Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Göbəyinizə bal tökün- BİR NEÇƏ DƏQİQƏ SONRA BAŞ VERƏNLƏR SİZİ DƏHŞƏTƏ GƏTİRƏCƏK
  • Ermənilər yenə həyəcanlandı: “Türkiyənin Naxçıvanda hərbi baza yaratmasına hazırlıq gedir…”
  • Dünya liderlərinin başına gələn ağlasığmaz hadisələr
  • GÖYÇAY RAYONU İNKİŞAF YOLUNDA
  • Qiyamət günü insanın əməllərinə şəhadət verən 9 şahid
  • Rusiyada müəllim və şagirdlərə məktəbdə telefon qadağan ediləcək
  • "BİZ ERMƏNİLƏRİN YANINDAYIQ, BİR QARIŞ DA TORPAQ VERMƏYƏCİK!" - Əziz Tonoyan
  • Nümayişçilərə qarşı “dəhşətli nəhəng” silah tapıldı
  • Azərbaycanda yol polisi ləğv edilə bilər – Vilayət Eyvazovdan inqilabi dəyişiklik
  • Gürcüstanın Azərbaycana borcu açıqlandı.
  • Bakıda Milli Qəhrəmana hörmətsizlik edildi - FOTO
  • DİN NAZİRİ OLİQARX-POLKOVNİKİ İŞDƏN QOVDU! – Dövlət Yol Polisində şok dəyişiklik
  • Putin Mehriban Əliyevaya orden verdi
  • Azərbaycan-Gürcüstan sərhədindən Türkiyəyə qədər məsafə 30 kilometr qısalacaq
  • Yeni kiçikölçülü antena “5G” şəbəkələrinin işini 10 dəfələrlə sürətləndirəcək
  • Yer kürəsinə “təhlükəli” asteroid yaxınlaşır
  • Dünyanı cənginə alan “Tik Tok” nədir? – Maraqlı faktlar
  • Tankçılarımız finalın bir addımlığında - Video
  • Günün ulduz falı: 11 avqust, 2019
  • Yağış sürüşmə zonalarını aktivləşdirdi
  • Çavuşoğlu: Azərbaycanın vizaları ləğv etməsi mühüm hadisədir
  • İsmayıllı: Böyük faciənin astanasındayıq – FAKT
  • İnstagram və WhatsApp-ın adı dəyişiləcək
  • Prezident tapşırıq verdi: Bu məsələ təhlil edilməlidir
  • Ərdoğan gizli silahını ortaya çıxardı: “Atom” bombası…
  • 28 Mayıs 2018, 16:51   
        569
    ABŞ Türkiyə ilə bu razılaşmaya gedərsə... – Ekspert

    ABŞ Türkiyə ilə bu razılaşmaya gedərsə... – Ekspert

    Hazırda istər İraqda, istərsə də Suriyada baş verən proseslər ABŞ-ın üzünü bir daha NATO-dakı müttəfiqi Türkiyəyə çevirməsinə məcbur edib.

    XEBERTV.AZ xəbər verir ki, bu sözlərin Axar.az-a analitik Vüqar Zifəroğlu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və ABŞ Dövlət katibi Mayk Pompeonun 4 iyunda Vaşinqtonda keçirəcəyi görüşə münasibət bildirərkən deyib. O bildirib ki, iki ölkə arasında PYD-YPG terror qruplaşmasının Menbiçdən çıxarılması ilə bağlı razılaşma əldə olunsa, bu, ABŞ-Türkiyə münasibətlərinin müsbət mənada düzəlməsi üçün çox böyük addım hesab olunacaq:

    “Çünki Menbiç kifayət qədər ciddi strateji əhəmiyyətə malikdir. Ümumiyyətlə, Türkiyənin son bir il ərzində Suriyada apardığı hərbi kampaniyada Menbiç əhəmiyyətli bir yerə sahibdir. Bu mənada ABŞ-la əldə olunacaq hər hansı bir razılaşma və bu razılaşmanın əsasında PYD-YPG qüvvələrinin həmin ərazidən çıxarılması həm diplomatik, həm də hərbi nöqteyi-nəzərdən Türkiyə üçün uğurlu nəticədir”.

    Analitik vurğulayıb ki, belə bir razılaşmanın ABŞ və Türkiyə arasında əldə olunma şansı yüksəkdir:

    "Türkiyədən imtina etmək olmazdı. Bunu ABŞ öz siyasi addımları ilə də göstərməyə məcburdur. Ona görə ki, bölgədə kifayət qədər Suriyada mövqeləri güclənmiş Əsəd iqtidarı və bu iqtidarı dəstəkləyən Rusiya və İran faktoru var. Buna görə də ABŞ müəyyən mənada Suriya cəbhəsində öz mövqelərini qoruyub saxlamaq niyyətindədirsə, Türkiyə ilə hər hansı bir şəkildə işbirliyinə getmək məcburiyyətindədir. Bu işbirliyinin elə ilk addımı Menbiçlə bağlı razılaşma ola bilər”.

    Qeyd edək ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və ABŞ Dövlət katibi Mayk Pompeonun 4 iyunda Vaşinqtonda keçirəcəyi görüş zamanı razılıq əldə olunacağı halda PYD-YPG terror qruplaşması Menbiçdən çıxarılacaq.
    loading...