Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Qiyamət günü insanın əməllərinə şəhadət verən 9 şahid
  • Rusiyada müəllim və şagirdlərə məktəbdə telefon qadağan ediləcək
  • "BİZ ERMƏNİLƏRİN YANINDAYIQ, BİR QARIŞ DA TORPAQ VERMƏYƏCİK!" - Əziz Tonoyan
  • Nümayişçilərə qarşı “dəhşətli nəhəng” silah tapıldı
  • Azərbaycanda yol polisi ləğv edilə bilər – Vilayət Eyvazovdan inqilabi dəyişiklik
  • Gürcüstanın Azərbaycana borcu açıqlandı.
  • Bakıda Milli Qəhrəmana hörmətsizlik edildi - FOTO
  • DİN NAZİRİ OLİQARX-POLKOVNİKİ İŞDƏN QOVDU! – Dövlət Yol Polisində şok dəyişiklik
  • Putin Mehriban Əliyevaya orden verdi
  • Azərbaycan-Gürcüstan sərhədindən Türkiyəyə qədər məsafə 30 kilometr qısalacaq
  • Yeni kiçikölçülü antena “5G” şəbəkələrinin işini 10 dəfələrlə sürətləndirəcək
  • Yer kürəsinə “təhlükəli” asteroid yaxınlaşır
  • Dünyanı cənginə alan “Tik Tok” nədir? – Maraqlı faktlar
  • Tankçılarımız finalın bir addımlığında - Video
  • Günün ulduz falı: 11 avqust, 2019
  • Yağış sürüşmə zonalarını aktivləşdirdi
  • Çavuşoğlu: Azərbaycanın vizaları ləğv etməsi mühüm hadisədir
  • İsmayıllı: Böyük faciənin astanasındayıq – FAKT
  • İnstagram və WhatsApp-ın adı dəyişiləcək
  • Prezident tapşırıq verdi: Bu məsələ təhlil edilməlidir
  • Ərdoğan gizli silahını ortaya çıxardı: “Atom” bombası…
  • Günün ulduz falı: 27 iyul, 2019
  • İşğal olunmuş torpaqlarda ermənilər tərəfindən yeni yolun çəkilməsinə XİN-dən REAKSİYA
  • Dahilər dahisi
  • Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür
  • 15 Şub 2018, 07:28   
        467
    Zəngəzur Azərbaycana qaytarılır? – Müqavilə qüvvədən düşdü – ŞOK AÇIQLAMA


    Ötən gün millət vəkili Rasim Musabəyovun Ermənistanın “Armİnfo” agentliyinə müsahibəsində səsləndirdiyi fikirlər bəzi tərəflər arasında müzakirə mövzusuna çevrilib.

    Müsahibəsi zamanı millət vəkili “etimad səviyyəsinin artırılması və qarşıdurmaların azaldılması növbəti addıma keçməyə imkan verəcək, bu zaman Dağlıq Qarabağın siyasi dialoqa qoşulmasına və xarici bazarlara çıxış əldə etməklə təsərrüfat-iqtisadi fəaliyyət həyata keçirməsinə imkan verən aralıq statusunu razılaşdırmaq olar. Əvəzində isə daha 2-3 rayonu azad etmək olar” deyib. (daha ətraflı burada)

    Zəngəzur Azərbaycana qaytarılır? – Müqavilə qüvvədən düşdü – ŞOK AÇIQLAMA

    Millət vəkilinin fikirlərinə reaksiya verən jurnalist Eynulla Fətullayevin şəxsi feysbuk səhifəsində Rasim Musabəyovun və onun babası ilə bağlı yazdıqları diqqət çəkib: “Rasim Musabəyovun babası bolşevik Qəzənfər Musabəyov düz 100 il bundan öncə Qarabağın Ermənistana verilməsinə dəstək vermişdi! Məşhur üçlük – Əliheydər Qarayev-Mirzədavud Hüseynov-Musabəyov. Tarix necə də təkrar olunur”.

    Mövzunu Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə davam etdirmək istədik. A24.az-a açıqlamasında partiya sədri millət vəkilinin Dağlıq Qarabağa müxtariyyətin verilməsi ilə bağlı təklifi haqda bunları söylədi:

