Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Parisdən Bakıya qəfil zəng - İrəvan və Xankəndi şokda
  • "Ərdoğanla Putin 120 saatdan sonrakı prosesi danışacaq"
  • Ərdoğan: "İkinci günə kimi oradan uzaqlaşmasanız, başınızı əzəcəyik!"
  • Yəhudilər Türkiyəyə dəstək nümayişi keçirdi - Rəsulzadədən sitat gətirdilər - VİDEO
  • Ərdoğandan dünyaya TARİXİ MESAJ: Artıq qəbul etməlidirlər
  • Yerə nəhəng asteroid yaxınlaşır
  • ABŞ-dan gələn müxbir Ərdoğana sual verir:
  • SON DƏQİQƏ: türk ordusu Suriyadan çıxmayacaq, Ərdoğan Putinin qarşısına ŞƏRT qoydu (YENİLƏNİR)
  • Misirdə Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı müsabiqə keçirilib
  • Azərbaycan Müstəqillik Gününü qeyd edir
  • Qaçqınlar Suriyaya qayıdır
  • Ərdoğanın Pakistan səfəri təxirə salındı
  • Daha bir Avropa ölkəsi Türkiyəni dəstəklədiyini bəyan etdi
  • Ərdoğandan UEFA-nın Türkiyə millisinə intizam işi açmasına münasibət
  • Xəbərlər – Hava ilə bağlı əhaliyə VACİB XƏBƏRDARLIQ - Diqqətli olun!-Yağış, qar, güclü külək...
  • Baş Qazi Etimat Əsədovun xatirəsi yad edildi.
  • İlham Əliyev: Sizin tövsiyəniz, təlimatınız olmadan...
  • Xocalı şəhər əhalisinin dünya dövlətlərinə, xalqlarına və beynəlxalq təşkilatlara M Ü R A C İ Ə T İ
  • Ərdoğandan Merkelə sərt sözlər: Tərəfinizi seçin, ya biz, ya terrorçular!
  • Alimdən inanılmaz: Marsda həyat izləri 40 il əvvəl tapılıb
  • SON DƏQİQƏ: sayı 500-ə yaxınlaşır, strateji şəhər və ABŞ silahları ələ keçirildi... (YENİLƏNİR)
  • FÜZULİ SAKİNİ PREZİDENTDƏN KÖMƏK İSTƏDİ
  • Türkiyə ordusu terrorçulara divan tutmaqda davam edir
  • Cins şalvarlar planeti necə məhv edir
  • Prezident İlham Əliyev “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak edib - VİDEO
  • 02 Mayıs 2018, 05:50   
        653
    Rusiyadan Ermənistana çox ağır Qarabağ şərti

    Moskva İrəvanı sərt hədələyib

    Ermənistan parlamentində dünən keçirilən baş nazir seçkisində nəticə alınmamasının əsas səbəbkarı Rusiyadır.

    İstiPress-in məlumatına görə, bu barədə İrəvanda dərc olunan “Lragir” portalı parlament iclasının təfərrüatlarına həsr etdiyi məqaləsində bildirib.


    Müəllif Naira Ayrumyan “Moskva - Respublika Partiyasının son ümidirdir?” başlıqlı məqaləsində qeyd edib ki, Rusiya baş nazir seçkilərini küçədə yox, parlamentdə keçirməyə çağırdı:

    “Konstantin Zatulin hətta bəyan etdi ki, əgər baş nazir parlamentdə seçilməzsə Rusiya de-yure Ermənistanla münasibətləri dayandıracaq. Rusiya elə etdi ki, qərar qəbul etmək hüququ yalnız bir dəstə yoldan keçən respublikaçının əlində qaldı”.

    Rusiyanın Ermənistanla dey-yuro münasibətləri dayandırması İrəvanın Qarabağ uğurunda Azərbaycanla müharibədə tək qalması demək olardı. Sirr deyil ki, Ermənistan bu 25 ildə Azərbaycan ərazilərini məhz Rusiyaya güvənərək işğal altında saxlayır. Rusiyanın Qarabağdakı erməni hərbi hissələrinə gizli yardımı da var ki, 2016-cı ilin aprel döyüşlərində rus telekanalları nə qədər ehtiyatlı davransalar da Ermənistan tərəfdən sarışın slavyan döyüşçülərin vuruşduğunu gizlədə bilmirdilər.

