Xəbər lenti
Axtar
Ən çox oxunan
  • "BİZ ERMƏNİLƏRİN YANINDAYIQ, BİR QARIŞ DA TORPAQ VERMƏYƏCİK!" - Əziz Tonoyan
  • Nümayişçilərə qarşı “dəhşətli nəhəng” silah tapıldı
  • Azərbaycanda yol polisi ləğv edilə bilər – Vilayət Eyvazovdan inqilabi dəyişiklik
  • Gürcüstanın Azərbaycana borcu açıqlandı.
  • Bakıda Milli Qəhrəmana hörmətsizlik edildi - FOTO
  • DİN NAZİRİ OLİQARX-POLKOVNİKİ İŞDƏN QOVDU! – Dövlət Yol Polisində şok dəyişiklik
  • Putin Mehriban Əliyevaya orden verdi
  • Azərbaycan-Gürcüstan sərhədindən Türkiyəyə qədər məsafə 30 kilometr qısalacaq
  • Yeni kiçikölçülü antena “5G” şəbəkələrinin işini 10 dəfələrlə sürətləndirəcək
  • Yer kürəsinə “təhlükəli” asteroid yaxınlaşır
  • Dünyanı cənginə alan “Tik Tok” nədir? – Maraqlı faktlar
  • Tankçılarımız finalın bir addımlığında - Video
  • Günün ulduz falı: 11 avqust, 2019
  • Yağış sürüşmə zonalarını aktivləşdirdi
  • Çavuşoğlu: Azərbaycanın vizaları ləğv etməsi mühüm hadisədir
  • İsmayıllı: Böyük faciənin astanasındayıq – FAKT
  • İnstagram və WhatsApp-ın adı dəyişiləcək
  • Prezident tapşırıq verdi: Bu məsələ təhlil edilməlidir
  • Ərdoğan gizli silahını ortaya çıxardı: “Atom” bombası…
  • Günün ulduz falı: 27 iyul, 2019
  • İşğal olunmuş torpaqlarda ermənilər tərəfindən yeni yolun çəkilməsinə XİN-dən REAKSİYA
  • Dahilər dahisi
  • Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür
  • Pivə alkoqollu içkilər siyahısından çıxarılır – Bu qərarı heç kim gözləmirdi
  • Gürcüstanda 146 nəfər itkin düşdü
  • 25 Oca 2018, 03:52   
        390
    Afrində Türkiyəyə qarşı hansı ölkələrin vətəndaşları döyüşür? - BBC-dən şok araşdırma

    Türkiyə Silahlı Qüvvələri tərəfindən sərhədlərdə və bölgədə təhlükəsizliyi və asayişi təmin etmək məqsədi ilə Suriyanın şimal qərbindəki Afrin bölgəsində PKK/KCK/PYD-YPG və İŞİD-ə mənsub terrorçuların zərərsizləşdirilməsi, bölgə sakinlərinin bunların zülmündən qurtarılması məqsədi ilə yanvarın 20-də başlayan "Zeytun Budağı" əməliyyatı hazırda 4 gündür davam etdirilir.

    Milli.Az AzeriDefence-yə istinadla bildirir ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada keçirdiyi "Zeytun Budağı" əməliyyatı dünya mediasında böyük maraq doğurub. Dünyanın aparıcı media orqanları bölgədəki əməliyyatla və eləcə də, Türkiyəyə qarşı əcnəbi könüllü döyüşçü qrupların yaranması ilə bağlı araşdırmalar aparıblar.

    Türkiyəyə qarşı vuruşan əcnəbi könülülər kimlərdir?

    BBC News-un məlumatına görə, Suriyanın şimal qərbində yerləşən Afrin bölgəsində Türkiyəyə qarşı əcnəbi könüllülərdən ibarət bir qrup formalaşıb. BBC kanalına müsahibəsində Huanq Lei adlı Çin əsilli britaniyalı qeyd edib ki, YPG-də iştirak edən əcnəbi döyüşçülər arasında özündən başqa iki britaniyalı da var. BBC-nin məlumatına görə, 2015-ci ildə İŞİD terror qruplaşmasına qarşı Suriyaya getdiyi bildirilən Lei vurğulayıb ki, orada Türkiyə Silahlı Qüvvələrinə qarşı döyüşməyə hazır 20-yə qədər xarici könüllüdən ibarət bir qrup mövcuddur. Lei həmçinin sonda əlavə edib ki, bu addımından sonra (Türkiyəyə qarşı vuruşduqdan sonra -red.) Böyük Britaniyaya qayıtsa, bəzi problemlərlə üz-üzə qalacaq.

    BBC News, YPG-yə qoşulan "əcnəbi döyüşçülər"lə bağlı yayımlanan video materialda Amerikan ləhcəsi ilə danışan birinin olduğuna da diqqət edib. Həmin Amerikalı bildirib ki, Afrində döyüşməyə hazırdılar: "Uzun müddət bununla əlaqədar təlim keçmişik. Döyüşə hazırıq və YPG tərəfindən təchiz edilmişik", - deyə qeyd edib.

    BBC xatırladır ki, Böyük Britaniya Xarici İşlər Nazirliyi vətəndaşlarını xaricdəki münaqişəyə cəlb olunmaması istiqamətində dəfələrlə xəbərdarlıq edib.

    Krallığın Birləşmiş Xidmətlər İnstitunun Yaxın Şərq analitiki Maykl Stefan sözügedən əcnəbi döyüşçülərlə bağlı məsələyə şərh verərək bildirib ki, daha əvvəl koalisiya tərəfdaşlarının hədəflərinə tamamilə uyğun olub: "İndi isə bu əcnəbi könüllülər, suveren bir ölkə və NATO müttəfiqinə qarşı çıxır. Bu bəzi hüquqi məsələlərin pozulmasına gətirib çıxaracaq".

    BBC ilə yanaşı Böyük Britaniyanın "Times" nəşri də Çin əsilli Britaniya vətəndaşı Huanq Leinin başçılığı altında silahlı terrorçulardan ibarət könüllü qruplaşmanın Türkiyəyə qarşı vuruşduğu bildirib. Qeyd olunub ki, könüllülərdən ibarət yaradılmış qruplaşmada ABŞ, Almaniya, bir sıra Qərbi Avropa ölkələrinin nümayəndələri var.

    Qeyd edək ki, mətbuatada 2016-cı ilin aprelində Azərbaycana qarşı döyüşən erməni, PKK və YPG terrorçuları bu gün Suriyada "Zeytun budağı" əməliyyatında Türkiyə ordusuna qarşı vuruşduğu haqda da məlumatlar yayılıb.

    Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının yaydığı məlumata görə, 4 gündür davam edən "Zeytun budağı" əməliyyatında indiyə qədər ən azı 287 terrorçu zərərsizləşdirilib.
    loading...