
Türkiyənin Sakarya şəhərinin mərkəzində böyük bir prospektə “Qarabağ” adı veriləcək.
Bu barədə Sakaryanın Qarasu rayon bələdiyyəsində protokol imzalanıb.
Qarasu rayon bələdiyyəsinin sədri Məhməd İspiroğlu, Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin rəhbəri, Milli Məclisin deputatı Qənirə Paşayeva, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADF) sədri Bilal Dündar və TADF-in Sakarya üzrə təmsilçisi Aliq Bağırov tərəfindən imzalanan sənəddə qeyd olunur ki, bu qərar Azərbaycan-Türkiyə qardaşlığını tərənnüm etməklə bərabər, zəngin tariximizə aid həqiqətləri yaşatmaq məqsədi daşıyır.
Məhməd İspiroğlu vurğulayıb ki, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündarın təklifi əsasında rayonda ən qısa zamanda “Azərbaycan” adında geniş bir park salınacaqdır.
axar.az