Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Azərbaycanda bir ilk: Deputat seçiciləri üçün şəxsi elektron kabinet yaratdı– VİDEO təqdimat
  • Telefonunuzdan təcili silməli olduğunuz 30 tətbiq – SİYAHI
  • Vanqanın 2020-ci il Proqnozları-VİDEO
  • “Unutmadıq, unutmarıq!” - AzTV-nin şəhidlərimizə həsr etdiyi videoçarx
  • Həftənin ilk iş günü HAVA necə olacaq? - PROQNOZ
  • İlham Əliyev Şəhidlər xiyabanında
  • 20 Yanvar faciəsindən 30 il ötür
  • "Nuhun gəmisi"ndə fəlakət: Dünya HƏYƏCANLA İZLƏYİR (FOTO)
  • Nazir əmr imzaladı: Polis gücləndirilmiş iş rejiminə keçir
  • Sabah bu ərazilərə qar yağacaq
  • NASA-dan XƏBƏRDARLIQ - Bu gün saat 18:30-da...
  • “Səs versələr də, verməsələr də mən seçiləcəyəm”
  • Rəşid Mahmudov: Belə ziyalı, məmur nakişidir – VİDEO
  • Erməniləri Qarabağda gücləndirən Sara kimdir?
  • 17 yaşlı şagird alimləri heyrətə gətirən KƏŞFƏ İMZA ATDI
  • Türkiyə Parlamentində “Dünyada sülh: Qarabağ - Azərbaycandır!” layihəsinə start verilib
  • Yağış, qar yağacaq, 8 dərəcə şaxta olacaq
  • Azərbaycan Prezidenti: Şəhid ailələri və Qarabağ əlilləri üçün bu il daha çox evlər tikilməlidir
  • Dünya yaranan gündən can alan Əzrailin ürəyi yandığı yeganə 2 şəxs kim idi?…
  • “Rusiyanın kərə yağı” adı ilə zəhər satırlar: Bu cinayət yox, soyqırımdır - SOS
  • Günəş sisteminin əsas sirri açılıb
  • Heydər Əliyev yanımdan keçəndə dedi ki... - Yusifzadə
  • Sahil Babayev: "On iki min şəhidimizin 18 min vərəsəsinə 11 min manatlıq birdəfəlik ödəniş edilib"
  • İcbari tibbi sığorta üzrə xidmətlər zərfi açıqlanıb
  • Dünyanı lərzəyə gətirəcək yeni “Fırtına” gəlir
  • 30 Mayıs 2018, 18:17   
        762
    İrəvan və Moskva üçün “hava həyəcanı” – işğal ortaqlarına xəbərdarlıq mesajı

    İrəvan və Moskva üçün “hava həyəcanı” – işğal ortaqlarına xəbərdarlıq mesajı

    Moskvaya qarşı yeni beynəlxalq ittiham; Rusiya Malayziyaya məxsus sərnişin təyyarəsini vurmaqda rəsmən suçlu bilindi; işğalçı Ermənistanın Moskvadan aldığı hava hücumu əleyhinə “hədiyyələrə” də dünya diqqət çəkəcəkmi?..
    Rusiya MH17 reysi ilə uçan və Malayziya aviaşirkətinə məxsus “Boinq 777" sərnişin təyyarəsinin məhvində rəsmən günahkar elan edildi. 17 iyul 2014-cü ildə Ukrayna səmasında baş verən və 298 nəfərin həyatına son qoyan bu faciənin təhqiqatı çoxdan dünya KİV-lərinin diqqət mərkəzində idi. Hadisənin lap əvvəlindən şübhələr var idi ki, hava gəmisinin məhvi Donbasdakı rusiyayönlü separatçıların işidir və ”Boinq"i vuran “Buk” M1 ZRK-nı da silahlılara məhz Moskva verib. İndi isə artıq bütün bunlar rəsmi təsdiqini tapdı.

