bilik Günüdür
  • Azərbaycan düşməni lərzəyə salan yeni qırıcılar alır
  • "Hər kəs ayıq-sayıq və dövlətin yanında olmalıdır" - Cavid Qurbanov
  • Həsənbəy Zərdabi küşəsi çirkab suları işində
  • Gənc Kikbokscu qadın Gunay Sun Moon Haciyeva niyə qəzəbləndi?
  • Ermənilər Abdal- Gülablıda da qaz yandırdılar... - Bu saatlarda isə Bərdə qaza həsrət qalıb
  • ÖLKƏDƏ TƏLATÜM: Rüşvətxor məmurların HƏBSİ başlayır - Prezidentin yeni proqramının şok sirri
  • Azərbaycan Türkmənistandan "hava hücumuna" məruz qaldı
  • 30 Eyl 2018, 08:36   
        640
    Rusiya Qarabağa görə Beynəlxalq Məhkəməyə verilə bilər!

    Rusiya Qarabağa görə Beynəlxalq Məhkəməyə verilə bilər!

    Rusiya rəsmi orqanlarına 14 may 1805-ci il tarixli “Kürəkçay müqaviləsi”nə dair Pusiyanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərin icrası və məsuliyyəti barədə müraciət ünvanıb. Müraciət Prezidentliyə eks namizəd Razi Nurullayevin rəhbərliyi ilə hüquqşünas, 1-ci Qarabağ müharibəsi veteranı Dadaşov Vüqar Piri oğlu tərəfindən hazırlanıb və aşağıdakı məzmundan ibarətdir:
    “Tariximizdə “Kürəkçay müqaviləsi” kimi tanınan rəsmi sənədlərdə isə “Qarabağ Xanı ilə Rusiya İmperiyası arasında xanlığın Rusiya hakimiyyəti altına keçməsi barədə 14 may 1805-ci ilin Traktı” kimi əks etdirilən müqavilə 11 artikuldan ibarətdir. Sözü gedən müqavilə Qarabağ və Şuşa Xanı İbrahim xanla Rus imperiyasının və İmperatorunun Qafqaz üzrə nümayəndəsi, Rusiya ordu generalı knyaz Pavel Sisianovla bağıanmış beynəlxalq müqavilədir. Həmin dövrdə Qarabağ və Şuşa Xanlığı 18000 kv. km əraziyə və müstəqil dövlət atributlarına malik, Rusiya arxiv sənədlərində və eləcədə sözü gedən müqavilədə feodal dövlət kimi göstərilirdi.
    Sözü gedən Traktın 2-ci artikulunda Qarabağ və Şuxa Xanlığının ərazi bütövlüyünün saxlanmasına, xanlığın idarəçiliyinin İbrahim xanın özündə və sonradan varislərində saxlanılması eləcədə əhalinin qorunmasını Rusiya imperiyası öhdəlik kimi boynuna götürür və imperator zəmanəti verirdi.
    Traktın 5-ci artikulun 2-ci bəndində Rusiya Qarabağ və Şuşa Xanlığında hakimiyyətin fasiləsiz İbrahim Xanın varislərində saxlanmasına İmperator zəmanəti verilmişdi.
    Müqavilədən bir il sonra İbrahim Xanı və onun ailəsini qorumalı olan heyətin komandiri mayor Lisaneviç İbrahim xanı və onun ailəsini qətlə yetirir. 1822-ci ildə imperatorun fərmanı ilə Qarabağ və Şuşa xanlığı ləğv edilir, yerində əyalət təşkil edilir və rus imperiyasının inzibati idarəetmə sistemi formalaşdırılır. Ləğv edilmiş Qarabağ və Şuşa Xanlığı 1840-cı ilə kimi Şuşa əyaləti (uyezdi) kimi adlandırılırdı. 1840-cı ildə ləğv edilmiş Qarabağ və Şuşa xanlığı yerində təşkil edilmiş Şuşa əyaləti də Zəngəzur, Cavanşir və Cəbrayıl əyalətinə (uyezdınə) bölünür. Beləliklə Rusiya imperiyası “Qarabağ xanı ilə Rusiya İmperiyası arasında xanlığın Rusiya hakimiyyəti altına keçməsi barədə 14 may 1805-ci ilin Traktı”nın şərtlərinin tam əksinə gedərək Qarabağ və Şuşa Xanlığını və hakim ailəni məhv edir. Rusiya bundan sonra da Qarabağda əhalinin etnik tərkibinin dəyişdirilməsi prosesini gücləndirir və yaxın şərqdən erməniləri kütləvi şəkildə Qarabağa yerləşdirdi. Sonradan ermənilər Qarabağda möhkəmlənmək məqsədi ilə Rusiyanın bilavasitə köməyi ilə azərbaycanlıları soyqırıma (1905-1906, 1918, 1992) məruz qoydular.

