
Belçikada təcili iclas: Rus diplomat ölkədən qovuldu
Belçikanın Nazirlər Kabineti Skripal olayı ilə bağlı Böyük Britaniya ilə həmrəylik nümayiş etdirərək bir rusiyalı diplomatın ölkədən göndərilməsi ilə bağlı qərar qəbul edib.
XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə RİA məlumat verib.
“Elə indicə məlum oldu ki, Brüsseldən bir rusiyalı diplomat göndəriləcək”, - deyə bildirilib.
Məsələ ilə bağlı Belçikada baş nazir, xarici işlər naziri və təhlükəsizlik qüvvələrinin rəhbərinin iştirakı ilə təcili iclas baş tutub.
Qeyd edək ki, ötən gündən başlayaraq, artıq 24 ölkə, o cümlədən NATO (7 diplomat) rus diplomatların ölkədən çıxması barədə qərar verib.