Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Osmanlı dövləti haqda mobil oyun avstraliyalı qızı müsəlman etdi...-İBRƏTAMİZ-VİDEO
  • Azərbaycanda Respublika Günü qeyd edilir
  • İran şokda: Pulların üzərində "Yaşasın Azərbaycan" şüarı - FOTO
  • Ermənilərin atdığı ehtimal edilən top mərmisi tapıldı
  • Pakistanda baş verən “A-320” qəzasının şok sirləri – Elmi-lədun
  • Bakıda mağazalara girdi, hamının borcunu ödədi - Video
  • "Ermənilər Şuşada törətdikləri təxribatla xalqımızın əsəblərini tarıma çəkmək istədilər"
  • Ermənistanı yerlə-yeksan edəcək sistem: Azərbaycanın elə gizli silahları var ki... - General SİRLƏRİ AÇDI
  • Ramazanda fitrə nə vaxtadək verilməlidir? - VİDEO
  • Deputat: Əhali təkidlə müharibə istəyir... – Video
  • Azərbaycan əsgəri, Şuşanı Vur, Xankəndini Vur!
  • Araikdən yeni provokasiya: “məclis”i Şuşaya köçürür
  • Mumiyalarla bağlı yeni kəşf
  • DTX Elçin Quliyevin müavinini belə saxladı - Əməliyyatın VİDEOSU
  • "Qeyrəti olan hər vətəndaş bu gün Ali Baş Komandanın Şuşa ilə bağlı əmrini gözləyir…"
  • Şəhidlər məzarının istinad divarı uçuruldu.
  • Koronavirusu bir saniyədə tapan lazer icad olundu
  • Pandemiyadan sonra meqapolislərdə həyat hansı formada olacaq?
  • Ulduz falı - 19 MAY
  • Alimlərdən korona ilə bağlı növbəti tədqiqat
  • Laçının işğalından 28 il ötür
  • Şok: Baş nazir prezidentin xanımını həbs etdirdi
  • Türkiyədə 91 illik rekord qırıldı: 1929-dan sonra ilk...
  • Baş nazirdən ölkəyə giriş-çıxışla bağlı - Qərar
  • "ABŞ Prezidenti Donald Trampın Cənab Prezidentə təbrik məktubu göndərməsi dövlətlərimiz arası uğurlu əməkdaşlığın və ortaq dəyərlərin nəticəsidir"
  • 25 Oca 2018, 22:47   
        519
    Qarabağda “ikinci aprel müharibəsi” başlaya bilər - Polkovnikdən xəbərdarlıq



    Son zamanlar Azərbaycan Silahlı Qüvvələrinin yeni silahlarla təmin edilməsi Ermənistanda ciddi narahatlıq yaradıb. Düşmən tərəf xüsusilə Rusiya ilə hərbi sazişin davam etdirilməsi, buna əsasən müasir silahların Azərbaycana gətirilməsini yeni "İkinci aprel döyüşləri”nə hazırlıq kimi qiymətləndirirlər.

    Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təlim-tədris hissəsinin sabiq rəisi, ehtiyatda olan polkovnik Şair Ramaldanov Modern.az-aaçıqlamasında bildirib ki, Ermənilərin bu vəziyyətdən istifadə etməsi və ya narahat olması üçün səbəblər mövcuddur:

    "Azərbaycan Silahlı Qüvvələrinin mütəmadi olaraq yeni silahlarla təmin edilməsi hər zaman öz torpaqlarını qorumaq və işğalçılardan azad edə bilməklə bağlıdır.

    Ordumuzun silahlanması nə aprellə, nə mayla, nə də hansısa başqa ayla əlaqəli deyil. Rusiyadan alınan silahlar isə əvvəlcədən razlılaşdırılmış hərbi sazişin nəticəsidir. Bilirsiniz, Azərbaycanla Ermənistan arasındakı müharibə hələ bitməyib və 25 ildir ki, davam edir. Həmçinin atəşkəslə bağlı Bişkek müqaviləsinə demək olar ki, əməl olunmur. Nəticədə düşmən tərəfdən təxribatların davam etdiyini daim müşahidə edirik. Bu baxımdan Azərbaycan tərəfi düşmən atəşini susdurmaqla məşğuldur. Bununla da biz orada olan yaşayış məntəqələrini və dinc sakinlərin təhlükəsizliyini təmin edirik. Azərbaycanın Ali Baş Komandanı, cənab prezident İlham Əliyevin sözləri ilə desək, Azərbaycan Silahlı Qüvvələri öz işğal edilmiş torpaqlarını azad etməyə qadirdir və torpaq itkisi ilə heç zaman barışmayacağıq. Yəni bu ifadələr hər an hərbi əməliyyatlara başlaya biləcəyimizin göstəricisidir və bu, hansısa ayla bağlı deyil”.

    Ş.Ramaldanov qeyd edib ki, ermənilər mütəmadi olaraq hər bir silahlandırma faktorundan istifadə edirlər:

    "Onlar öz havadarlarına müraciət edərək Azərbaycanın silahlandırılması ilə bağlı məsələni ortaya qoyurlar. Bununla düşmən tərəf dividentlər
    qazanmaq istəyir, o cümlədən özünə müəyyən mailiyyə dəstəyi təmin etmək fikrindədir ki, nəticədə sosial problemlərlə boğulan Ermənistanı silahlandırsın.

    Qarabağ probleminin bu formada saxlanılmasında müəyyən dövlətlər də maraqlıdır. Bu da onu göstərir ki, böyük dövlətlər güzəştli şərtlərlə Ermənistana mütəmadi olaraq silah ya da hansısa kəşfiyyat xarakterli cihaz təklifi verirlər. Digər tərəfdən Azərbaycan regionda birincilik qazanmış ən güclü silahlı qüvvələrə malikdir. Hesab edirəm ki, Silahlı Qüvvələrimiz hər zaman silahlanmalı və hər şeyə hazır olmalıdır”.

    Qarabağda “ikinci aprel müharibəsi” başlaya bilər - Polkovnikdən xəbərdarlıq




    Müsahibimiz deyib ki, Azərbaycanın silah gücü ilə işğal edilmiş torpaqları azad etməsi üçün hər an şərait yarana bilər:

    "Aprel döyüşlərində Rusiya dərhal məsələyə qarışdı və yenidən atəşkəsə riayət etmək istiqamətində təzyiq göstərdi. Düzdür, biz o zaman irimiqyaslı hücum aparmaq istəmirdik, ancaq orada da eyni reaksiya ilə qarşılaşdıq.

    Bugünkü xarici siyasətimiz, Azərbaycanın beynəlxalq arenada artan nüfuzu, cənab prezident İlham Əliyevin məqsədyönlü və məntiqli çıxışları təbii ki, erməni siyasətini narahat edir. Biz yalnız silahlı qüvvələrlə deyil, həmçinin sadaladığım amillərlə də düşmən tərəfdən üstünük. Lakin torpaqlarımızı azad etmə prosesini sülh yolu ilə təmin etmək imkanı getdikcə azalır. Bu baxımdan hamımız hazır olmalıyıq. Tarixi məqamı qısa zamanda reallaşdıraraq ərazi bütövlüyümüzü təmin etməliyik. Bu sabah da ola bilər, gələn həftə də. Biz məqam gözləyirik!”.



    .mia.az
    loading...