Xəbər lenti
Axtar
Ən çox oxunan
  • 5,8 ballıq zəlzələ Azərbaycanda da hiss edildi - Yeniləndi
  • SON DƏQİQƏ: Rusiya bazasına İRİMİQYASLI HÜCUM - Ordu hərəkətə keçdi
  • Koronavirusa görə Azərbaycan İranla sərhəddə nəzarəti GÜCLƏNDİRİLDİ
  • İrandan dəhşətli XƏBƏR GƏLDİ - Ölüm addım-addım yaxınlaşır
  • Günün ulduz falı: 22 fevral, 2020
  • Koronavirusdan necə qorunmalı? - TÖVSİYƏLƏR
  • Vanqanın toqquşma öngörüsü: Sabah nə baş verəcək?
  • Zaur Darabzadə “3D” verilişində parlament seçkilərindən danışdı - VİDEO
  • Ordumuz Xocalıdakı qadınları əsirlikdən necə xilas etdi? - Kəşfiyyatçı Xocalı barədə heç kimin bilmədiyi faktların üstünü açdı
  • Yer kürəsinə sürətlə yaxınlaşan 11 TƏHLÜKƏ - Alimlərdən ŞOK ARAŞDIRMA
  • SON DƏQİQƏ: İranda 2 nəfər koronavirusdan öldü
  • Türkiyədə azərbaycanlı qadınlar saxlanıldı - İş adıyla gedib... (FOTOLAR)
  • Turistlər orbitə səyahət üçün milyonlarından keçməli olacaqlar
  • Naxçıvandan görüntülər: Azərbaycan əsgəri qarlı dağlarda..
  • Xocalı soyqırımını dünyaya necə tanıtdıq?
  • "Ermənilərin bədbəxtliyi odur ki, onlar öz tarixlərindən bixəbərdir" - Ermənişünas alim
  • Cinsi gücü artıran həblər mavi görməyə səbəb olur - AÇIQLAMA
  • Iqbal Ağazadə Rauf Arifoğlu üzərində ilk mənəvi qələbəsini çaldı
  • Koronavirusu alimlər hazırlayıb? (İDDİA)
  • "18 manatlıq qazı bizə 100-200 manata satırlar": "Limit ləğv edilməlidir”- EKSPERT
  • Seksual partnyoru çox olanların nəzərinə: Xərçəngin bir addımlığındasınız
  • Hamı saat 14:00 gözləyir-NƏ BAŞ VERƏCƏK?
  • “YouTube” tarixində ən çox izlənən videolar - SİYAHI
  • Prezidentin hədəfi, ləğv edilən dairələr və... – Sensasion şərh
  • Azərbaycanda KİV-lərin sayı açıqlandı
  • 01 Haz 2018, 23:11   
        508
    Peyk görüntüləri müharibəni yaxınlaşdırır – İki saata MƏHV EDİLƏCƏK

    Peyk görüntüləri müharibəni yaxınlaşdırır – İki saata MƏHV EDİLƏCƏK


    Koreya Xalq Demokratik Respublikası (KXDR) ballistik raketlərinin istehsalı üzrə müəssisənin genişləndirilməsi prosesini başa çatdırır.

    XEBERTV.AZ xəbər verir ki, bu haqda peyk təsvirlərinin tədqiqatlarının nəticələrinə istinadən “Wall Street Journal” nəşri iddia edib.

    “Planet Labs Inc” şirkətinin təsvirləri Kaliforniyadakı Middlberi beynəlxalq tədqiqatlar İnstitutunun mütəxəssisləri tərəfindən təhlil edilib. Söhbət Şimali Koreyanın Xamxın şəhəri ərazisində yerləşən obyektdən gedir. Nəşrin məlumatına görə, bu zavodda ballistik raketlər edilir və demək olar ki, hazırlıqsız bu raketlərlə ABŞ-ın Asiyadakı hərbi obyektlərinə zərbə vurmaq olar. Həmçinin, Pxenyan ən böyük mənzilli raketlərinə yerləşdiriləcək döyüş başlıqları isə ABŞ-ın kontinental hissəsini vura bilər.

    Nəşr iddia edir ki, obyektin genişləndirilməsi Pxenyanın ballistik raketlərin istehsalı üzrə proqramı davam etdirməsini göstərir. Halbuki, ABŞ Şimali Koreyanın bu proqramdan imtina etməsinə çalışır.

