Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Səfərbərlikdən qaçan ruslar sərhəddə saxlanıldı
  • Paşinyan Overçukla görüşdü: təfərrüat bəlli deyil
  • Vilayət Eyvazov rəisi işdən çıxardı
  • Paşinyan Səmərqəndə getməkdən imtina etd
  • Şəhid Milli Qəhrəman Polad Həşimovun ailə üzvlərini ziyarət etdik.
  • Baş Qərargah rəisi ordu modelindən danışdı
  • Azərbaycanda 2023-cü ildə “European Triathlon Camp” keçirilə bilər
  • Ermənilər Laçını minalayır: Bakı NƏ ETMƏLİDİR?
  • Zəngilanın baş planı açıqlandı
  • Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin rəhbərliyi Balakən rayonunda işgüzar səfərdə olub
  • Bu gün milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin doğum günüdür
  • NASA astronavtı kosmosda torpaqsız bitki yetişdirdi
  • Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
  • Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi - FOTO
  • Türk dünyası ilə bağlı dərsliklər qəbul edildi - FOTO
  • Xaricdə təhsil almaq istəyənlərin nəzərinə...
  • İlham Əliyev: "Özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq"
  • Şok iddia: ölülərlə danışmaq mümkün olacaq
  • Xaricdən idarə olunan feyk hesablarla şantaj halları var - XƏBƏRDARLIQ
  • İlkin Süleymanovun məhkəməsi: Nərmin Quliyevanı sonuncu dəfə görən şahid DANIŞDI
  • Rövşən Əkbərovun səhhətində PROBLEM YARANDI
  • ŞƏHİD İLQAR VERDİYEVİN "ANDINA SADİQ OĞUL"FİLMİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
  • "Əziz Şuşa, Sən Azadsan!".
  • Fitrə zəkatı nə qədər verilməlidir? - Video
  • İlham Əliyev Emmanuel Makronu təbrik etdi
  • 23 Oca 2018, 04:09   
        1 121
    İkinci Qarabağ Savaşının astanasında: İşğalçının burnunu ovmağın əlifbası...

    İstər müharibədə, istərsə sakit həyatda əldə etdiyin nailiyyəti möhkəm tutub, onu maraqların naminə istifadə edə biləcəksənsə, bu, uğur sayılacaq. Yox, qazandığın, əldə etdiyin nədisə, efemer cücüsü kimi bir anlıq parlayıb sönəcəksə, qısa müddət üçün xoş olub, sonra baş bəlasına çevriləcəksə bu, fəlakət sayılacaq. Bu halda uğurla fəlakəti tərəziyə qoyanda, fəlakət gözünün ağır gələcəyi şübhəsizdir.
    Aprel döyüşləri zamanı Azərbaycan tərəfi canlı itkilər bahasına iki təpə - yəni yüksəklik aldı. Lələtəpə və bir də Talış kəndinin üstündəki yüksəkliklərdən birini. Neçə vaxtdan bəri əlimizdə olan, amma yaşayış riski böyük olan Cocuq Mərcanlı kəndinə olan təhlükə çəkildi və kənddə yenidən abadlıq və məskunlaşma prosesi başladı. Ermənilər bərk qorxdular, Dağlıq Qarabağdan, ətrafdakı işğal olunmuş rayonlardan da bəzi adamlar qaçmağa başladı. Xalqımızda yenidən ruh yüksəkliyi yarandı. Gənclərin döyüşə qorxmadan getmək istəyi ümidverici oldu. Təəssüf ki, bu uğurun ardı nə diplomatik cəbhədə, nə də hərbi sahədə davam etmədi, əksinə, getdikcə əleyhimizə işlədi.

    Ermənilər aprel döyüşlərindən sonra İrəvan küçələrində Rusiyanın bayrağını yandırmağa qədər etiraz etdilər. Nəticədə Rusiya “İsgəndər”raket kompleksini Ermənistan silahlı qüvvələrinə verdi. Rusiya və İran hərbi mütəxəssislərinin köməyilə müdafiə qurğularını yeniləyib möhkəmlətdilər. Rusiya Ermənistana 200 milyon dollarlıq, daha sonra 150 milyon dollarlıq silah verdi. Bir sözlə, erməni zəif tərəflərini bütün cəbhə boyu gücləndirdi. Ötən ilin fevralın sonunda 5 kəşfiyyatçımızın öldürülməsi də, düşmənin ən müasir gecəgörmə qurğuları ilə təmin olunmasının nəticəsi idi.

    Beynəlxalq aləmdə daha ciddi uğurlara imza atıb Avropa İttifaqı ilə əməkdaşlıq müqaviləsini imzaladılar və islahatlar aparmaq üçün 170 milyon avro vəsait aldılar.

