Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Bakının düşmən işğalından azad edilməsinin 101 illiyi münasibətilə mərasim keçirilib
  • İbtidai insanların mükəmməl alətləri tapıldı - İsraildə
  • Əhaliyə ölmüş heyvan ətləri satan “Leş Tofiq” və dəstəsi ifşa edildi – FOTOLAR
  • TARİXİ KƏŞF: insanlar Yer kürəsindən başqa planetdə yaşaya biləcək
  • 10 UŞAQ ATASI ÖLKƏ BAŞÇISINDAN ONA YARDIM OLUNMASINI İSTƏDİ
  • Süni intellekt sistemləri üçün qlobal xərclər 98 milyard dollara çatacaq
  • Gürcüstan işğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” və onun nəticələrini tanımır
  • İnsanlar ölümdən əvvəl nə hiss edir - Alimlərdən AÇIQLAMA
  • Bakıda üç saat əvvəl alınmış telefonu mağaza geri qaytarmadı - Qanun kimin tərəfindədir?
  • "Nə? Harada? Nə zaman?" 15 il sonra Azərbaycana qayıdır — Rekord sayda ölkə iştirak edəcək
  • Qara dəliyin şəklini çəkənlərə 3 milyon dollar verdilər
  • Bu gün bəzi yerlərə leysan yağacaq, dolu düşəcək
  • Ermənistan Rusiyadan yeni hərbi texnika aldı
  • Türkiyə dəhşətli raketini sınaqdan keçirdi - Video
  • İsrail kəşfiyyatı Türkiyənin S-400 komplekslərini görüntülədi- FOTO
  • "Rayonlarda qohumlar arasında seks inanılmaz dərəcədədir" — Yazıçı Aysel Əlizadə
  • Çingizxan harada dəfn olunub? – Qəbrini 800 ildir axtarırlar
  • ŞOK !!! Göygöl rayonunda iki erməni tutuldu, kəndin fotolarını çəkirmişlər
  • Azərbaycanda təhlükəsizlik orqanına rəhbərlik edənlərin yarısı azərbaycanlı olmayıb - TAM SİYAHI
  • Rusiyada meyvə mübahisəsi: Azərbaycan şirkətindən 9 min dollardan çox pul alındı
  • Əgər bizdə toxunulmazlıq ləğv edilsəydi... – Sensasion şərh
  • Aztəminatlı ailələrin birinci sinif şagirdlərinə hədiyyələr veriləcək
  • Rusiya hərbi bazasına hücum oldu
  • Feysbukla bağlı inanılmaz iddia: "Layk" sayı gizlədiləcək
  • "Bütün qız uşaqlarının təhsil haqqı dövlət tərəfindən ödənilsin" - deputatdan təklif
  • 03 Şub 2018, 19:57   
        375
       Moskvada Azərbaycana qarşı TƏXRİBAT


    Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda (MQİMO) keçirilən elmi-praktiki seminarda Azərbaycana qarşı təxribat cəhdinin qarşısı alınıb.

    XEBERTV.AZ APA-ya istinadən xəbər verir ki, MQİMO-da keçirilən "Qafqaz keçmişdə və indi (cəmiyyət və siyasət, iqtisadiyyat və mədəniyyət)" adlı seminarın 27-ci iclasında İnstitutun "Qafqaz problemləri və regional təhlükəsizlik Mərkəzinin baş elmi əməkdaşı, ermənipərəst Vadim Muxanovun "1918-ci ilin Şamxor faciəsi: tarix, gedişi və nəticələri" (Шамхорская трагедия 1918 г.: предьстория, ход и последствия) adlı məruzəsi dinlənilib.

    Tədbirdə azərbaycanlı alimlərin iştirakına qadağa qoyulub. Təkidlərdən sonra azərbaycanlı tarixçilər tədbirə buraxılsa da, təşkilatçılar tədbirin media üçün nəzərdə tutulmadığını əsas gətirərək, azərbaycanlı jurnalistlərə bu imkanı yaratmayıblar.

    V. Muxanov yazdığı kitaba dair məruzəsində Şəmkir hadisələri zamanı güya azərbaycanlıların I Dünya müharibəsindən qayıdan rus əsgərlərini vəhşicəsində qətlə yetirdiyini, Azərbaycan ərazisində onların başına qırğınlar gətirildiyini qeyd edib. Müəllifin fikrincə, həmin dövrdə azərbaycanlıların bu fəaliyyəti Qafqazda vətəndaş müharibəsinə səbəb olub. Bundan əlavə, ermənipərəst müəllif monoqrafiyasında Azərbaycan xalqını təhqir edib. O, azərbaycanlıları "müsəlman bandası", "tatar şaykası" adlandırıb.