    2014-cü ildən Donbas üzərində sərnişin təyyarəsinin məhvi ilə bağlı cinayət işini araşdıran birgə istintaq qrupu holland şəhəri Bünnikdə mətbuat konfransı keçirdi və əsl mənada sensasion dəlillər açıqladı. Aparılan təhqiqatın nəticəsində artıq heç bir şübhə qalmadı ki, Malayziya təyyarəsi məhz separatçıların nəzarətində olan ərazidə “Buk” zenit-raket kompleksindən açılan atəşlə vurulub. Raketin buraxıldığı yer də dəqiqləşib - Snejnoe şəhərinin yaxınlığındakı Pervomayski qəsəbəsi.

    İrəvan və Moskva üçün “hava həyəcanı” – işğal ortaqlarına xəbərdarlıq mesajı

    Ancaq Moskva üçün ən əsas və xoşagəlməz odur ki, təyyarənin vurulduğu “Buk” ZRK Kursk yaxınlığında dislokasiya olunmuş 53-cü zenit-raket briqadasına məxsus olub. Separatçı qüvvələr onun vasitəsilə Ukraynaya məxsus hərbi-nəqliyyat təyyarəsini vurmaq istəyiblər, amma raket havada başqa hədəfə yönəlib. Rusiya birləşmələrinin bu hadisədə əli olması haqda sübutlar çoxdur - Donetsk vilayətində aşkar edilən və raketin Moskva yaxınlığındakı Dolqoprudda istehsal olunduğunu təsdiqləyən qəlpələrdən tutmuş, konvoyun keçdiyi yaşayış məntəqələrində şahidlərin təqdim elədiyi videoyazılara kimi.

    İrəvan və Moskva üçün “hava həyəcanı” – işğal ortaqlarına xəbərdarlıq mesajı

    ndi isə istintaq qrupu konkret günahkarları müəyyən eləməlidir. Beynəlxalq İstintaq Qrupunun rəhbəri Fred Vesterbekke xəbərdarlıq edir: Beynəlxalq İstintaq Qrupunun gəldiyi nəticələr cinayət işinin nəticələri ilə diqqətlə uzlaşdırılıb və məhkəmədə istifadə edilə bilər. Bu, hər halda, açıq qaynaqlarla işləyən jurnalistlərin müstəqil təhqiqatı deyil.

    Poqonlu adamlar bu haqda xatırlamağı xoşlamır, ancaq aviasiya tarixində hərbçilərin səhvən mülki laynerləri vurduğu hadisələr kifayət qədərdir. Bura “identifikasiya səhvləri”, - nə vaxt ki, sərnişin təyyarəsi hərbi və ya kəşfiyyat təyyarəsi sayılaraq vurulub, - HHM qüvvələrinin təlimləri zamanı raketin hədəfi “itirərək” mülki laynerə doğru sıyrılması kimi faciəvi insidentlər də daxildir.

    İrəvan və Moskva üçün “hava həyəcanı” – işğal ortaqlarına xəbərdarlıq mesajı

    Ancaq Donetsk səmasında təyyarənin vurulması - insanın və ya rəhmsiz raketin vurduğu “identifikasiya səhvi” deyil. Göyərtəsində 300-ə yaxın insanın olduğu “Boinq” Rusiyanın başqa dövlətin ərazisində fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrə verdiyi “Buk”dan açılan raketlə vurulub. Bu isə artıq ciddi məsələdir. Burada həm beynəlxalq reaksiya, həm də onun nəticələri Rusiya üçün qat-qat sərt ola bilər, nəinki SSRİ-nin vaxtilə Saxalin üzərində vurduğu Koreya “Boinq”i ilə bağlı insident.

