Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Prezidentdən ŞAD XƏBƏR: Kəlbəcər və Qubadlının bir hissəsi azad edildi
  • Tarix yazan qəhrəmanlarımız - Foto
  • Azərbaycan bayrağı Zəngilanda ucaldı - Video
  • Hərbçimiz 27 il sonra Füzulidəki evində - Video
  • Daxili İşlər Nazirliyi əhaliyə müraciət etdi
  • Erməni terroru nəticəsində həlak olan beş nəfərlik ailə... - VİDEO
  • Düşmən qaçır: “ağ bayraq”ları ləkəli deyilmi?
  • Ermənilər Xızıya raket atdı
  • Xocalının qısası alındı: Daha bir qatil məhv oldu
  • Hadrutun yeni videogörüntüləri yayıldı - VİDEO
  • Ordumuzun uğurlu əməliyyatları davam edir - Polkovnik
  • TƏCİLİ: Düşmən yaşayış məntəqələrimizi ATƏŞƏ TUTUR
  • Azərbaycan ordusu Şuşaya doğru – İşğalçıların böyük təşvişi
  • Ermənistan itkilərinin sayını açıqladı
  • İşğaldan azad olunan ərazilərdə əhalinin sayı açıqlandı
  • Torpağından qovulan uşaq tankla qayıtdı - Foto
  • Ermənistanın terror cəhdlərinin qarşısı alındı - RƏSMİ
  • SON DƏQİQƏ: Daha 3 kənd işğaldan azad edildi - PREZİDENT
  • Erməni təxribatı: Daha 2 mülki şəxs öldü, 5-i yaralandı
  • Mehriban Əliyevadan Madagizlə bağlı paylaşım
  • İrəvanın etiraf etdiyi itkilərinin analizi... – Şərh
  • Türkiyədə küçələrin birinə general Polad Həşimovun adı veriləcək
  • Ukraynadan dəstək: Azərbaycana hərbi yardıma hazırıq
  • Erməni keşiş Nikolu ifşa etdi: Döyüşən Türkiyə deyil...
  • Bakıdan İrəvana: Olmayanı məhv etmək mümkün deyil!
  • 14 Mar 2018, 07:03   
        517
    Bütün əlaqələr kəsildi, London Moskvaya qarşı məxfi tədbirlər hazırlayır



    Böyük Britaniya Rusiyaya qarşı “bir sıra məxfi tədbirlər” görəcək.

    Virtualaz.org xəbər verir ki, bunu parlamentdəki çıxışında baş nazir Tereza Mey keçmiş QRU polkovniki Sergey Skripalın və qızının Rusiya mənşəli nadir kimyəvi reagentlə zəhərlənməsinə görə bu ölkəyə qarşı cavab adddımlarını elan edərkən bildirib.

    “Biz habelə elə tədbirlər görəcəyik ki, bunlar bizim milli təhlükəsizlik və xüsusi xidmət orqanlarımızın səlahiyyətindədir. Onlar düşmən ölkənin hərəkətlərindən yaranan təhdidlərə qarşı yönəlib”-baş nazir deyib.

    Tereza Mey parlamentdə Rusiyaya qarşı cavab tədbirlərinin ancaq bir qismini açıqladığını əlavə edib, eyni zamanda bildirib ki, Londonla Moskva arasında dialoqun tam kəsilməsi Britaniyanın milli maraqlarına cavab vermir. “Lakin ölkəmizə qarşı yönəlmiş bu dəhşətli hərəkətdən sonra münasibətlər daha əvvəlki kimi ola bilməz”-o bildirib.

    ***17:19

    Böyük Britaniya hökuməti martın 4-də ölkə ərazisində - Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızına qarşı əsəb-iflic qazı vasitəsilə həyata keçirilən hücumla bağlı Rusiyaya qarşı cavab addımlarını açıqlayıb.

    APA-nın xəbərinə görə, baş nazir Tereza Mey parlamentdə çıxışında bu tədbirləri elan edib.

    Bütün əlaqələr kəsildi, London Moskvaya qarşı məxfi tədbirlər hazırlayır

    O, Rusiyanın Britaniyadakı 23 diplomatını ölkədən çıxarmaq barədə qərər qəbul etdiklərini bildirib. O deyib ki, bu diplomatlar Rusiya kəşfiyyatının əməkdaşlarıdır və onlara ölkəni tərk etmək üçün 1 həftə vaxt verilir. “Rusiya bu iyrənc əmələ görə cavabdehdir. Biz onlara izahat üçün vaxt verdik, onlar bu məhlulun Böyük Britaniyaya necə düşdüyünü izah edə bilərdilər, lakin əvəzində sarkazmla reaksiya verdilər və ittihamları inkar etdilər. Heç bir şübhə yoxdur ki, Rusiya hökuməti cənab Skripala və onun qızına qarşı sui-qəsddə günahkardır”, - deyə T. Mey söyləyib.

    Baş nazir Rusiya ilə bütün ikitərəfli təmasları dayandırdıqlarını və bu ölkədə keçiriləcək dünya çempionatına heç bir hökumət nümayəndəsinin və kral ailəsi üzvlərinin qatılmayacağını bəyan edib: "Əvvəlki əlaqələr artıq mümkün deyil".

    T. Mey sanksiyalarla bağlı qanunvericiliyə düzəlişlər təklif edəcəklərini söyləyib. O, hadisə barədə BMT və NATO-da məsələ qaldıracaqlarını da əlavə edib.
    loading...