    “Koreya Xalq Demokratik Respublikasının qatı yanacaqlı raketlərin istehsalı infrastrukturunu genişləndirməsi, ehtimal ki, Şimali Koreya lideri Kim Çen Inın nüvə və raket proqramlarından imtina etməyi planlaşdırmadığını göstərir”, - nəşr Kaliforniya institutunun tədqiqatçılarından biri olan Devid Şmerleradan sitat gətirib.

    Peykdən çəkilən şəkillər göstərir ki, zavodun xarici hissəsində aparılan iş ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen Inın iyunun 12-də Sinqapurda keçirdiyi görüşün tarixi ilə təxminən üst-üstə düşdü. Dövlət Departamentinin nümayəndəsi bildirib ki, ABŞ KXDR-i diqqətlə izləməyə davam edir.
    Peyk görüntüləri müharibəni yaxınlaşdırır – İki saata MƏHV EDİLƏCƏK
    Ötən həftə isə həftə peykdən çəkilən şəkillər Şimali Koreyanın Yonbene nüvə mərkəzində müasirləşmə üzrə işlərin görüldüyü ortaya çıxarıb. Bu haqda Cons Hopkins Universiteti yanında ABŞ və Koreya İnstitutunun “38 North” saytı yazmışdı.

    Peyklərdən əldə edilən məlumatlara əsasən, KXDR bu mərkəzdə reaktorun soyudulması üçün sürətli templərlə yeni nasos sistemi tikir. Həmçinin, soyudulma üçün su anbarının tikintisi başa çatıb. “38 North” qeyd edir ki, nüvə mərkəzinin əməkdaşları Kim Çen Indan sərəncam alana qədər fəaliyyəti davam etdirəcəklər.

    Qeyd edək ki, iyunun 12-də Sinqapurda ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kimi Çen In arasında görüş keçirilib. Tərəflər görüşün nəticəsi olaraq razılaşma imzalayıblar. Razılaşma Koreya yarımadasının tam nüvəsizləşdirilməsini nəzərdə tutur.

    Amerika hakimiyyətinin qiymətləndirmələrinə görə, Şimali Koreya nüvə və raket hazırlanması ilə məşğul olan təxminən 3000 obyektə sahibdir. Şimali Koreyanın nüvə və raket obyektlərinin yoxlanılması zamanı müxtəlif çətinliklərın ortaya çıxacağı güman edilir. Bildirilir ki, denuklearizasiya haqqında Vaşinqton-Pxenyan danışıqları üçün əhəmiyyətli vaxt lazım olacaq.

    Ekspert cəmiyyəti isə Vaşinqton və Pxenyan arasında əldə olunan razılaşmanın icrasına şübhə ilə yanaşırlar. Məsələn, Rusiyanın xarici işlər nazirinin keçmiş müavini (1991-1993), Rusiyanın Cənubi Koreyadakı sabiq səfiri Georgi Kunadze hesab edir ki, dünyanı yanlış fikirə yönəldirlər, Koreya Xalq Demokratik Respublikası nüvə silahından imtina etməyəcək.

    Onun sözlərinə görə, nüvə silahı Koreya Xalq Demokratik Respublikasının sağ qalmasının tək zəmanətidir.

    “Əminəm ki, buna əsasən, Koreya Xalq Demokratik Respublikası nüvə silahından və onun çatdırılmasının vasitələrindən imtina etməyəcək. Koreya Xalq Demokratik Respublikasının əsas strateji hədəfi zəif siyasi rejiminin saxlanılmasını təmin etməkdir. Bütün qalanlar taktikadır. Koreya Xalq Demokratik Respublikası qarşısında məncə, müasirləşməni qoymur”, - diplomat vurğulayıb.

    Brukinqs İnstitutunun aparıcı elmi işçisi, ABŞ-ın keçmiş prezidenti Bill Klintonun xüsusi köməkçisi Stiven Payfer də Kim Çen Inın əldə olunan razılaşmanın icrası ilə bağlı konkret addımlar atacağına əmin deyil.

    “Mənim əsas narahatlığım Pxenyanın ölkənin denuklearizasiyası üzrə konkret addımlara təşəbbüs edib-etməyəcəyi ilə bağlıdır. Əgər Şimali Koreya göstərilmiş istiqamətdə addımlar atmasa, Tramp belə nəticəyə gələcək ki, Koreya üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Trampın buna necə reaksiya verəcəyi isə sual altınadır”, - prezidentin keçmiş köməkçisi söyləyib.

    Onun sözlərinə görə, Şimali Koreyanı başa salmaq lazımdır ki, nüvə döyüş sursatının Cənubi Koreya və Yaponiya ərazisində partlayışı halında ABŞ Kim Çen In rejimini bir neçə saat ərzində məhv edəcək



    Publika.az
    loading...