Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Planetimiz təhlükədə: Yeri təhdid edən viruslar...
  • SON DƏQİQƏ: ABŞ donanması Türkiyəni vurmaq üçün Qara dənizə girdi – XƏBƏRDARLIQ
  • Azərbaycanda Aİ-92 markalı benzinin qiyməti 1 manat 50 qəpik olacaq? - EKSPERTDƏN PROQNOZ
  • Aylık olağan toplantıda imamlar birbirini vurdu: 2 ölü 4 yaralı!
  • Baxdığınız nöqtəyə avtomatik fokuslanacaq - Ağıllı eynək
  • Bu da oldu: "üçüncü cins" qanuniləşdi
  • Qadının iddiası - Yadplanetlilər məni əməliyyat ediblər
  • Bürclər bizə nə vəd edir? - BU GÜN
  • Mikroçip erası: Düyü boyda alət bütün dünyanı dəyişdirəcək - FOTO
  • Şok əməliyyat: Qulinin 30 adamı tutuldu - Fotolar
  • Kosmosdan Yer kürəsinə gizli radiosiqnallar gəldi - Tarixdə ilk
  • Vüqar Mikayılov və Adil Qeybulla enerji içkilərinin dəhşətli fəsadlarını açıqladılar
  • Marsa köçmək istəyənlərin arzusu puç oldu - ARAŞDIRMA
  • İnsan ömrünün uzadılması üçün daha bir addım: donuzlara…
  • Koçaryan Qarabağı qarışdırdı - Ərazilərin qaytarılması planına görə AYAĞA QALXDILAR
  • Erməni milyarder 1700 soydaşını xaricdə oxutdurur - Milli (!) milyarderlərimizə ibrət...
  • “Qarabağ probleminin həllində heç bir yenilik olmayacaq”
  • Azərbaycan üçüncü peykini orbitə buraxır
  • Astroloq: 11 gündən sonra baş verəcək bu hadisə... - Video
  • 11 gündən sonra baş verəcək bu hadisə... - Astroloq
  • Zəhərli ayaqqabılar buraxan 12 şirkət bağlandı - Səbəb
  • 37 saata Marsa çatmaq mümkün olacaq - YENİ KƏŞF
  • Yeri məhv edə biləcək silah: HİDROGEN BOMBASI NƏDİR, NECƏ YARANDI?
  • Milçəkləri evdən qovmağın inanılmaz yolu - Qaçmağa siçan deşiyi axtarırlar
  • Türkiyəyə ərə gedib Azərbaycana meyiti qayıdan qadınlarımız - ARAŞDIRMA
  • 18 Tem 2018, 18:08   
        241
      Ermənistanda RF-nin 102-ci hərbi bazası ilə bağlı insident (VİDEO)

    Ermənistanda RF-nin 102-ci hərbi bazası ilə bağlı insident (VİDEO)


    Yerevan/18.07.18/Turan: İyulun 17-də Rusiyanın Ermənistanın Gümri şəhərində yerləşən 102-ci hərbi bazasının hərbiçiləri Panik kəndi yaxınlığında hərbi əməliyyat keçiriblər, bu, yerli sakinlər arasında panikaya səbəb olub.

    Ermənistan KİV-lərinin məlumatına görə, iyulun 18-də Şirak qubernatoru Karen Saruxanyan baza komandanının müavini Aleksey Polyuxoviçi qəbul edib. O, hərbiçilərin hərəkətlərinə görə üzrxahlıq edib. Onun sözlərinə görə, hərbiçilər komandanlığın əmri olmadan hərəkət ediblər. Polyuxoviç bunun bir daha təkrarlanmayacağına inandırıb.

    Ermənistan mənbələrinə görə, Panik kəndi yaxınlığında təlimlər atış və partlayışlarla müşaiyət olunub. İcma ərazisi heç vaxt təlimlərin keçirilməsi üçün poliqon olmayıb, hərbi baza rəhbərliyi təlimlərin keçiriləcəyi haqqında rəsmi məlumat verməyib.

    Öz növbəsində, Lragir nəşri bildirir ki, Rusiya hərbiçiləri "Panik kəndinə daxil olublar, atəş açaraq və partlayışlar törədərək, küçələrdə gəziblər. İnsanlar əvvəlcə qorxublar, sonra bunların rus əsgərləri olduğunu anlayıblar və onların kənddən çıxmasını tələb etməyə başlayıblar".

    Bu biabırçı hadisə rus əsgərlərinin bütün Ermənistan ərazisində özlərini nə qədər sərbəst hiss etdiklərini göstərir. Baxmayaraq ki, müqavilələrə görə onların yerləşmə yeri məhduddur, onlar döyüş silahı ilə bütün Ermənistan ərazisində sərbəst şəkildə hərəkət edir və hətta atəş açır və insanları qorxudur, deyə nəşr yazır.

    Rusiya əsgərlərinin çox sayda silahla mülki ərazidə gəzdiyinə görə Ermənistan Rusiyaya nota göndərəcək?

    2015-ci ilin yanvarında Gümridə əsgər Valeri Permyakov avtomatla baza ərazisindən çıxıb və Gümridə 7 nəfərlik bir ailəni güllələyib. Rusiya hərbiçilərinin səhlənkarlığı ucbatından mülki şəxslərin xəsarət aldığı, hətta uşaqların həlak olduğu hallar az deyil, deyə nəşr yazır. -02D





    contact.az
    loading...