    1917-ci ildə Rusiya imperiyasının süqutundan sonra 1918-ci ildə Azərbaycan öz müstəqilliyini əldə etsə də 1920-ci ildə 114000 kv. km ərazili müstəqil Azərbaycan Xalq Cümhuriyyəti bolşevik Rusiyası tərəfindən işğal edilərək zorla sovetlər birliyinə qatmışdır. 1991-ci il SSRİ-nın süqutundan sonra müstəqilliyini yenidən qazanmış Azərbaycan Respublikası SSRİ birliyini 86600 kv. km ərazi ilə daha doğrusu 27400 kv. km ərazi itkisi ilə tərk etmişdir.
    SSRİ dövründə 1920-cildən 1986-cı ilə qədər Rusiya tərəfindən digər Azərbaycan torpaqları ilə yanaşı Qarabağ və Şuşa xanlığının tarixi əraziləri tədricən Ermənistana verilmişdir.
    1920-ci ilin 1 dekabr tarixi- Moskva rəhbərliyinin qərarı ilə Zəngəzurun böyük bir hissəsi Ermənistana verilir.
    1929-cu ilin 18 fevral tarixi- Moskvanın qərarı ilə Naxçıvanın 657 kvadrat kilometrlik ərzisi Ermənistana verilir. Buraya Qurdbulaq, Horadiz, Oğbun, Almalı, İtqırn, Sultanbəy, Qarsevyan, Kilid və digər kənglər daxil idi. Bundan başqa Zəngilanın Nüvədi kəndi və Qazax rayonunun 4400 hektarlıq meşə sahəsi də Ermənistana verilir.
    1930-cu il- Moskvanın qərarı ilə Əldərə, Lehvaz, Astazur və Naxçıvanın digər yaşayış məntəqələri Ermənistana verilir və həmin ərazilərdə Mehri rayonu yaradılır.
    1938-ci il- Moskvanın qərarı ilə Naxçıvanın Sədərək və Kərki kəndlərinin bir hissəsi Ermənistana verilir.
    1947-1953-cü illər- Moskvanın qərarı ilə 150 min azərbaycanlı kompakt yaşadığı ərazilərdən Azərbaycana köçürülür.
    1969-cu il- Moskvanın qərarı ilə Laçının Qaragöl, Qubadlının Çayzəmi, Qazax rayonunun Kəmərli, Kəlbəcərin Zod kəndləri Ermənistana verilir.
    1982-ci il- Moskvanın qərarı ilə İncədərə, Kəmərli kəndinin bir hissəsi, Qazaxın Aslanbəyli və Qaymaqlı kəndləri Ermənistana verilir.
    1986-cı il- Moskvanın qərarı ilə Qazax rayonunun 2500 hektarlıq ərazisi Ermənistana verilir.
    Göründüyü kimi Rusiya Azərbaycan xalqı qarşısında həm siyasi, həm mənəvi əsası ilə beynəlxalq hüquqi məsuliyyət daşıyır.
    Beynəlxalq hüquqi məsuliyyət- beynəlxalq subyektin digər tərəf qarşısında öhdəliklərin icra etməməsindən və öhdəliklərini pozmasından yaranır. Danılmaz faktdır ki, Rusiyanın “Qarabağ xanı ilə Rusiya İmperiyası arasında xanlığın Rusiya hakimiyyəti altına keçməsi barədə 14 may 1805-ci ilin Traktı”nın şərtlərini kobudcasına pozması nəticəsində Qarabağ ərazi bütövlüyünü itirmiş, etnik tərkibi dəyişdirilmiş və idarəçiliyindən azərbaycanlılar uzaqlaşdırılmışdır.
    Beynəlxalq hüququn iki növ məsuliyyəti: siyasi və maddi məsuliyyəti var. Siyasi məsuliyyətin retorsiya, represaliya, satisfaksiya və retorasiya kimi formaları var.
    Bu gün ki Rusiya Federasiyası həm Rusiya imperiyasının həmdə SSRİ-nin varisi olmaqla BMT-nin Beynəlxalq Məhkəməsinin üzvüdür və beynəlxalq hüquq pozuntusuna yol verdiyinə görə məsuliyyət daşıyır.
    Rusiya Federasiyası ilə Azərbaycan Respublikasının mehriban qonşuluq, xalqlar arası dostluq və strateji əlaqələrini nəzərə alaraq Rusiya rəsmi orqanlarına “Qarabağ xanı ilə Rusiya İmperiyası arasında xanlığın Rusiya hakimiyyəti altına keçməsi barədə 14 may 1805-ci ilin Traktı” ilə bağlı müqavilə şərtlərinin pozulması nəticəsində yaranmış vəziyyətin həlli yollarının müzakirə edilməsi üçün işçi qrupun və ya birgə komissiyanın təşkilinin zəruriliyi barədə müraciət olunub.
    Təklifimiz nəticəsiz qaldığı halda Birləşmiş Millətlər Təşkilatının Əsasnaməsinə və BMT-nin Beynəlxalq Məhkəməsinin statutuna, reqlamentinə uyğun olaraq tarixi ədalətsizliyin bərqərar edilməsinə görə Beynəlxalq Məhkəməyə müraciət olunacaq”






    Rusiya Qarabağa görə Beynəlxalq Məhkəməyə verilə bilər!




    Qarabağ və Şuşa Xanlığının ərazisi


    Dadaşov Vüqar Piri oğlu
    1-ci Qarabağ müharibəsi veteranı, hüquqşünas.
    loading...