    Beynəlxalq İstintaq Qrupu hələ ki konkret ad-soyadlarla bağlı ittiham irəli sürməsə də, siyasi qənaətlərə artıq gəlinib. Avstraliya və Hollandiya faciəyə görə Rusiyanın məsuliyyət daşıdığını rəsmən bəyan edib. Hollandiyanın xarici işlər naziri Stef Blok deyib ki, hazırda Rusiyanın məsuliyyətə cəlb olunması üçün addımlar atılır. Hələ ki Hollandiya və Avstraliya Rusiyaya danışıq təklif edir. Bununla belə, Beynəlxalq Məhkəməyə də müraciət edə biləcəklərini deyirlər.

    Öz növbəsində NATO baş katibi Yens Stoltenberq bəyan edib ki, Rusiya təyyarənin məhvinə görə məsuliyyəti öz üzərinə götürməlidir. Avropa Birliyinin baş diplomatı Federika Moqerini də Moskvanın ünvanına kəskin bəyanatla çıxış edib. Vaşinqton da ittihama şərik olub. “ABŞ Birgə İstintaq Qrupunun gəldiyi nəticələrə tamamilə etibar edir”, - deyə Dövlət Departamentinin yaydığı bəyanatda bildirilir. Amerika xarici siyasət idarəsi həmçinin Moskvaya BMT TŞ-nin 2014-cü ildə qəbul elədiyi, “bütün günahkarların məsuliyyətə cəlb olunması” və bu yöndə bütün dövlətlərin qarşılıqlı əlaqədə işləməsi haqda qərarı xatırladıb. “Rusiyanın öz yalanını dayandırmasının və təyyarənin vurulmasına görə cavab verməsinin vaxtı çatıb” - bəyanatda qeyd olunur.

    Bu isə artıq açıq bir işarədir ki, bəyanatların ardınca “restriktiv tədbirlər” də gələ bilər. Söhbət yəqin ki, növbəti sanksiyalardan gedir. Moskva əlbəttə ki, ittihamları rədd edir, amma bu, indi xüsusən də Beynəlxalq İstintaq Qrupunun təqdim elədiyi sübutlar fonunda əsla inandırıcı görünmür.

    Məsələ həm də başqa şeydədir. İş ondadır ki, məhz Beynəlxalq İstintaq Qrupunun mətbuat konfransı keçirdiyi ərəfədə İrəvanda sevincək xəbər verdilər ki, Rusiya Ermənistana növbəti hədiyyəsini edəcək - Moskva ona “Tor” zenit-raket kompleksləri verəcək. Erməni mütəxəssisləri bu kompleksləri o ki var tərifləyirlər. Guya ki, həmin komplekslər Xankəndi üçün yox, İrəvan üçün nəzərdə tutulub. Amma kim zəmanət verə bilər ki, çox da böyük olmayan və mobil “Tor”lar Qarabağa göndərilməyəcək? Üstəlik, Gümrüdəki 102 saylı Rusiya bazasının hərbçiləri sözün birbaşa mənasında “Dağlıq Qarabağ ordusu”nun birləşmələri ilə eyni paradda addımlamaqdan çəkinmirlərsə.

    İndi isə bir qədər tarix haqda. Məsələ ondadır ki, Ukrayna Rusiyanın separatçılara belə hədiyyələr elədiyi yeganə ölkə deyil. Praktik olaraq, hər yerdə bu “hədiyyələr” mülki əhali arasında faciələrə və qurbanlara gətirir.

