Xəbər lenti
Axtar
14 Mar 2018, 07:22   
    859
 Rusiyadan 23 diplomatın qovulması məsələsinə reaksiya - Cavab olacaq

Rusiyadan 23 diplomatın qovulması məsələsinə reaksiya - Cavab olacaq


Rusiya Xarici İşlər Nazirliyi Böyük Britaniyanın baş naziri Tereza Meyin sabiq rus casus Sergey Skripal və qızı Yuliyanın Salisböridə zəhərlənməsi səbəbindən gördüyü tədbirlərə cavab verib.

Nazirliyin rəsmi saytından verilən açıqlamada Meyin Skripal və qızının zəhərlənməsi hadisəsini Rusiya ilə əlaqələndirməsi və bu səbəbdən real olmayan bəhanələrlə Moskvanı “cəzalandırma” tədbirləri görülməmiş təxribat adlandırılır. Nazirlik bu addımın iki ölkə arasındakı dialoqun özülünü məhv etdiyini bildirib.

“İngiltərə hökumətinin siyasi maraqlarına görə 23 rus diplomatı ölkədən çıxarması da daxil olmaqla münasibətlərə ciddi zərər vermə qərarı qəbul edilə bilməz və dəyərsizdir. Rəsmi London istintaqı tamamlamaq və Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatındakılar da daxil olmaqla beynəlxalq formatları tətbiq etmək əvəzinə Rusiya ilə mübarizə aparmağı seçdi. İngilis hökuməti bu hadisənin istintaqında birtərəfli və şəffaf olmayan addımlar ataraq Rusiyaya qarşı yeni bir kampaniya başlatdı. Təbii ki, cavab tədbirləri özünü çox gözlətməyəcək”, - deyə açıqlmada qeyd edilir.

moderator.az
loading...