Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Şuşa postuna qumbara atana 1000 dollar “mükafat” verilir
  • Qubadlı fatehi olan polkovnik-leytenant Vidadi Xəlilovun ildönümü ilə əlaqədar şəhərin Şəhidlər xiyabanında, məzarı önündə anım mərasimi təşkil olunub
  • Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA...
  • Sabah intensiv yağış yağacaq
  • Ermənistanda Azərbaycan və Türkiyə radiosu yayımlanır
  • Bir dövlət müəssisəsində 9 şübhəli tender müqaviləsi - FOTO
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • 08 Eyl 2018, 07:17   
        479
    Türkiyədən alınacaq torpaqlar... - DƏHŞƏTLİ PLAN
    Türkiyədən alınacaq torpaqlar... - DƏHŞƏTLİ PLAN

    Ermənistanın işğalı altındakı Azərbaycan torpaqları olan Laçın və Kəlbəcər şəhərlərində PKK düşərgələrinin olduğuna əminik.

    XEBERTV.AZ Qaynarinfo.az-a istinadən xəbər verir ki, bunu Atatürk Universitetinin Tarix fakültəsinin müəllimi Savaş Əyilməz deyib. O, Ermənistanın PKK-ya dəstək verdiyini və ələ keçirilən PKK-çıların əksəriyyətinin Ermənistan əsilli olduqlarını bildirib.

    Tarixçi qeyd edib ki, PKK-nın siyasi qanadında sözdə siyasətlə məşğul olduqlarını deyən şəxslərin ifadələrindən də onların erməni əsilli olduqları bəlli olur:

    "Deyirlər ki, Türkiyədən alınacaq torpaqlar 2 terror qruplaşması arasında bölüşdürüləcək. Hər iki təşkilatın hədəfi Cənub-Şərqi Anadolu və Şərqi Anadoludur. Biri türk, digəri isə kürd dövləti yaratmaq istəyir", - deyə o bildirib.

    Savaş Əyilməz onların birinin digərinin törəməsi ola biləcəyini, lakin eyni məqsədə - Türkiyəni zəiflətməyə xidmət etdiklərini söyləyib:

    "Ermənistandakı iki qəzet və bir radio PKK-nın təbliğatı ilə məşğuldur. Həmin media qurumları Avropadan gələn terrorçular tərəfindən yaradılıb.

    Bununla yanaşı burada sadəcə təlimlər deyil, Qafqaz bölgəsindəki narkotik, silah qaçaqmalçılığı və insan alveri də yenə PKK-nın əlindədir. PKK Qafqazda güclü şəkildə təşkilatlanmaq və bölgənin əsas qruplaşmalarından birinə çevrilmək istəyir. Bunun üçün Ermənistanla yanaşı Gürcüstan üzərindən də ciddi sərmayələr yatırılır.

    PKK Gürcüstanda, Ermənistandan fərqli olaraq, üzdə dərnəklər yaradaraq təşkilatlanmağa çalışır. Bu dərnəklərin xərclərini isə Avropa Birliyinin layihələrini gerçəkləşdirməklə qarşılayırlar. Terror təşkilatı Amanos dağlarında mövqeləri zəiflədikdən sonra Ermənistan düşərgələrində olan terrorçuları Qara dəniz sahillərinə yönləndirir".
    loading...