Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Göbəyinizə bal tökün- BİR NEÇƏ DƏQİQƏ SONRA BAŞ VERƏNLƏR SİZİ DƏHŞƏTƏ GƏTİRƏCƏK
  • Ermənilər yenə həyəcanlandı: “Türkiyənin Naxçıvanda hərbi baza yaratmasına hazırlıq gedir…”
  • Dünya liderlərinin başına gələn ağlasığmaz hadisələr
  • GÖYÇAY RAYONU İNKİŞAF YOLUNDA
  • Qiyamət günü insanın əməllərinə şəhadət verən 9 şahid
  • Rusiyada müəllim və şagirdlərə məktəbdə telefon qadağan ediləcək
  • "BİZ ERMƏNİLƏRİN YANINDAYIQ, BİR QARIŞ DA TORPAQ VERMƏYƏCİK!" - Əziz Tonoyan
  • Nümayişçilərə qarşı “dəhşətli nəhəng” silah tapıldı
  • Azərbaycanda yol polisi ləğv edilə bilər – Vilayət Eyvazovdan inqilabi dəyişiklik
  • Gürcüstanın Azərbaycana borcu açıqlandı.
  • Bakıda Milli Qəhrəmana hörmətsizlik edildi - FOTO
  • DİN NAZİRİ OLİQARX-POLKOVNİKİ İŞDƏN QOVDU! – Dövlət Yol Polisində şok dəyişiklik
  • Putin Mehriban Əliyevaya orden verdi
  • Azərbaycan-Gürcüstan sərhədindən Türkiyəyə qədər məsafə 30 kilometr qısalacaq
  • Yeni kiçikölçülü antena “5G” şəbəkələrinin işini 10 dəfələrlə sürətləndirəcək
  • Yer kürəsinə “təhlükəli” asteroid yaxınlaşır
  • Dünyanı cənginə alan “Tik Tok” nədir? – Maraqlı faktlar
  • Tankçılarımız finalın bir addımlığında - Video
  • Günün ulduz falı: 11 avqust, 2019
  • Yağış sürüşmə zonalarını aktivləşdirdi
  • Çavuşoğlu: Azərbaycanın vizaları ləğv etməsi mühüm hadisədir
  • İsmayıllı: Böyük faciənin astanasındayıq – FAKT
  • İnstagram və WhatsApp-ın adı dəyişiləcək
  • Prezident tapşırıq verdi: Bu məsələ təhlil edilməlidir
  • Ərdoğan gizli silahını ortaya çıxardı: “Atom” bombası…
  • 05 Mar 2018, 06:05   
        315
    Putinin nüvə mühərrikli raket blefi: Rusiya prezidenti nəyə can atır?

    Politoloq: “Rəsmi Moskvanın seçkidən sonra beynəlxalq aləmə yenidən qaba güc nümayişinə cəhd edəcəyi də istisna deyil”


    “Artıq dünyada beynəlxalq hüququn üstünlüyünü qaba güc əvəz edib. Bu baxımdan Putin administrasiyasının seçkidən sonrakı davranışlarının və ABŞ-ın əks reaksiyalarının hansı gərginliyə səbəb olacağını söyləmək çətindir”.

    Bu sözləri politoloq Nəsimi Məmmədli Rusiya prezidenti Vladimir Putinin anons etdiyi yeni strateji silah növləri barədə dediklərini PİA.AZ-a şərh edərkən qeyd edib.

    Məlumdur ki, Rusiya prezidenti Vladimir Putinin Federal Məclis qarşısında ənənəvi illik hesabatı zamanı anons etdiyi yeni strateji silah növləri barədə dedikləri böyük rezonans doğurub. Rezonansın səbəbi isə heç də Putinin yeni silahlarının yaratdığı qorxu hissi deyil, Rusiya prezidentinin olmayan silahları anons etməsi və dolayısı ilə blef üzərindən dünyanı şantaj etməyə çalışmasıdır. Belə ki, Rusiya prezidenti bəyan edib ki, “Sarmat” QBR ağır raketlərinin fəal sınaqlarına başlanıb. Onun çəkisi 200 tondur. Bundan əvvəl bildirilirdi ki, “Sarmat” hərbi istifadəyə 2019-cu ildən veriləcək. Putin habelə “məhdudiyyətsiz mənzilli” qanadlı nüvə raketindən söz açıb. O deyib ki, bu raket aşağı yüksəklikdə uçur, radarlar onu çətin tutur və uçuş trayektoriyası naməlumdur. Putin deyib ki, bu raketin qarşısında indiki və gələcək havadan və raketdən müdafiə sistemləri acizdir. Rusiya prezidenti deyib ki, nüvə enerji qurğusu və “məhdudiyyətsiz uçuş məsafəsi” olan bu raketi 2017-ci ilin sonlarında sınaqdan çıxarıblar. Həmçinin Putin qeyd edib ki, bu raketin əsasında strateji nüvə kompleksləri qurulacaq.