    Düşmən hərbi işlərdən başqa ən əsas işləri Qarabağ ərazisində aparıb. Müntəzəm olaraq düşmənin işğal etdiyi torpaqlarımızda hansı məskunlaşma işləri görməsi haqqında mətbuatda məlumatlar verilir. Son zamanlar əldə olunan başqa məlumatları da diqqətinizə çatdırır, tərəzimizin fəlakət gözünün ağırlığını göstərməklə gözlərimizin nəhayət açılmasını, dörd olmasını xatırlatmaq vacibdir.

    - Ermənilər Qubadlı rayonu ərazisindən axan Həkəri çayının qarşısını Zilanlı kəndinə çatmamış, yəni Bərgüsad çayına birləşməmiş kəsiblər və faktiki olaraq Həkəri çayı Araza axmır. Orada iki böyük su anbarı tikilib və iki böyük balıq vətəgəsi yaradılıb və həmin su mənbələrindən Gəyən düzü deyilən yerdə taxıl tarlalarını suvarmaq üçün istifadə edirlər. Vətəgələrdə yetişdirilən nadir dağ fareli isə Rusiya bazarlarına Qarabağ məhsulu kimi göndərilir.

    - Ermənilər bütün kəndlərin və başqa coğrafi yerlərin adlarını erməniləşdirib və GOOGLE-da yerləsdirib. Bədbəxtçilik ondadır ki, Azərbaycan tərəfi də GOOGLE-da Qarabağ kəndlərinin adlarını erməni əlifbası ilə və ermənicə yazır və göstərir. Bir sıra hallarda Azərbaycan tərəfi kəndlərin adını bilmədiyindən, ermənicə yazılmış adını dilimizdə yazır və ən biabırçısı da odur ki, bir sıra hallarda ağıla gələni yazırlar. Məsələn, Bərgüşad çayını Bazarçay yazırlar...!

    - Məskunlaşma Aprel döyüşlərindən sonra daha da sürətlənib və İrəvan - Kəlbəcər - Ağdərə yolunun çəkilməsi düşmən üçün həm hərbi, həm mülki mənada böyük əhəmiyyətə malikdir. Düşmən yeni binalar tikir, yollar çəkir və elektrik stansiyaları qurulur. Nədən düşmən atəşkəsə nəzarət adı ilə məskunlaşmanı sərbəst aparmaq məqsədilə cəbhə bölgəsində ATƏT-in səlahiyyətli nümayəndəsinin müşahidəçilərinin sayını artırmağa nail ola bilir, amma Azərbaycan tərəfi ATƏT qarşısında problem həll olunmayana qədər qanunsuz məskunlaşmanı qadağan edən müqavilənin bağlanmasını tələb edə bilmir və bu məqsədlə həmsədrlərin əlavə müşahidəçisinin təyin olunmasına, onun ofisinin əməkdaşlarının da paritet şəkildə olmasına nail ola bilmir?

    - Erməni işğalından əlavə İranın işğalından heç kim danışmır. Xəbərimiz varmı ki, İran bizim ərazimizdə Xudafərin su anbarı tikib. Zəngilan və tam olaraq Gubadlı rayonuna xidmət edən Akara dəmiryol stansiyası, Cəbrayılın və Füzulinin kəndləri su anbarının altında qalıb. Bakı-Naxcıvan dəmiryolunun bu hissəsi də su altında qalıb.

    Amma, burda qeyri-adi heç nə yoxdur. Torpağına sahib olmayan millətin yiyəsiz bostanını bir tərəfdən ermənilər, bir tərəfdən də İran uralayıb. Biz ili-ilə sata-sata 24 ilə çatmışıq. Heç kim bizim əvəzimizə bizə vətən torpağı qaytarmayacaq.

    Ona görə də torpaqlarımızda azğıncasına, saymazyana məskunlaşma aparan işğalçının burnunu ovmaq üçün onlara haqq etdikləri qulaqburması verilməlidir. Dəqiq zərbələrlə onların strateji hədəfləri və tikdikləri qurğuları yerlə bir etməliyik. Buna raket zərbəsi ilə nail olmaq risklidirsə, kəşfiyyatımızın əli ilə partizan hərəkatına başlamaqla Qarabağın hər guşəsini işağlçı üçün cəhənnəmə döndərməliyik ki, kimsə cürət edib orada nəsə tikib yaratmağa ürək eləməsin. Heç bir əcnəbini erməni fitnəsinə uydurub işğal altındakı rayonlara investisiya qoymasına nail ola bilməsinlər. Yəni birbaşa hərbi əməliyyatlara başlamırıqsa heç olmasa, onlara rahatlıq verməyək. Yoxsa hər şey üçün çox gec olacaq...


    moderator.az
    loading...