    Tədbirdən sonra APA-nın suallarını cavablandıran Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aparıcı elmi əməkdaşı, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidinin Vadim Muxanovun Azərbaycanın elm dairələrinə çoxdan məlum olduğunu söyləyib: "Onun Azərbaycanla bağlı mövqeyini yaxşı bilirik. Əslində Azərbaycan Demokratik Respublikasının yaradılmasının 100 illiyi ərəfəsində bu kitabın nəşri və onunla bağlı məruzə hazırlanması təsadüfi deyil. Seminarda bildirdim ki, Azərbaycanda müəllifin monoqrafiyada əsk olunan fikirlərinin qərəzli olduğu qənaəti hakimdir. 1918-ci ilin yanvarın 8-12-də Şəmkir stansiyasında baş verən hadisə hərbi əməliyyat olub. Zaqafqaziya Komissarlığının tələbi əsasında buraxılmış rus hərbi hissələri Cənubi Qafqazı tərk edərkən silahlarını təhvil verməli, həmin silahlar milli hissələrin təchiz olunmasına yönəldilməli idi. Lakin rus qoşun hissələrinin çoxu silahları təhvil vermək istəmir. Gürcüstan və Azərbaycandan keçib, şimala gedən hərbi eşelonların bir qismi bolşeviklərin, digər qismi isə rus qoşunlarında olan erməni hərbçilərin təhriki ilə silahlarını Bakıda Stepan Şaumyanın başçılıq etdiyi bolşevik-daşnak qüvvələrinə təhvil verirdi.

    Sual verdim ki, müəlif həmin hərbi hissələrin statusunu necə müəyyənləşdirib? Muxanov monoqrafiyada onları rus əsgəri adlandırır. O, sualıma cavab verə bilmədi. İkinci sualım belə oldu ki, vətəndaş müharibəsi deyəndə nəyi nəzərdə tutub. Kitabda azərbaycanlılar və gürcülər bolşevik hakimiyyətini qəbul etmədiklərinə görə günahlandırılırlar. Onu da soruşdum ki, kitabda ermənilərə niyə yer verilməməsi ilə bağlı idi?

    Kitabda Zaqafqaziya ölkələrindən bəhs edilsə də, ermənilərin fəaliyyətindən söz açılmayıb. Muxanov ümumi sözlərlə suallara cavabdan yayındı".

    S.Rüstəmova-Tohidi bildirib ki, erməni alimlər onun çıxışına mane olmağa çalışıblar.

    S. Rüstəmova-Tohidi Azərbaycan əleyhinə olan bu tədbirin MQİMO-da keçirilməsinin çox təəssüf doğurduğunu vurğulayıb.

    Tədbirdə çıxış edən Rusiyada fəaliyyət göstərən tarix elmləri namizədi Eldar Abbasov V. Muxanovun yazdığı monoqrafiyada heç bir tarixi mənbədən istifadə etmədiyini bildirib: "Ona sualım da məhz bununla bağlı idi. Muxanov tarixi mənbəsini açıqlaya bilməzdi, çünki onun mülahizələri heç bir tarixi mənbəyə söykənmirdi".

    Tədbirdə iştirak etməsinə baxmayaraq, çıxış imkanı verilməyən rusiyalı tarixçi-alim, erməni tarixi ilə bağlı saxtakarlıqları üzə çıxaran çoxsaylı monoqrafiyanın müəllifi Oleq Kuznestov MQİMO-da Qafqazşünaslıq problemləri ilə bağlı tədbirlərin müntəzəm keçirildiyini söyləyib: "Bu tədbir bir tərəfdən akademik, digər tərəfdən isə formal xarakter daşıyırdı. Bu cür tədbirlərdə monoqrafiyalar müzakirə olunur və onların nəşr olunmasına tövsiyyə verilir. Tədbirin keçirilməsinə əsas məqsəd Vadim Muxanovun bu monoqrafiyasının iki ay sonra, aprel ayında, məhz Azərbaycan Demokratik Respublikasının yaradılmasının 100 illiyi ərəfəsində çapdan çıxarmaqdır. Bu işin əsas məqsədi Azərbaycan xalqının müstəqillik əldə etməsinin 100 illiyi ilə bağlı keçirəcək tədbirlərə kölgə salmaqdan, ləkə yaxmaqdan ibarətdir".
    loading...