Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Yerə nəhəng asteroid yaxınlaşır
  • ABŞ-dan gələn müxbir Ərdoğana sual verir:
  • SON DƏQİQƏ: türk ordusu Suriyadan çıxmayacaq, Ərdoğan Putinin qarşısına ŞƏRT qoydu (YENİLƏNİR)
  • Misirdə Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı müsabiqə keçirilib
  • Azərbaycan Müstəqillik Gününü qeyd edir
  • Qaçqınlar Suriyaya qayıdır
  • Ərdoğanın Pakistan səfəri təxirə salındı
  • Daha bir Avropa ölkəsi Türkiyəni dəstəklədiyini bəyan etdi
  • Ərdoğandan UEFA-nın Türkiyə millisinə intizam işi açmasına münasibət
  • Xəbərlər – Hava ilə bağlı əhaliyə VACİB XƏBƏRDARLIQ - Diqqətli olun!-Yağış, qar, güclü külək...
  • Baş Qazi Etimat Əsədovun xatirəsi yad edildi.
  • İlham Əliyev: Sizin tövsiyəniz, təlimatınız olmadan...
  • Xocalı şəhər əhalisinin dünya dövlətlərinə, xalqlarına və beynəlxalq təşkilatlara M Ü R A C İ Ə T İ
  • Ərdoğandan Merkelə sərt sözlər: Tərəfinizi seçin, ya biz, ya terrorçular!
  • Alimdən inanılmaz: Marsda həyat izləri 40 il əvvəl tapılıb
  • SON DƏQİQƏ: sayı 500-ə yaxınlaşır, strateji şəhər və ABŞ silahları ələ keçirildi... (YENİLƏNİR)
  • FÜZULİ SAKİNİ PREZİDENTDƏN KÖMƏK İSTƏDİ
  • Türkiyə ordusu terrorçulara divan tutmaqda davam edir
  • Cins şalvarlar planeti necə məhv edir
  • Prezident İlham Əliyev “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak edib - VİDEO
  • Alimlerin cavab vere bilmediyi sirli suallar hansilardir
  • SON DƏQİQƏ: Rusiya qırıcıları azərbaycanlıların da olduğu BAZANI VURDU
  • Qaçqınlar üzrə Ali Komissardan xəbərdarlıq
  • Bu Avropa ölkələrində 14 yaşında sekslə məşğul olmaq qanunidir - FOTO
  • Qardaş Türkiyədə Qazilərə verilən imtiyazlar
  • 11 Eyl 2018, 16:39   
        170
    Rusiya və Əsəd bombalayır, Türkiyə hücuma hazırlaşır - Dünyanı qorxuya salan DƏHŞƏT QAPIDA
    Rusiya və Əsəd bombalayır, Türkiyə hücuma hazırlaşır - Dünyanı qorxuya salan DƏHŞƏT QAPIDA


    Rusiya və Bəşər Əsədin İdlib və Hama bölgəsinə havadan və qurudan hücumları davam edir. Dünən səhər saatlarında Rusiya və Əsəd rejiminə məxsus döyüş təyyarələri İdlibin cənubundakı Habit, Carcanaz, Hiş, Temenia və Hamanın Latamne bölgələrini bombaladı. Nəticədə 17 mülki vətəndaş həyatını itirdi. Yaralılar arasında Carcanaz və Hiş kəndində bombalanan 4 məktəbdəki 6 uşaq da var. Əsəd rejimi havadan hücumla yanaşı, müxaliflərin nəzarətindəki kəndləri qurudan da top atəşinə tutur. Bununla yanaşı, Əsəd rejimi “Fərat qalxanı” əməliyyatı ilə terrorçulardan təmizlənən bölgələrin qarşısındakı cəbhəyə əsgər və hərbi texnika toplayır.

    XEBERTV.AZ Publika.az-a istinadən xəbər verir ki, bu ayın əvvəlindən etibarən İdlibin qərbi, cənub-qərbi və hamanın şimal bölgələrinə edilən hücumlar nəticəsində 29 mülki vətəndaş həyatını itirib, 70 nəfərdən çox insan yaralanıb.

    Əsəd rejimi və Rusiya təyyarələrinin əsas hədəfi 4 bölgədir. Bu bölgələrdə təxminən 1 milyon mülki vətəndaş yaşayır.

    “Qızıl Ay” cəmiyyəti mümkün köç dalğasına görə Türkiyə sərhədində 300-500 min nəfərlik düşərgələr yaradıb.

    Təhlükəsizlik üzrə türkiyəli mütəxəssis Murat Aslan deyir ki, Tehran zirvəsi İdlib probleminin hərbi yolla həll edilməməsi üçün Türkiyəyə vaxt qazandırdı: “Rusiya öz hərbi bazalarına edilən hücumlara son qoymaq istəyir. Əsəd rejimi İdlibdəki müxalifləri sıradan çıxarmaq və kimyəvi silah təhdid ilə insanları qorxutmaq istəyir. İran ABŞ və İsrailə qarşı bölgədə əlini gücləndirmək istəyir. İdlibə hərbi müdaxilə olacaqsa, burada itirən Türkiyə və şəhərdəki mülki vətəndaşlar olacaq. Bunun qarşısını almaq istəyən Türkiyə Milli Qurtuluş Cəbhəsi üzərində bölgədəki hərbi qrupları atəşkəsə inandırmağa çalışır. Mümkündür ki, Türkiyənin bu cəhdləri baş tutsun. Bununla yanaşı, Türkiyə son mərhələdə İdlibə müdaxilə etmə seçimini də əlinin altında saxlayır. Nəticə etibarilə Suriya rejiminin İdlibə müdaxiləsi Türkiyə üçün də həmişə riskli olacaq”.

    Türkiyə Ordusu və kəşfiyyat-təhlükəsizlik gücləri İdlibə hərbi müdaxilə nəticəsində yarana biləcək köç dalğasını Suriyanın içində yerləşdirmək üçün xüsusi yerlər yaratmağı planlaşdırır.

    Almaniya da Suriyaya müdaxiləyə qoşula bilər. Bu ölkənin “Bild” qəzeti yazır ki, Suriyada yenidən kimyəvi silah hücumu olarsa, Berlin hücum hərəkatına qoşula bilər.

    Avropa Komissiyasının sözçüsü Maja Koçikançiç isə bəyan edib ki, “Hücum dəhşətli humanitar fəlakətə yol açacaq”.

    Türkiyə müdafiə naziri Hulusi Akar atəşkəsin bağlanmasını və vətəndaşların təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb.

    “Astana prosesi nəticəsində Suriyada atəşkəs rejimi əldə olunub. Bu atəşkəsin davam etməsini istəyirik. İdlibə havadan və qurudan edilən bütün hücumların dərhal dayandırılması və atəşkəsin təmin edilməsi prioritet hədəfimizdir. Təkcə kimyəvi silah yox, digər silahlarla da məsum insanların öldürülməsinə qarşıyıq”, - deyə Akar bəyan edib.

    BMT-nin humanitar işlər üzrə nümayəndəsi Mark Lovcok bəyan edib ki, İdlibə geniş çaplı hərbi müdaxilə XXI əsrin ən böyük humanitar fəlakəti ola bilər.
    loading...