    “Əvvəla, heç vaxt nə Demokratik Cümhuriyyət vaxtında, yəni Əliheydər Qarayevin, yaxud Musabəyovun vaxtında Dağlıq Qarabağ Ermənistana verilməyib. Dağlıq Qarabağa müxtariyyət 1924-cü ildə verildi. O zamanlar Mikoyanın da biləvasitə Dağlıq Qarabağa müxtariyyətin verilməsi ilə bağlı imzası var. Həmin qərarda da yazılıb ki, Qarabağa bir şərtlə muxtariyyət verilir ki, heç vaxt ermənilərə Azərbaycandan ayrılmaq məsələsi qoyulmasın. Yəni Dağlıq Qarabağ ermənilərə verilmədi. Nəinki Musabəyov, hətta ondan qabaqkı şah dövründə belə Qarabağın, ümumiyyətlə, ermənilərə verilməsi ilə bağlı heç vaxt fikir olmayıb. Nə sovetlər, nə bolşeviklər, nə kommunistlər, nə müsavatçılar, nə də şahsevənlər Qarabağın ermənilərə verilməsi ilə bağlı heş vaxt hər hansı bir sazişə imza atmayıb, fikir deməyiblər. Ona görə də bu tamamilə yanlış bir fikirdir, guya bizim tariximizdə kimlərsə Qarabağın ermənilərə verilməsini istəyib, razılaşıblar. Belə bir hal olmayıb. Onun o dediyi Musabəyovdur, Qarayevdir, Ayna Sultanovadır, Həmid Sultanovdur və sairə, bunlar Rusiyaya birləşdirilməsinin, Müsavat hökumətinin istefa verməsinin və Azərbaycanın Rusiyaya birləşməsinin tərəfdarı olublar. Çünki onlar Rusiya Kommunist Partiyasının Azərbaycan bölməsinin rəhbərləri olub. Onlar hesab edib ki, Azərbaycan Rusiyanın tərkibinə daxil olmalıdır. Ona görə də Müsavat Demokratik Cümhuriyyətin süqut etməsində Əliheydər Qarayev, xüsusilə bu müstəvidə xidmətlər göstərib. Hətta Parlamentin iclasında cibindən silah çıxarıb, ordakıları hədələyirdi ki, 11-ci Qızıl orduyla birlikdə hamınızı qıracam. Yəni bu baxımdan o adamların günahı belə deyək də istiqlalın əleyhinə çıxmasında, Qarabağın verilməsində, ümumiyyətlə verilməyib axı, belə bir fakt olmayıb. Qarabağa əvvəldə qeyd etdiyim kimi muxtariyyət 1924-cü ildə verilib, o da məlumdur kim imzalayıb və hansı şərtlər daxilində… Ona görə də o məlumat qeyri-dəqiqdir.


    O ki, qaldı Musabəyovun fikrinə, 2-3 rayonu işğaldan azad etməklə olsa belə, yenə Türkiyə ilə biz dolayısı rabitə yaradacağıq. Çünki Naxçıvanla Azərbaycan arasında vaxtilə Demokratik Cümhuriyyətinin Ermənistana verdiyi bir ərazi var, indiki Ermənistanın Sisiyan rayonudur. O vaxtı Zəngəzur mahalı adlanırdı. Həmin Zəngəzur mahalı bir şərtlə ermənilərə verildi ki, onlar Azərbaycana daha torpaq iddiası etməsinlər. Çox təəssüf ki, ermənilər Zəngəzuru aldılar, amma həmin gündən də əlavə torpaq iddiası etməyə başladılar. Biz gərək ərazi iddiaları etdiklərinə görə Ermənistana verilən, həmin müqavilə qüvvədən düşdüyünə görə, ermənilərə könüllü verdiyimiz torpaqları geri almalıyıq, Zəngəzur mahalını da… Onda hə, Zəngəzur mahalını geri alsaq, Azərbaycanın Türkiyə ilə birbaşa yolu açılar.


    Zəngəzur Azərbaycana qaytarılır? – Müqavilə qüvvədən düşdü – ŞOK AÇIQLAMA
    Əgər Azərbaycanın imkanı varsa, bu rayonları növbəyə qoymağa ehtiyac yoxdur. Azərbaycan son qarış torpağını işğaldan azad etmək üçün mübarizəsini davam etdirməlidir. Bunun sonrası, əvvəli yoxdur. Ona görə də məsələni bu cürə qoymaq bir az qeyri-şərti bir yanaşmadır mənim üçün. Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad etməlidir və tarixən müəyyən şərtlər daxilində Ermənistana verilən torpaqları, o cümlədən Yerevannın (100 illliyi tamamlanıb, o da müqavilə ilə Ermənistana verilib) yenidən müzakirə edilməsi şərti ilə, müəyyən şərtlərlə verilən Zəngəzurun (həmin şərtləri ermənilər pozub, ermənilərin Dağlıq Qarabağa yerləşdirilməsində) Azərbaycana qaytarılması ilə bağlı məsələni gündəmə çıxarmalıdır. 1918-ci ildə bağlanmış müqavilələr ermənilərin günahları ucbatından öz hüquqi qüvvəsini itirdiyinə görə, Azərbaycan bütün qanuni torpaqlarına iddia qaldırmalıdır. İndi biz ancaq Qarabağı azad etməkdən danışırıq, ancaq dediyim kimi Azərbaycanla Ermənistan arasında qarşılıqlı razılaşma əsasında Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistana verilməsi məsələsini ermənilər o müqaviləni pozduqları üçün həmin torpaqları geri qaytarmalıyıq”.
    loading...