Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Ermənilər Laçını minalayır: Bakı NƏ ETMƏLİDİR?
  • Zəngilanın baş planı açıqlandı
  • Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin rəhbərliyi Balakən rayonunda işgüzar səfərdə olub
  • Bu gün milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin doğum günüdür
  • NASA astronavtı kosmosda torpaqsız bitki yetişdirdi
  • Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
  • Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi - FOTO
  • Türk dünyası ilə bağlı dərsliklər qəbul edildi - FOTO
  • Xaricdə təhsil almaq istəyənlərin nəzərinə...
  • İlham Əliyev: "Özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq"
  • Şok iddia: ölülərlə danışmaq mümkün olacaq
  • Xaricdən idarə olunan feyk hesablarla şantaj halları var - XƏBƏRDARLIQ
  • İlkin Süleymanovun məhkəməsi: Nərmin Quliyevanı sonuncu dəfə görən şahid DANIŞDI
  • Rövşən Əkbərovun səhhətində PROBLEM YARANDI
  • ŞƏHİD İLQAR VERDİYEVİN "ANDINA SADİQ OĞUL"FİLMİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
  • "Əziz Şuşa, Sən Azadsan!".
  • Fitrə zəkatı nə qədər verilməlidir? - Video
  • İlham Əliyev Emmanuel Makronu təbrik etdi
  • “WhatsApp”a yeni funksiya əlavə edilib - Gizli fotolara giriş...
  • Soyqırımdan danışanlar Xocalıya baxsınlar – Hulusi Kılıç
  • "Azərbaycan-Türk Xalqları Qardaşlığı" İctimai Birliyinin fəaliyyətindən bəhs edən jurnalın təqdimatı keçirildi
  • Dünya azərbaycanlılarının Şuşa Zirvəsi: Diasporumuzun tarixi inkişaf yolu
  • Qədr gecələri nə vaxtdır? - QMİ
  • Deputat: "Operativ Qərargahdan xoş xəbərlər veriləcək" - VİDEO
  • Azərbaycanla 10 mühüm saziş imzalandı - Japarov
  • 09 Mayıs 2018, 03:30   
        2 230
    Bakı dünyanın gözü önündə İrəvana möhlət verdi
    Bakı dünyanın gözü önündə İrəvana möhlət verdi

    Ermənistan faktiki xəstə bir subyektdir və düşmənin bu vəziyyətini daha da pisləşdirmək üçün Azərbaycana əlavə güc lazım deyil.

    XEBERTV.AZ xəbər verir ki,bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. Politoloq Azərbaycanın Ermənistandakı vəziyyətdən istifadə edərək Qarabağla bağlı hücuma keçməsinin real cizgilərini görmədiyini deyib:

    “Düzdür, ermənilərin başı özlərinə qarışıb, Ermənistanda daxili ictimai-siyasi vəziyyət çox gərgindir. Böhran içərisində çabalayan Ermənistanın hərarəti bir az da qalxıb. Ermənistan faktiki xəstə bir subyektdir və işğalçının bu vəziyyətini daha da pisləşdirmək üçün Azərbaycana əlavə güc lazım deyil. Azərbaycanın öz ərazilərini işğaldan azad etmək üçün tələb olunan bütün resursları, əzm və siyasi qətiyyəti var. Ancaq biz ermənilər kimi xain xislətli millət deyilik. Azərbaycan açıq şəkildə Ermənistana real danışıqlar yolunu təklif edib. Ermənistanda hakimiyyət onsuz da dəyişir, yeni sistem isə hələ tam oturuşmayıb. Ermənistanı nə prezident, nə də parlament ölkəsi kimi qiymətləndirə bilərik. Çünki işğalçı ölkədə hərc-mərclik o qədər baş alıb ki, hələlik, özləri də bir işıq ucu tapa bilmirlər və Qarabağla bağlı mövqelərində çarəsizdirlər”.

    Politoloq vurğulayıb ki, Bakı, öz daxili məsələlərini həll etdikdən sonra Qarabağ probleminə dair aydın, tam formalaşmış və şəffaf mövqe sərgiləmək üçün bütün dünyanın gözü önündə İrəvana möhlət verdi:

    “Bakı bundan sonra Qarabağla bağlı öz qərarını verəcək və inanmıram ki, indiki vəziyyətdə erməni sayağı hərəkət edib, düşmənə zərbə endirsin. Azərbaycan həqiqətən də hazırda güclü bəndə xas olan bir davranış sərgiləyir və Ermənistana nə qədər sağlam məfkurədə olduğunu göstərir”.

    Qeyd edək ki, dünən müxalif lider Nikol Paşinyan Ermənistanın baş naziri seçilib.
    loading...