Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Dinozavrlar hələ də yaşayır? - Şok sübutlar
  • "Ağdamlıların yox, hamının müharibəsi - gecənin yaratdığı ovqat..."
  • Gənclər Ağdama getdi: Döyüşə girmək istəyirik! – Foto
  • Müdafiə Nazirliyi şəhidlərimizin adlarını açıqladı
  • Ermənistan ağır itkilər verdi: 30 ölü, onlarla yaralı... - FAKTLAR
  • Rusiyalı həkimlər Azərbaycana gəlirlər
  • Dünyanı gələcəkdə gözləyən qarşısıalınmaz təhlükə - 11,2 milyard insan...
  • Arazın suyu mədə xərçənginə səbəb olur - Şok
  • Nazirlik əhaliyə bildirişlər göndərməyə başladı
  • Balansını artır, Azercell-dən “Umico”ya ikiqat keşbək qazan!
  • Kasıb ölkələrdəki insanlar öləcək? Dözülməzdir - Prezident
  • AZƏRBAYCANIN CƏSUR OĞULLARI HEÇ VAXT UNUDULMUR
  • Karantin nə qədər davam edəcək?.. - Prezident
  • 2021-də yaşanacaq fəlakətlər göstərildi... - Video
  • Görür: Bu şəhərlərdə güclü zəlzələlər olacaq
  • İyulun 20-dək yalnız bu sahələrin fəaliyyətinə icazə verilir - SİYAHI
  • Yeni seçilən deputatların mobil nömrələri - TAM SİYAHI
  • “Günəşsiz, dənizsiz, meyvəsiz qalan insanlar payızda “çökəcək”” – Həkim xəbərdarlıq edir
  • İlham Əliyev Trampa məktub göndərdi
  • Koronavirusun yayılmasına təsir edən amillər açıqlandı
  • Koronavirusa yoluxanlar bu halda həbs ediləcək - TƏBİB-dən XƏBƏRDARLIQ
  • Rayonlara gediş-gəlişə nə zaman icazə veriləcək? - Prezidentin köməkçisi açıqlayır
  • Bu şəxslərin icazəsi LƏĞV EDİLƏCƏK - RƏSMİ
  • Payızda İKİNCİ DALĞA GƏLİR? - TƏBİB-dən əhaliyə ÇAĞIRIŞ
  • Operativ Qərargahın brifinqi - Canlı
  • 07 Şub 2018, 08:15   
        554
    Gennadi Züqanov: “Bakı Cənubi Qafqazın mərkəzinə çevrilib”

    “Çox rəmzi haldır ki, bu gözəl sərginin açılışı böyük Stalinqrad döyüşünün 75-ci ildönümünü qeyd etdiyimiz vaxta təsadüf edir. Azərbaycan və Bakı o dövrdə tarixi rol oynayıb. Bunu bütün ölkə, biz hamımız xatırlayırıq və buna görə minnətdarıq”.

    Rusiyanın Kommunist Partiyasının lideri Gennadi Züqanov bu sözləri Azərbaycan ilə Rusiya arasında diplomatik münasibətlər yaradılmasının 25 illiyi münasibətilə Rusiya Dövlət Dumasında sərginin açılışı mərasimində söyləyib.

    Azərbaycan ilə Rusiyanın həmişə çox sıx, səmimi və mehriban münasibətləri olduğunu vurğulayan RF KP lideri deyib: “Bu münasibətlər mənim üçün ikiqat əzizdir. Mənim atam Odessa uğrunda döyüşlərdə iştirak edib, Sevastopolu müdafiə edərkən ağır yaralanıb. Bakıda hospitalda müalicə olunub, oradakı həkimlər və şəfqət bacıları beş cərrahi əməliyyatdan sonra onu həyata qaytarıblar. Mən uşaq olarkən atam Azərbaycanda gördüyü xoş münasibət, insanların xoş xasiyyəti barədə danışır, deyirdi ki, bu respublikanın sakinləri rus dilini çox yaxşı bilirlər…

    Mənə Heydər Əliyevlə yaxından tanış olmaq xoşbəxtliyi nəsib olub. Heydər Əliyev bu gün onun oğlu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ləyaqətlə davam etdirdiyi müasir siyasətin memarı olub”.

    G.Züqanov xüsusi qeyd edib ki, Azərbaycanda rusdilli əhalinin ölkəni tərk etməməsi üçün lazım olan bütün işlər görülüb. O deyib: “Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarananda Heydər Əliyev şəxsən özü rus icmasına gəlib, orada insanlarla görüşüb və açıq bəyan edib ki, onların təhlükəsizliyinin qarantı olacaq. Həqiqətən o, sülhün bərqərar olması üçün nə mümkündürsə edib. Azərbaycanın bütün məktəblərində rus dili yaxşı səviyyədə tədris edilir. Mən Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bitirdiyi məktəbdə oldum. Orada şagirdlər A.S.Puşkinin əsərlərinin motivləri əsasında hazırlanmış tamaşanı çox böyük ustalıqla təqdim etdilər. Gəlin bu münasibətlərin daha da möhkəmlənməsi üçün əlimizdən gələni edək, xüsusən ona görə ki, ali səviyyədə qarşılıqlı anlaşma və dəstək var”.

    RF KP fraksiyasının rəhbəri vurğulayıb ki, Bakı Cənubi Qafqaz regionunun mədəni mərkəzinə çevrilib. O, sonda deyib: “Dünyada ən yaxşı dənizkənarı bulvar Bakıdadır. Orada dəniz, yaşıllıqlar, gözəl istirahət zonaları və insana xidmət edilməsi ilə bağlı hər cür şərait var. Bakı bütün regionun mədəni mərkəzinə çevrilib. Orada Asiya partiyalarının liderlərinin görüşü keçiriləndə tədbir iştirakçıları heyranlıqla gördülər ki, bütün əhalinin inamlı və davamlı inkişafı üçün mövcud sərvətlər ağlabatan şəkildə idarə edilsə, çox şeyə nail olmaq mümkündür”. (AzərTAc)
    loading...