Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • Yerli məmurlardan əli üzülən Gəncə sakini Ukrayna prezidentindən imdad diləyir - VİDEO
  • Adı korrupsiyada hallanan məmur başqa bölgəyə "transver" edilib ?... - VİDEO
  • Canı və malı düşmən zərbəsinə tuş gəlib, halal haqqını isə məmurlar mənimsəyir - VİDEO
  • Deputatın qohumları vətəndaşı ölümcül döyüblər
  • TEMPERATUR ENİR: külək, yağış, dolu olacaq - BU GÜNÜN HAVASI
  • İrəvan erməniləri Qarabağ ermənilərini DAŞ-QALAĞ EDİR: Rədd olun... - VİDEO
  • 29 May 2018, 16:29   
        599
    ABŞ-la bağlı cəfəng iddia: Tramp-Putin görüşü...

    ABŞ-la bağlı cəfəng iddia: Tramp-Putin görüşü...

    ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə görüşü ilə bağlı analitik Elçin Mirzəbəylinin Axar.az-a müsahibəsini təqdim edirik:

    - Bu görüşdən gözləntiləriniz nələrdir? ABŞ-Rusiya münasibətləri hazırda kifayət qədər gərgindir. Bu görüşün münasibətlərin yumşalmasına təsir edəcəyini düşünürsünüzmü?

    - Donald Trampla Vladimir Putin bundan öncə də görüşüblər və bu görüşlərdən sonra Vaşinqton-Moskva münasibətlərində hər hansı bir irəliləyişin şahidi olmamışıq. Amma təbii ki, belə görüşlərdə dünyanın iki ən güclü hərbi potensialı olan dövlətinin birinci şəxsləri arasında qlobal məsələlərlə bağlı maraqların uzlaşdırılması mümkündür. Maraqların uzlaşdırılması isə münasibətlərin yumşalması anlamına gəlmir. ABŞ-Rusiya münasibətlərinin normal məcraya düşməsi üçün ya Vaşinqton, ya da Moskva qlobal geosiyasi iddialarından əl çəkməlidir. Bu isə mümkün deyil. Təbii ki, ABŞ və müttəfiqlərinin iqtisadi gücü ilə Rusiyanın mövcud durumunu müqayisə etmək mümkün deyil. Bununla yanaşı, yumşaq güc siyasətinin öz hədəflərinə çatması üçün bəzən onillərlə vaxt sərf etmək lazım gəlir. Amma hərbi təhdid və real hərbi təhlükə qısa yoldur. Rusiyanın hərbi potensialı kifayət qədər güclüdür, nəhəng təbii resursları var və bütün bunlar Moskvanın manevr və müqavimət imkanlarını artırır. Bu baxımdan ABŞ-Rusiya rəqabətinin yaxın dövrdə hansısa tərəfin tam qələbəsi ilə bitəcəyi barədə mülahizə yürütmək sadəlövlük olardı. Qarşıdurma və ziddiyyətlər davam edəcək. Çünki bu, hər iki dövlətin vazkeçilməz geosiyasi və geoiqtisadi maraqlarından qaynaqlanır.

    - Qərbdə bu görüşün keçirilməsindən narahat olan qüvvələr var. Bu narahatlığın əsl səbəbi nədir?

    - Bu görüşlə bağlı təkcə ABŞ-ın ənənəvi müttəfiqləri deyil, əks qütbdə dayanan ölkələr də dolayısıyla narahatlıqlarını bildirirlər. Bu narahatlıq İranda da hiss olunur. Məsələn, Tehran narahatdır ki, Rusiya hansısa məsələlərdə, o cümlədən Suriya ilə bağlı ABŞ-la razılığa gələ və İranı oyundankənar vəziyyətdə qoya bilər. İranın daha bir narahatlığı Trampın başlatdığı qlobal ticarət müharibəsi və bu müstəvidə bir sıra dövlətlərdən İranla ticarət əlaqələrinə son qoyulması tələbidir. Çin artıq bu tələbə əməl etməyəcəyini bildirib. ABŞ-ın İran nefti ilə bağlı tələbləri də bu ölkə ilə enerji sektorunda yaxından əməkdaşlıq edən Hindistan, Yaponiya və Avropa İttifaqı tərəfindən dəyərləndirilməyib. Vaşinqton “OPEK+Rusiya” formatı iştirakçılarının atdığı addımlardan da narazıdır və qlobal bazarda İran neftinin həcminin azaldılması istiqamətində həyata keçirilən tədbirlər müstəvisində adıçəkilən formatın bu yeri doldurmağa cəhd göstərməməsini də qəbul etmir. Bu isə öz növbəsində neftin qiymətinin artmasına zəmin yaradır. Nəticədə isə hətta ABŞ-ın müttəfiqləri də İrana qarşı sanksiyalardan yan keçməyə çalışırlar.

