Xəbər lenti
Axtar
Ən çox oxunan
  • “Qarabağı geri almağın əsl zamanıdır, bir də belə imkan ələ düşməyəcək” – POLİTOLOQ…
  • Azərbaycan Tibb Universitetində dərslər onlayn şəklində davam etdirilir
  • Temperatur aşağı enəcək - Nazirlikdən xəbərdarlıq
  • Koronavirusun yayılmasının qarşısını alan ƏN EFFEKTLİ ÜSUL açıqlandı
  • Koronavirus heyvanlar arasında da yayılır
  • Koronavirusa görə dünyanı aclıq gözləyə bilər
  • Bu şəxslər aptek, bank və dükana gedərkən SMS göndərməyəcək - AÇIQLAMA
  • Təsdiqləndi: 158 mindən çox şəxs evdən çıxa bilər
  • Bu virus bütün insanları xilas edəcək – Video
  • Yapon alimlərdən virusun hava ilə yayıldığını sübut edən - Video
  • Dünya şöhrətli PROFESSORDAN sevindirici xəbər: Koronavirus tezliklə bitəcək!
  • 27 ildir Kəlbəcər işğal olunub
  • Günün ulduz falı: 2 aprel, 2020
  • Alman ekspertlərdən şok proqnoz: Qıtlıq yaranacaq...
  • Dövlət kimə nə qədər PUL VERƏCƏK? - Əhaliyə ayrılacaq maddi yardımla bağlı SİYAHI AÇIQLANDI (VİDEO)
  • Hamı maska taxmalıdır: Bütün dünya bu qərara doğru gedir - Video
  • "Mənim kim olduğumu bilirsiniz, tanıyırsınız" - Mübariz Mənsimovdan Ərdoğana müraciət...
  • ÜST Azərbaycanın koronavirusla bağlı atdığı addımları TƏQDİR ETDİ
  • Bu gün Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclası keçirilib. İlk dəfə onlayn iclas tətbiq olunub.
  • Dövlətdən vətəndaşa 2,5 milyard manat
  • Günün ulduz falı: 1 aprel, 2020
  • SON DƏQİQƏ: Bu ölkəyə METEORİT DÜŞDÜ - Çox sayda ölü var/Yüzlərlə ev dağıldı (VİDEO)
  • COVID-19-a qarşı vaksin 2021-ci ilin əvvəlində istifadəyə hazır ola bilər
  • Sabahdan hava dəyişir - XƏBƏRDARLIQ
  • Kimlərin koronavirusa yoluxma riski daha yüksəkdir? - Alimlər SİRLƏRİ AÇDI
  • 01 Şub 2018, 03:56   
        290
    İşğal planı niyə BAŞ TUTMADI? – Rusiyalı şərhçidən sensasiyalı İDDİALAR


    “Fərdi sanksiyaların tətbiqi olmadan dərc edilmiş “Kreml məruzəsi” hədəfin optik nişanla işarələnməsidir. Həmin siyahıya salınan şəxslərdən hər biri sanksiyaların altına düşə bilər”.

    XEBERTV.AZ Publika.az -a istinadən xəbər verir ki, bu fikirlər “Russkaya Monitor” nəşrinin müxbiri ilə söhbətində maliyyəçi və siyasi şərhçi Slava Rabinoviç deyib.

    Yanvarın 29-da ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan “Kreml məruzəsi”ni dərc edib. Bu haqda ABŞ Maliyyə Nazirliyinin xəbərində deyilir.

    Siyahıda 96 Rusiya biznesmenin və 114 siyasətçinin adı var.

    Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp administrasiyasında ehtiyat addımlar var və onlar Rusiyanın qarşıdakı dövrdə davranışından asılı olaraq.

    Sanksiyaların az olması və yaxud da onların işləməməsi barədə Ukrayna hakimiyyəti, şərhçilər və jurnalistlərin fikrinə gəlincə, Rabinoviç bununla razılaşmadığını bildirib: “Əslində bu belə deyil. Krımın zəbt edilməsindən sonra Ukraynanın şərqində müharibə başlayanda Rusiya prezidenti Vladimir Putinin ritorikası çox sərt idi. O, 2014-cü ilin mart-aprel aylarından başlayaraq dəfələrlə az qala bütün dünyada rusdilli əhalinin birliyi və onların müdafiəsi haqqında danışırdı. Ukraynanın konkret şəhərləri və vilayətlərini sadalayaraq, “Novorossiya” sözündən istifadə etdi. Bu əraziləri Ukraynadan ayırmaq və zəbt etmək barədə fikirləşdi. Biz həmçinin bilirik ki, “Novorossiya” planı real idi və Mariupol vasitəsilə Krıma quru dəhlizin açılması nəzərdə tutulurdu. Amma sonra sanksiyalar işə düşdü. Hesab edirəm ki, Putin 95 faiz ehtimalla məhz sanksiyalara görə dayandı. Beləliklə, sanksiyaların işləmədiyini demək olmaz. Xatırladaq ki, hələ ABŞ-dakı seçkilərindən əvvəl Barak Obama Putinlə ikitərəfli görüşdən əvvəl Rusiya prezidentinə şəxsən dedi: “Biz bilirik ki, siz edirsiniz (Seçkilərə müdaxilə -red.) və mən xahiş etmirəm, məhz bunu dayandırmağı tələb edirəm”. Bu görüşdən sonra haker hücumları dayandırıldı”.

    Maliyyəçi Rusiyanın ABŞ-dakı seçkilərindən sonra Almaniya, Fransa, Polşa və Çexiyadakı seçkilərə müdaxilə etdiyini, Çernaqoriyada dövlət çevrilişi təşkil etməyə çalışdığını vurğulayıb:

    “Belə nümunələri çox çəkmək olar. Bugünkü siyahı bir xəbərdarlıqdır: əgər siz bütün dünyada cinayətkar fəaliyyətlə məşğul olacaqsınızsa, onda sanksiyalar tətbiq etməyə başlayacağıq. Unutmayın ki, sanksiyalar bəzilərinə qarşı bu gün və ya sabah, bəzilərinə qarşı isə 3 ay sonra tətbiq edilə bilər. Yəni, Amerika administrasiyasında əllər tamamilə açılıb və istənilən hərəkətlərə təşəbbüs edilə bilər. Bu, çox effektiv üsuldur, çünki Putin heç nə ilə cavab verə bilməyəcək”.

    Onun sözlərinə görə, Amerika administrasiyası “Kreml məruzəsi”nə daxil edilən oliqarxları çox ciddi seçim qarşısında qoyub: “Amerika administrasiyasının mesajı aydındır: “Siz seçim etməlisiniz, ya sizin milyardlarınız, Amerika və bütün mədəni dünya, ya da Putin. Sizin başqa seçiminiz yoxdur”.

    S. Rabinoviç qeyd edir ki, seçim tələbi elitaların parçalanması ehtimalını yüksəldir.
    loading...