    İrəvan və Moskva üçün “hava həyəcanı” – işğal ortaqlarına xəbərdarlıq mesajı
    1991-ci il noyabrın 20-də, Dağlıq Qarabağda erməni terrorçuları Azərbaycanın hökumət nümayəndəsinin, həmçinin Rusiya və Qazaxıstandan sülhməramlı müşahidəçilərin olduğu “Mi-8" vertolyotunu istilik raketi ilə vurdular. Bortdakı 22 nəfər, o cümlədən Azərbaycanın daxil işlər naziri Məhəmməd Əsədov, baş prokuror İsmət Qayıbov, baş nazirin müavini Zülfi Hacıyev, dövlət katibi Tofiq İsmayılov, parlamentin deputatları - Vaqif Cəfərov, Vəli Məmmədov, jurnalistlər Osman Mirzəyev, Alı Mustafayev, çəkiliş qrupunun üzvləri Fəxrəddin Şahbazov və Arif Hüseynzadə həlak oldular. Heç bir istintaq olmadı. Rusiya öz vətəndaşlarının məhvini Ermənistana bağışladı. Hətta heç aydınlaşdırmağa da çalışmadı ki, Qarabağdakı qanunsuz birləşmələrdə - o vaxt hələ SSRİ mövcud idi - istilik raketləri necə peyda olub? Hansı raketləri ki, mütəxəssislər terrorçuların ”ideal silahı" adlandırırlar. Bazarda belə “məhsul” dəqiq satılmır, kənd dəmirçixanasında da onu hazırlamaq mümkünsüzdü. Amma çox keçməmiş - 1992-c il yanvarın 28-də Qarabağda daha bir uçaq - Ağdam-Şuşa reysi ilə uçan vertolyot vuruldu. Yenə istilik raketi ilə. Ekipaj üzvləri, o cümlədən qadınlar və uşaqlar da daxil, 44 nəfər həlak oldu.

    18 mart 1994-cü ildə Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsində artıq “beynəlxalq avia hadisə” qeydə alındı: erməni silahlıları Rusiyanın bağışladığı “Osa” zenit kompleksindən İrana məxsus C-130 təyyarəsini vurdular. Təyyarə Moskvadakı İran diplomatlarının ailə üzvlərini Tehrana Novruz bayramına aparırdı. Erməni “mütəxəssisləri” isə onu Türkiyə təyyarəsi bilib vurdular. İran Ermənistanla mübahisədən yayınmağa üstünlük verdi.

    Gürcüstan da 1993-cü ildə Suxumiyə hücum zamanı öz faciəvi “avia hadisələr” salnaməsini yaxşı xatırlayır. Həmin ilin 23 sentyabrında Soçidən Suxumiyə uçan “Tu-134" sərnişin təyyarəsini Suxumi buxtasındakı abxaz katerindən ”Strela 2" PZRK-sından atəşə tutmuşdular. Təyyarənin göyərtəsində 22 sərnişin var idi. Onlar əsasən informasiya blokadasını yarmaq istəyən jurnalistlər, o cümlədən “The Wall Street Journal”ın əməkdaşı Aleksandra Tatl idi. Hamısı həlak oldu.

    Tiflisdən bütöv yüklə uçan “Tu 154" təyyarəsi də vuruldu: təyyarə aerodromda alışdı. 128 nəfərdən 108-i həlak oldu. Sentyabrın 28-də isə ”Delfin"dən olan Rusiya diversantları Gürcüstana məxsus “Tu 154"ə raket atdılar. Pilotlar görünməmiş ustalıq sayəsində təyyarəni yerə endirə bildilər. Daha iki layner yerdə, aeroportun ”Qrad"la atəşə tutulması nəticəsində məhv edildi.

    Bütün bunlardan sonra anlamaq çətin deyil ki, Azərbaycan artilleriyaçıları niyə bir il öncə, 2017-ci ilin yazında Qarabağda təmas xəttinə yaxınlaşan “Osa” ZRK-nı bir zərbə ilə məhv ediblər. Ancaq bu gün Rusiyanın Malayziya təyyarəsinin məhvindəki rolunun təhqiqatı fonunda şübhə yox ki, Donbasdakı “Buk” yox, həm də bütövlükdə Rusiyanın “silah lizinqi” öz qiymətini alacaq. Xüsusən də indi - nə vaxt ki, onun qurbanları arasında təkcə konfliktə cəlb olunmuş dövlətlərin yox, başqa dövlətlərin də vətəndaşları yer alır. Ümid eləmək qalır ki, beynəlxalq ictimaiyyətin buna siyasi iradəsi çatacaq./musavat.com

    NURANİ, siyasi şərhçi,
    Xüsusi olaraq
    “Yeni Müsavat”
    loading...