    Rusiyadan Ermənistana çox ağır Qarabağ şərti

    Amma Rusiyanın Ermənistana açıq dəstəyi bundan qat-qat güclüdur, faktiki olaraq Rusiya Ermənistan ərazisini öz himayəsinə götürüb və Azərbaycan müharibəni Ermənistan ərazisinə keçirərsə, KTMT çərçivəsində Ermənistan tərəfindən miüharibəyə girəcəyini bildirir. Rusiya həm də Ermənistan sərhədlərini öz əsgərləri ilə qorumaqla Ermənistanın bütün hərbi gücünü Azərbaycanın işğal edilmiş ərazilərinə yollamasına şərait yaradır.

    Rusiyadan Ermənistana çox ağır Qarabağ şərti

    Nikol Paşinyan baş nazir seçkisində uduzduqdan sonra parlamenti tərk edir - 1 may 2018-ci il
    Yəni Ermənistanla Rusiya arasında de-yure əlaqələr kəsilərsə, heç bir hərbi rəhbər özbaşına Erməniistana bu yardımı edə bilməyəcək. İrəvanın şimal və cənub tərəflərdən 100 kilometrliyində Azərbaycan ordusunun dayandığı nəzərə alınarsa, bu, Ermənistanın qısa müddətdə məğlub olacağı anlamına gəlir. Belə olan şəraitdə Ermənistan nəinki işğal etdiyi Qarabağı, hətta tarixi Zəngəzur, Göyçə və Dərələyəz mahalllarını, həmçinin İrəvan şəhərini və ətrafını Azərbaycanın nəzarətinə verməli olacaq.

    Bu isə Qarabağda döyüşmüş keçmiş hərbçilərin maraqlarının müdafiəsi üstündə qurulmuş hakim Respublika Partiyasının tam iflası demək olardı. Bu partiya “tutulan bir metr torpağı da vermərik” şüarı üstünlə qurulub. Ola bilər ki, etiraz nümayişlərinə rəhbərlik edən Nikol Paşinyan və tərəfdarları üçün Qarabağın Ermənistanın nəzarətində olması elə də ciddi önəm kəsb eləmir. Bunu erməni jurnalistlər də qeyd edirlər. Məsələn, erməni jurnalist Mamikon Babayan “Vestnik Kavkaza” üçün İrəvanda son günlərlə baş verən hadisələrlə bağlı yazdığı məqaləsində bildirir: “Mitinq və nümayişlər zamanı Paşinyan bir kəlmə də Qarabağdakı vəziyyət barədə danışmadı ki, bu da Ermənistanla Azərbaycan arasında gərgin danışıq prosesi baxımından birmənalı qarşılanmır”.

    Bu cür yanaşma Rusiyanın da Paşinyanla bağlı şübhələrinə səbəb verirdi bilər, hər halda. Düzdür, sonradan Paşinyan Rusiya ilə probleminin olmaycağını, Ermənistanın KTMT-də və Avrasiya İttifaqında qalacağına vəd verməyə başladı. Amma böyük ehtimalla, bu, imicmeykerlərin mitinqlərə daha çox adam yığmaq üçün elədiyi düzəliş ola bilərdi. Hər halda, Nikol Paşiyanın rəhbərlik etdiyi “Çıxış” partiyasının əsas hədəfi Ermənistanı Rusiyanın alyanslarından çıxarmaqdır.

    Yəni Paşinyan hakimiyyətə gələrsə, Ermənistanın gələcək inkişafını, miqrasiyanı dayandırmağı nəzərə alaraq, kənar qüvvələri vecinə almadan Azərbaycanla barışa bilər ki, bu da Ermənistanın və Azərbaycanın birlikdə Rusiya əsarətindən birdəfəlik xilas olması demək olardı. Təbii ki, Moskva postsovet məkanının iki respublikasının və bunun ardınca bütün Cənubi Qafqazın öz nəzarətindən çıxmasına razı ola bilməzdi.

    Buna görə də Rusiya İrəvanla sərt danışdı və demək olar ki, məqsədinə nail oldu. Parlamentdə növbəti baş nazir seçkisi mayın 8-ə təyin ediilb. Həmin tarixə kimi etiraz mitinqləri səngiyərsə, hakim Respublika Partiyası Paşinyanın yox, Serc Sarkisyanı əvəz edə biləcək birinin, məsələn keçmiş prezident Robert Koçaryanın baş nazir seçilməsinə nail olacaq. Əgər etiraz mitinqləri səngiməzsə, həmin tarixdə də baş nazir seçilməyəcək. Ermənistan təkrar seçkilərə gedəcək. Bu arada etiraz mitinqləri də səngiyəcək. Rıçaqları əlində saxlayan hakim partiya bu dəfə Nikol Paşinyanı parlamentə buraxmayacaq, əgər o, etiraz mitinqi təşkil edəcəksə, onu da əvvəlki praktika ilə dağıdacaq.
    loading...