    Putinin çıxışında xüsusi yer alan nüvə mühərrikli, saatda 20 min kilometr sürətlə uça bilən qanadlı raket və yenə də nüvə mühərrikli pilotsuz sualtı aparat, yaxud okeanın bu başından o başına ildırım sürəti ilı şığıya bilən torpedo barədə günlərdir müzakirələr səngimir. Çünki nüvə yanacağı ilə işləyən mühərrik elə həcmdə olmalıdır ki, onu raketə, yaxud torpedoya yerləşdirmək mümkün olsun. Elmə isə belə mühərrik məlum deyil. Çünki nüvə mühərriki nüvə reaktoru deməkdir və bunun da çəkisi ən yaxşı halda onlarla tondur. Çəkisi onlarla ton olan reaktoru isə raketə yerləşdirmək mümkün deyil. Fiziklər də deyirlər ki, raket üçün nüvə mühərriki hazırlamaq texnologiyası yoxdur və ümumiyyətlə, əgər mühərrik mövcud olsa belə, onu illərlə sınaqdan keçirmək, yalnız bundan sonra raketə bərkitmək lazım gələrdi. Lakin Rusiya prezidenti bildirir ki, kiçik qabaritli nüvə mühərrikini hazırlamaq onun alimlərinə müyəssər olub. Çünki yeni tip materialların əldə edilməsi belə mühərriki hazırlamağa imkan verib.

    Bir çox ekspertlərin fikrincə isə Putin nüvə mühərrikli raket və sualtı torpedo barədə danışarkən sadəcə blef edib. “Sarmat” QBR ağır raketlərinə gəlincə isə bu raketin ilkin mərhələdəki sınaq buraxılışı bir neçə dəfə uğursuzluğa düçar olub. Rusiya “Sarmat” QBR ağır raketlərinin gizli sınağını həyata keçirməsi isə imkansız görünür. Çünki orbitdəki peyklər vasitəsi ilə bu raketin sınağı haqqında bir sıra dşvlətlər ətraflı məlumata sahib olardılar. Yəni görünən odur ki, Rusiya prezidenti bilərəkdən həm Rusiya xalqını, həm də dünya ictimaiyyətini aldatmağa cəhd edib və bu yeni silahlanma yarışının başlanmsını tətikləyib. ABŞ-dan gələn xəbərlərdə isə bildirilir ki, Pentaqon Rusiya prezidentinin bu bəyanatından narahat deyil, əksinə generallar Putinin bəyanatına sevinirlər. Çünki büdcədən silahlanmaya daha çox pul ala bilmək üçün əllərinə əla fürsət düşüb. Halbuki yeni silahlanma yarışı Rusiyanın iqtisadi resurslarını tükədə və Rusiyada siyasi-iqtisadi kollapsın baç verməsinə yol aça bilər.

    O da məlumdur ki, Rusiya və ABŞ-ın arsenalında olan nüvə başlıqları dünyanı yox eləmək üçün yetərlidir. Eyni zamanda heç bir Hava Hücumundan Müdafiə sistemləri nüvə başlığı daşıyan raketlərin yaylım atəşinin qarşısını almağa yetərli deyil və hesab olunur ki, nüvə silahından istifadənin qarşısını almaq üçün hazırda istifadədə olan nüvə başlıqları kifayətdir.

    Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Nəsimi Məmmədlinin fikirlərini öyrənib.

    Putinin nüvə mühərrikli raket blefi: Rusiya prezidenti nəyə can atır?