    Avropalıların Tramp-Putin görüşü ilə bağlı narahatlıq keçirməsi daha çox Rusiya mətbuatında qabardılır. Bütün bunlar sadəcə mülahizələrdir. Məsələn, bəzi ekspertlər iddia edirlər ki, Putin Trampla ABŞ qoşunlarının Avropa İttifaqından çıxarılması ilə bağlı razılığa gələ, nəticədə isə Aİ Rusiya təhlükəsi ilə qarşı-qarşıya qala bilər. Buna nümunə kimi ABŞ-ın Şimali Koreya lideri ilə görüşdən sonra Cənubi Koreya ilə birgə hərbi təlimləri ləğv edəcəyi barədə vədini gətirirlər. Amma təbii ki, bütün bunların reallığı əks etdirdiyini söyləmək üçün əlimizdə ciddi əsas yoxdur.

    - Putinlə Trampın görüşünün nəticəsi Vaşinqtonun NATO-nun şərqindəki hərbi təlimlərdən imtinası ilə nəticələnə bilərmi? Əgər belə bir müqavilə imzalansa, bunun Avropa üçün nəticələri necə olacaq?

    - Tramp-Putin görüşündə hansısa sənədin imzalana biləcəyi indiki münasibətlər müstəvisində inandırıcı görünmür. Bunun üçün heç əsas da yoxdur. Ola bilsin, hansısa məsələlər ətrafında şifahi razılaşma əldə olunsun. Tərəflər çox güman ki, hansısa regional və qlobal problemlərin həlli ilə bağlı öz üzərilərinə rəsmi öhdəlik götürməyəcəklər. Vaşinqtonun NATO-nun şərqindəki hərbi təlimlərdən imtinası Alyansın nüfuzuna və bütövlüyünə ciddi zərbə vura bilər. Koreya yarımadası ilə Şərqi Avropa arasında paralellər aparılmasının doğru olmadığını düşünürəm. ABŞ Rusiya təhlükəsini qabartmaqla müttəfiqlərinin NATO-nun büdcəsinə daha çox vəsait ödəmələrinə nail oldu. Bundan imtina isə ABŞ-ın lider və əsas söz sahibi olduğu avroatlantik alyansın əhəmiyyətini azalda bilər. Onu da qeyd edib ki, bütün bu mülahizələrlə Şərqi Avropa ölkələrinin Rusiya təhdidinə qarşı birgə mübarizə aparmaq niyyətləri barədə rəsmi məlumatlar üst-üstə düşmür. Bir faktı diqqətinizə çatdırım: Bu ay ərzində ABŞ və NATO-nun 10 ölkəsindən olan 2 minə yaxın xüsusi təyinatlı Polşa və Baltikyanı dövlətlərin ərazisində “Trojan Footprint 18” adlı genişmiqyaslı hərbi təlimlər keçiriblər.

    - ABŞ-la Qərb arasında hazırda bir çox məsələlərdə fikir ayrılıqları mövcuddur. Sizcə, ABŞ-ın Qərbdən uzaqlaşması NATO-nun parçalanmasına səbəb ola bilərmi?

    - ABŞ-ın Avropa İttifaqından və digər ənənəvi müttəfiqlərindən uzaqlaşacağı barədə iddialar rus təbliğat maşınının fantastik uydurmalarından başqa bir şey deyil. Sual olunur: Əgər ABŞ Avropadan uzaqlaşmaq istəyirsə, o zaman qoca qitənin enerji təhlükəsizliyinin təmin olunması prosesinə nə üçün bu qədər güc sərf edir? ABŞ hansı məntiqlə dünyanın siyasi və iqtisadi mərkəzindən uzaqlaşmalıdır ki? Birləşmiş Ştatlar Avropadakı maraqlarını, siyasi, iqtisadi və hərbi mövcudluğunun yerini kimə təhvil verməlidir və hansı səbəbə görə? Doğrusu, bu barədə təhlilləri oxuyanda Rusiya və bu ölkənin idarəçiliyində olan ekspertlərin bir neçə əsr öncəyə xitab etdiklərini düşünürəm. NATO-nun formalaşması və bugünkü gücə sahib olmasına onillər sərf olunub. Alyansın vahid komandanlığı və ideal əlaqələndirmə sistemi var. Onu dağıdıb yerinə nə yaradacaqlar və niyə də dağıtsınlar?
    loading...