
Kim Çen ABŞ-a icazə verdi: Nüvə obyektlərimizə baxa bilərsiniz...
Şimali Koreya lideri Kim Çen İn ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşü zamanı ölkəsindəki nüvə təsisatlarına yoxlanış keçirilməsinə icazə verib.
XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə RİA məlumat yayıb.
Şimali Koreya rəhbəri nüvə obyektlərinə girişə razılıq verərək, Koreya yarımadasının denuklarizasiyasında fəal iştirak edəcəyini ifadə edib.
“Siz istədiyiniz nüvə obyektlərinə baxış keçirə bilərsiniz”, - deyə K.Ç.İn bildirib.