    Putinin iqtidarının beynəlxalq dəstəyinin yox səviyyəsində olduğunu vurğulayan politoloq Nəsimi Məmmədli PİA.AZ-a açıqlamasında qeyd edib ki, Rusiya ilə bağlı beynəlxalq böhran dərinləşməyə doğru inkişaf edəcək:

    “Rusiya şirkətlərinə və hökumət üzvlərinə qarşı tətbiq edilən sanksiyalar tədricən ölkəyə sosial-iqtisadi təsirlərini göstərməyə başlayıb. Bu tendensiya zamanla Rusiyanı gərginliyə sürükləyəcək. Rusiya böyük ərazisi və resursları olan dövlət olsa da, ondan səmərəli istifadə edə bilən hökuməti yoxdur. Putin iqtidarının Rusiyanı hazırkı sosial-siyasi durumda uzun müddət ağrısız idarə edə biləcəyini demək çox çətindir. Artıq bütün ölkə iqtisadi böhranı hiss edir və siyasi fəallıq yüksəlir. İstisna deyil ki seçki ərəfəsində belə bəyanatlarla ölkənin millətçi kəsiminin dəstəyini almaq, müxalif qüvvələri və cəmiyyəti qorxutmaq, həmçinin beynəlxalq tərəfdaşlarını rahatlatmağa yönəlik cəhdlər edilir.

    Putin administrasiyası indi çətin seçim qarşısındadır. Nə ölkədə demokratik islahatlara keçid üçün münbit şərait var, nə də daha da sərt rejimə keçid etməyə siyasi resurslar. Hər iki hal Rusiyaya sürprizlər yarada bilər. Ölkə daxilində və xaricində mövqelərini qoruyub saxlamaq üçün yalnız güc müstəvisində siyasətin uğur gətirəcəyinə ümid edən hökumət məhz ona uyğun davranır.

    Nəsimi Məmmədli: “Çox güman ki, Rusiya xarici siyasətində “yaxın xaric” adlandırdığı ölkələrlə bağlı gözlənilməz yeni addımlar atacaq”.

    Rəsmi Moskvanın seçkidən sonra beynəlxalq aləmə yenidən qaba güc nümayişinə cəhd edəcəyi də istisna deyil. Bununla həm daxili auditoriyanı sabit saxlamaq, həm də beynəlxalq müstəvidə danışıqlarda müəyyən güzəştlərə ümid edilir. Çox güman ki, Rusiya xarici siyasətində “yaxın xaric” adlandırdığı ölkələrlə bağlı gözlənilməz yeni addımlar atacaq. Orta Şərqdə mövqelərini möhkəmləndirməyə əlavə cəhdlər edəcək, habelə Avrasiya İqtisadi İttifaqı çərçivəsində işləri tamamlamaq istiqamətində fəal olacaqdır.

    Çağdaş dünya siyasətində yeni mərhələ başlayıb. Beynəlxalq münasibətlərdə BMT öz funksionallığını xeyli itirib və münasibətlər real güc üzərində cərəyan edir. Bu halın yaranmasında totalitar dövlətlərin beynəlxalq hüquqa məhəl qoymayaraq həyata keçirdikləri siyasətin bəşəriyyətə vurduğu ağır zərbələr, habelə, ABŞ-ın “Antiterror” əməliyyatları adı altında Orta Şərqdə həyata keçirdiyi siyasətin də həlledici rolu oldu.

    Artıq dünyada beynəlxalq hüququn üstünlüyünü qaba güc əvəz edib. Bu baxımdan Putin administrasiyasının seçkidən sonrakı davranışlarının və ABŞ-ın əks reaksiyalarının hansı gərginliyə səbəb olacağını söyləmək çətindir. ABŞ Orta Şərq böhranını İrana doğru genişləndirməklə, hərbi qarşıdurmalara yeni oyunçuların qoşulmasına nail olmaqla Rusiyanı daha da çətin duruma sürükləməyə cəhd edəcək. Onsuz da Putin iqtidarının beynəlxalq dəstəyi yox səviyyəsindədir və bu hal dərinləşməyə doğru inkişaf edəcək. Dünyanın yeni qlobal təhlükəyə yaxınlaşması son bir neçə ildir müşahidə edilir”.

    Nərminə UMUDLU
    pia.az
    loading...