
Bu dəqiqələrdə Türkiyə ordusunun terror təşkilatı PKK/PYD-yə qarşı Afrin əməliyyatı başlayıb.
XEBERTV.AZ Avropa.info - ya istinadən xəbər verir ki, bu haqda Anadolu Agentliyi məlumat yayıb.
Məlumata görə, Türkiyə döyüş təyyarələri Hatay vilayətinin Reyhanlı və Kırıkhan rayonlarından Suriya ərazisinə keçərək Afrindəki PKK/PYD mövqelərini bombalayır. Afrin istiqamətindən hazırda partlayış səsləri eşidilir.
Türk döyüş təyyarələrinin Afrinde terror təşkilatı PYD/PKK-ya aid müşahidə nöqtəsini vurduğu bildirilir.

Azad Suriya Ordusuna bağlı birliklərin bir qismi də Suriyada terror təşkilatı PYD/PKK-nın işğal etdiyi sahələrə girməyə başlayıb.
Türk Silahlı Qüvvələrinin əvvəlcədən təyin olunan terror hədəflərinə qarşı top atışlarının ardından Suriyanın müxtəlif bölgələrindən sövq edilən ASO döyüşçüləri Afrinə keçiblər.
ASO qoşunlarının bu ana qədər hər hansı bir müqavimətlə rastlaşmadığı qeyd olunub.