Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Koronavirus Uhan bazarından yayılmayıb - İDDİA
  • Bu gün Uhud döyüşü və həzrət Həmzənin şəhadət günüdür
  • Rayonlara gediş-gəlişin bərpası ilə bağlı açıqlama
  • İranda silahlı qruplaşma üzvləri ilə sərhədçilər arasında atışma olub, ölənlər var
  • Osmanlı dövləti haqda mobil oyun avstraliyalı qızı müsəlman etdi...-İBRƏTAMİZ-VİDEO
  • Azərbaycanda Respublika Günü qeyd edilir
  • İran şokda: Pulların üzərində "Yaşasın Azərbaycan" şüarı - FOTO
  • Ermənilərin atdığı ehtimal edilən top mərmisi tapıldı
  • Pakistanda baş verən “A-320” qəzasının şok sirləri – Elmi-lədun
  • Bakıda mağazalara girdi, hamının borcunu ödədi - Video
  • "Ermənilər Şuşada törətdikləri təxribatla xalqımızın əsəblərini tarıma çəkmək istədilər"
  • Ermənistanı yerlə-yeksan edəcək sistem: Azərbaycanın elə gizli silahları var ki... - General SİRLƏRİ AÇDI
  • Ramazanda fitrə nə vaxtadək verilməlidir? - VİDEO
  • Deputat: Əhali təkidlə müharibə istəyir... – Video
  • Azərbaycan əsgəri, Şuşanı Vur, Xankəndini Vur!
  • Araikdən yeni provokasiya: “məclis”i Şuşaya köçürür
  • Mumiyalarla bağlı yeni kəşf
  • DTX Elçin Quliyevin müavinini belə saxladı - Əməliyyatın VİDEOSU
  • "Qeyrəti olan hər vətəndaş bu gün Ali Baş Komandanın Şuşa ilə bağlı əmrini gözləyir…"
  • Şəhidlər məzarının istinad divarı uçuruldu.
  • Koronavirusu bir saniyədə tapan lazer icad olundu
  • Pandemiyadan sonra meqapolislərdə həyat hansı formada olacaq?
  • Ulduz falı - 19 MAY
  • Alimlərdən korona ilə bağlı növbəti tədqiqat
  • Laçının işğalından 28 il ötür
  • 20 Şub 2018, 18:30   
        577
    Əgər Türkiyə bu əməliyyatı uğurla başa çatdırarsa… - Şərh


    Türkiyə, İran və Rusiya prezidentlərinin apreldə gözlənilən üçtərəfli görüşü hələ ki, ehtimaldır.

    XEBERTV.AZ xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında analitik Elçin Mirzəbəyli deyib. Analitik bunun səbəbini aprelə qədər regionda və dünyada tərəflərin münasibətlərinə təsir göstərə biləcək hadisələrin baş verə biləcəyi ilə izah edib:

    “Türkiyə Suriya ərazisində “Zeytun budağı” əməliyyatı həyata keçirir. Bu, türk əsgərinin son illər ərazində həyata keçirdiyi ən geniş hərbi əməliyyatdır. İran və Rusiya “Zeytun budağı” əməliyyatı və Türkiyənin Suriyadakı hərbi mövcuduğu ilə bağlı kəskin bəyanatlar verməsələr də, proseslərin Moskva və Tehran tərəfindən narahatlıqla qarşılandığı açıq-aşkar hiss olunur. Əgər Türkiyə “Zeytun budağı” əməliyyatını uğurla başa çatdırarsa, şübhəsiz ki, bu, Ankaranın həm regional, həm də beynəlxalq müstəvidə mövqelərini möhkəmləndirəcək”.

    E.Mirzəbəyli bildirib ki, əməliyyatlar aprel ayına qədər başa çatarsa, o zaman üçtərəfli görüşün baş tutacağını və nəticə etibarilə Ankaranın maraqlarının təmin ediləcəyini gözləmək olar:

    “Son dövrlərdə Suriya böhranı çərçivəsində diqqəti cəlb edən önəmli məqamlardan biri də İsraillə İran arasındakı ritorikanın güclənməsidir. İranın Suriyadakı hərbi bazaları haqqında yayılan məlumatlar və İsrailin bu bazaları özünə təhlükə etdiyini bildirməsi Təl-Əvivin də Suriyaya açıq müdaxilə edə biləcəyi ehtimalını yarada bilər. Belə olduğu təqdirdə isə Suriya böhranın mahiyyətində ciddi dəyişikliklərin baş verəcəyi istisna deyil”.

    Qeyd edək ki, Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov apreldə Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğan, İran Prezidenti Həsən Ruhani və Rusiya Prezidenti Vladimir Putinin görüşü üçün hazırlıqların aparıldığını bildirib.
    loading...